3.3. Peşə zəhərlənmələri və xəstəliklərinin təhqiqi və uçota alınması
Peşə zəhərlənmələrinin təsiri nəticəsində işçilərdə peşə xəstəlikləri əmələ gəlir. Aşkara çıxarılmış bütün xroniki peşə xəstəlikləri və zəhərlənmələri təhqiq edilməlidir. Tibbi müəssisənin həkimi xəstə müraciət etdikdən sonra 24 saat ərzində xəstəlik və ya zəhərlənmə haqqında yerli sanitariya epidemiologiya stansiyasına (SES) məlumat göndərməlidir. Bu məlumata əsaslanaraq SES-nın həkimi, müəssisə müdiriyyətinin nümayəndəsi və həmkarlar ittifaqı komitəsinin nümayəndələri birlikdə hadisəni təhqiq edir və (164 saylı forma üzrə) təhqiqat aktı tərtib edir.
İş yerindən asılı olaraq peşə xəstəliklərinin əmələ gəlməsi
№
|
İş prosesləri
|
Peşə zərərlikləri
|
Peşə xəstəlikləri
|
1
|
Açıq havada aparılan işlər, ekskavator və kranla işləyərkən
|
Qeyri normal
metereoloji şəraiti
|
Gün vurma, istilik vurma, donma soyuqdəymə
|
2
|
Pnevmatik alətlərlə, zərbəli maşın və mexanizmlərlə işləyərkən
|
Normadan artıq istehsalat səs-küyü
|
Karlıq, laringit xəstəliyi
|
3
|
Pnevmatik alətlər, elektriklə işə salınan zərərli mexanizmlərlə, buldozer, ekskavator və inşaat – tex- niki kranlarda işləyərkən
|
Normadan artıq titrəyişlər
|
Anqinevroz vibrasiya
xəstəliyi
|
4
|
İzolyasiya və suvaq işlərində, polimer materialları işlə işləyərkən və s.
|
Zəhərli maddələr
|
Kimyəvi zəhərlənmə,
yanma
|
5
|
|
Dostları ilə paylaş: |