Microsoft Word 1-ci m vzu- fh t snifati


Nüvə-yanacaq istehsalı ilə məşqul olan obyektlərdə və radiaktiv



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə62/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   58   59   60   61   62   63   64   65   ...   228
Nüvə-yanacaq istehsalı ilə məşqul olan obyektlərdə və radiaktiv 
materiallar daşınarkən qəza zamanı yaranan radiaktiv çirklənmə 
 
Şüalanma  səviyyəsinin  artması  ilə  nəticələnən  qəzalar  zamanı  şüalanma 
dozasının,  şüalanan  şəxslərin  sayının,  ətrafın  radiaktiv  çirklənməsinin,  maliyyə  və 
sosial itkilərin minimuma endirilməsi üçün tədbirlər həyata keçirilməlidir. 
Proqnozlaşdırma metodu ilə  radiasiya şəraitinin müəyyən edilməsinə nüvə 
partlayışları  (koordinatları,  gücü,  partlayış  növü,  vaxtı)  və  orta  küləyin 
parametrləri  (istiqaməti  və  sürəti)  haqqında  məlumatların  yığılması  və  mümkün 
çirklənmə ərazisinin sxemini xəritəyə çəkılməsi daxildir. 
Proqnozlaşdırma  nəticəsində  mümkün  radiaktiv  çirklənmənin  miqyası  və 
ərazisi müəyyən olunur. 
Mümkün  radiasiya  şəraitinin  proqnozlaşdırılması  üçün  lazım  olan 
məlumatlar: 
  AES-in yerinin  koordinatları 
  Reaktorun tipi,  onun  enerji səviyyəsi 
  Radiaktiv maddələrin  tullanmaya başlama vaxtı 
  Küləyin istiqaməti və sürəti 
  Havanın şaquli  dayanıqlılıq səviyyəsidir. 
 
Dozimetrik  cihazlar  istifadə  edən  kəşfiyyat  orqanlarından  alınmış  radiaktiv 
zəhərlənməyə 
dair 
dəqiq 
məlumatlar 
radiasiya 
şəraitini 
obyektiv 
qiymətləndirməyə imkan verir. 
AES-də  qəza  baş  verən  zaman  radiasiya  şəraitini  qiymətləndirmək  üçün 
aşağıdakı məlumatlar nəzərə alınmalıdır: 
•  Radiaktiv  çirklənmə  ölçüləri  (uzunluq,  en,  sahə)  və  onların  ərazidə 
yerləşməsi; 
• İstənilən saat və yerdə qamma şüalanmanın gücü;  
• Yoluxma yerinin istənilən nöqtəsində insanların xarici şüalanma dozası; 


• Ərazinin radiaktiv çirklənməyə başlama vaxtı; 
• Radiaktiv çirklənmə yerində olan insanların sayı; 
 
Radiaktiv çirklənmiş ərazini müvafiq zonalara ayırmaq lazımdır: 
1. Radiasiya nəzarəti zonası - 1 mZv – 5 mZv. Bu zonada ətraf mühitin, kənd 
təsərrüfatı məhsullarının radiaktivliyinin və əhalinin daxili və xarici şüalanmasının 
monitorinqindən  də  əlavə,  şüalanma  dozasının  endirilməsi  üzrə  tədbirlər  həyata 
keçirilir. 
2. Məhdud yaşayış zonası  - 5 mZv – 20 mZv. Bu zonada 1-ci zonada olduğu 
kimi,  monitorinq  işləri  və  əhalinin  mühafizəsi  üzrə  tədbirlər  görülür.  Daimi 
yaşamaq üçün bu əraziyə giriş məhdudlanmır, lakin sağlamlığa dəyə biləcək zərər 
haqqında məlumatlar verilir. 
3.  Köçürülmə  zonası  -  20  mZv  -  50  mZv.  Daimi  yaşamaq  bu  ərazidə 
qadağandır, ümumiyyətlə, uşaq və gənclərə isə girişə icazə verilmir. 
4. Məhdud zona - 50 mZv və daha çox.  Bu ərazidə yaşamağa icazə verilmir. 
Hər hansı bir məqsədlə bu ərazinin təbiətindən istifadə qanunvericilikdə nəzərdə 
tutulan xüsusi aktlarla idarə olunur. 
 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin