Maddi və qeyri- maddi istehsal sahələrində maliyyə təşkilinin əsas
istiqamətlərindən biri maliyyə planlaşdırılmasıdır. Maliyyə planlaşdırılması
maliyyə planlarının tərtib edilməsi və icrası yolu ilə həyata keçirilir. Maliyyə
planlaşdırılması özündə maliyyə və kredit resurslarının plan üzrə hərəkətinin
müəyyən edilməsi prosesini ifadə edir. Maliyyə planlaşdırılmasının obyekti pul
vəsaiti fondu, onların formalaşdırılması mənbələri və digər göstəricilərdir. Maliyyə
planlaşdırılmasının aşağıdakı metod və üsulları var: iqtisadi təhlil, əmsal,
normativ,iqtisadi- riyazi, balans metodu. Onlar maliyyə planını əsaslandırmaq üçün
bir- birini tamamlamaqla eyni vaxtda tətbiq eidlir.
Maddi istehsal müəssisələrində maliyyə planı gəlirlər və xərclər balansı
formasında tərtib edilir. Gəlirlər və xərclər balansında müəssisənin pul formasında
gəlirləri, xərcləri, əsas və digər fəaliyyət növləri üzrə maliyyə nəticələri,
satışdankənar gəlirlər və xərclər üzrə büdcəyə ödənişlər və büdcə vəsaitləri əks
olunur.
Müəssisənin gəlirlər və xərclər balansı iki hissədən ibarətdir:
1.
Gəlirlər və daxilolmalar
2.
Xərclər və ayırmalar.
“Gəlirlər və daxilolmalar” bölməsində aşağıdakılar əks olunur:
- satışdan gəlirlər
- əmlakın icarəyə verilməsindən gəlirlər
- müştərək müəssisələrdə iştirakdan gəlirlər
- xidmətlərin göstərilməsindən
- kredit və borclar
- digər daxilolmalar.
“Xərclər və xaricolmalar(ayırmalar)” bölməsində aşağıdakılar əks olunur:
- dövlət büdcəsinə ödənilən vergilər
- geniş təkrar istehsala, sosial sahələrin saxlanılmasına xərclər
- elmi- tədqiqat işlərinə çəkilən xərclər.
- uzunmüddətli kreditlərin və borcların ödənilməsi və kreditlərə və borclara görə
faizlər.
- digər xərclər.
Dostları ilə paylaş: