Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
Material istehsalı texnologiyasında materialın ilkin vəziyyəti dəyişdirilməklə material məhsulu alınır (şəkil 1.1)
Şəkil 1.1. Neft, qaz, faydalı qazıntılar və s. tipli material resursları ilə yanaşı informasiya da cəmiyyətin vacib resurslanndan biridir. Odur ki, informasiyamn emalı prosesini də material resurslarının emalı prosesinə analoji olaraq informasiya texnologiyası adlandırırlar (şəkil 1.2).
Şəkil 1.2. Beləliklə, informasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Material istehsalı texnologiyasında məqsəd insanın və ya sistemin tələblərinə cavab verən məhsulun istehsalıdır. İnformasiya texnologiyasında isə məqsəd insan tərəfındən analiz edilmək və onun əsasmda qərar qəbul etmək üçün informasiya istehsalıdır.
Məlumdur ki, eyni material resurslarına müxtəlif texnologiyaları tətbiq etməklə müxtəlif məmulat və məhsul almaq olar. Bu deyilən informasiyanın emalı texnologiyasına da aiddir.
Müqayisə üçün cədvəl 1.1 -də bu iki texnologiyanın əsas komponentləri verilmişdir.
Cədvəl 1.1
Material ve informasiya texnologiyalarının esas komponentleri
Material texnologiyası
Informasiya texnologiyası
1
Xammalın və materialların yığılması və ya hazırlanması
Verilənlərin və ya ilkin informasiyanın toplanması
2
Material məhsulun istehsalı
Verilənlərin emalı və nəticəvi informasiyanın alınması
Cəmiyyətin informasiya resusrlarından istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur. İnformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi keçmişdir. Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına, həmçinin nəticəvi informasiyanın keyfiyyətinə ciddi təsir etmiş ferdi kompüter hesab olunur. Fərdi kompüterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasınm inkişafını yeni mərhələyə çatdırdı. Bununla da «informasiya texnologiyası» söz birləşməsinə «yeni» sözü əlavə olundu: yeni informasiya texnologiyası. Yeni sözü bu texnologiyanın təkamüllüyünü yox, yeniliyini göstərir. Onun tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların və müəssisələrin fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirir. Yeni informasiya texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini təmin edən kommunikasiya texnologiyaları da daxil edilir. Cədvəl 1.2-də yeni informasiya texnologiyasının əsas xüsusiyyətləri verilmişdir.