Mövzu № 1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları və informasiya anlayışı
Qeyri müəyyənlik - sistem və onun vəziyyəti haqqında məlumatların olmamasıdır. Bu “entropiya” adlanır. Qeyri müəyyənlik aradan qaldırıldıqdan sonra entropiya informasiyaya çevrilir. İnformasiya anlayışı ilə qeyri-müəyyənlik sıx əlaqəlidir və biri-birini tamamlayır. Müxtəlif hadisələrin qeyri-müəyyənlik dərəcəsini ədədi qiymətləndirmək və onları müqayisə etmək üçün, qeyri-müəyyənliyi xarakterizə edən ölçü lazımdır.
Beləliklə, informasiya nəzəriyyəsindəentropiya-müəyyən mənbədən alınan məlumatların qeyri-müəyyənlik ölçüsüdür.
İnformasiyanın saxlanılması, ötürülməsi və emalı üçün bir formadan daha rahat olan başqa bir formaya çevrilməsi prosesi informasiyanın kodlaşdırılması adlanır. İnformasiyanın təqdimatı üçün istifadə olunan simvollar sistemi kod adlanır. İnformasiyanın miqdarının ölçüsünü təyin etmək üçün ən kiçik informasiya ölçü vahidi kimi bit (ingiliscə binary digit) qəbul edilmişdir. Bit olaraq informasiya miqdarının ölçüsünün minimal vahidi {0, 1} – sıfır və ya bir götürülür. Minimal informasiya vahidi kimi 1 bit ilə iki mümkün bərabər ehtimallı vəziyyətdən yalnız birini əks etdirmək olur.
İnformasiyanın bitlər ardıcıllığı ilə təsviri ikilik kodlaşdırma adlanır.
Səkkiz bit bir baytda birləşir (1 bayt=8 bit). Məsələn: 00000000, 01001001, 11111111. Bayt kompüterlərdə təsvir olunan informasiyanın əsas ölçü vahidi hesab olunur. 8 bit üçün 00000000-dan 11111111- qədər 28=256 kombinasiya mövcuddur.
Simvollar bitin səkkiz mərtəbəli kombinasiyalarından təşkil olunur və 1 bayt adlanır. Ona görə də klaviatura üzərində olan 256 (256=28) simvoldan hər birini kodlaşdırmaq üçün isə məhz səkkiz bit tələb olunur. Bu simvollar 2-lik say sistemində kodlaşdırılır. Əvvəlcə hər simvola 10-luq say sistemində bir rəqəm uyğunlaşdırılır. Sonra isə 2-lik say sisteminə çevrilir.
İnformasiya axınının artması ilə əlaqədar olaraq daha böyük informasiya ölçü vahidlərindən də istifadə olunur.