Mövzu №1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya»


İnformasiya aşağıdakı xassələri ilə xarakterizə olunur



Yüklə 171,17 Kb.
səhifə7/9
tarix20.11.2023
ölçüsü171,17 Kb.
#165217
1   2   3   4   5   6   7   8   9
Mövzu № 1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları və informasiya anlayışı

İnformasiya aşağıdakı xassələri ilə xarakterizə olunur:
- Dəqiqliyi - onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu
göstərir.
- Etibarlılığı - onun real işin mahiyyətini zəruri dəqiqliklə əks etdirməsini
göstərir.
-Əhəmiyyətliliyi (Qiymətliliyi) - onun konkret istifadəçilər üçün
məsələnin həllində vacib olmasıdır.
-Tamlığı - düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər
olmasıdır.
-Vaxtında verilməsi - qərar qəbul etmək üçün vaxtından əvvəl və sonra
tam zamanında verilməsi lazımdır.
-Obyektivliliyi - insan düşüncəsindən asılı olmadan varlığı.
-Aktuallığı- cari vaxtda zəruri olması.
-Erqonomikliyi – informasiyanın istifadəçi nöqteyi nəzərindən əlverişli
forma və həcmini xarakterizə edir və s.
Hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Mənbədən istifadəçiyə informasiya məlumat şəklində ötürülür. İnformasiyanın ötürülmə prosesi mənbə ilə istifadəçi arasında olan rabitə və ünsiyyət vasitələrilə həyata keçirilir. Müasir dövrdə insanlar informasiyanın qəbulu və ötürülməsində praqmatik problemlərə üstünlük verirlər. Yəni informasiyanın qiymətliliyi, əhəmiyyətliliyi insanlar üçün daha maraqlıdır. Ona görə də informasiya nəzəriyyəsində istifadəçi üçün hər bir informasiya deyil, yalnız onun analiz etdiyi, araşdırmalar apardığı işlərdə onun məlumatını artıran informasiyalar əhəmiyyət kəsb edir.
Bir adam üçün qiymətli və böyük əhəmiyyətə malik olan informasiya digəri üçün heç bir maraq kəsb etməyə bilər.

İnformasiyanın kəmiyyət ölçüsü


İnformatika elminin qarşısında duran mühüm məsələlərdən biri informasiyanın ölçülməsinin effektiv üsulunun tapılması olmuşdur.


İnsanlar əvvəllər informasiyanın qəbulunun kəmiyyət ölçüsünü hadisə barədə tam və ya müəyyən qədər məlumatlı olduqları ilə təyin etmişlər. Rabitə texnologiyasının sürətlə inkişafı və burada informasiya hərəkəti informasiyanın insanların subyektiv düşüncəsi ilə deyil, informasiyanın riyazi ölçüsü anlayışının daxil edilməsini məcbur etmişdir.
İnformasiya nəzəriyyəsinin yaradıcısı və rəqəmlı rabitənin əsasını qoyan ABŞ rabitə xidməti mütəxəssisi Klod Şennon olmuşdur. O, 1948-ci ildə ”Rabitənin riyazi nəzəriyyəsi” fundamental əsərində informasiyanın statistik nəzəriyyəsini yaratmaqla, informasiya miqdarının riyazi ölçü anlayışını vermiş və rabitə kanalının buraxılış gücü teoremini isbat etmişdir. Burada informasiyanin ikilik kod vasitəsilə ötürülməsinin mümkünlüyü əsaslandırılmışdır. İnformasiyanın yaranması təsadüfi hadisələr və proseslərlə Yüklə 171,17 Kb.
Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin