Mövzu №1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya»



Yüklə 171,17 Kb.
səhifə5/9
tarix20.11.2023
ölçüsü171,17 Kb.
#165217
1   2   3   4   5   6   7   8   9
Mövzu № 1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları və informasiya anlayışı

İnformasiya-insanların təbiətdən və cəmiyyətdən öz beş hissiyyat üzvləri (görmə, eşitmə, dadbilmə, hissetmə, iybilmə) vasitəsilə qəbul etdikləri siqnallardır (məlumatlardır).
İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiyalar siqnallar vasitəsilə ötürülür, kodlaşdırılaraq baytlarla yaddaşda saxlanılır və iki yerə bölünür: ədədi və analoq informasiyalar. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə ədədi informasiyaların köməyilə fəaliyyət göstərir. Əgər analoq informasiyanı rəqəmlərlə kodlaşdırsaq analoq informasiya ədədi informasiyaya çevrilər.
İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji proseslərdən kənarda qala bilməz və informasiyanın varlığı onun hərəkətindədir. Daimi hərəkətdə olması ilə informasiya insanların tələbatını ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır.
İnformasiyalar Geoloji, Genetik, Texniki, Sinoptik, İqtisadi, Tam, Yalan (dezinformasiya), Hüquqi, Tarixi və s. kateqoriyalara bölünür.
İnformasiya xarici və daxili xassəyə malikdir. Daxili xassə orqanik olaraq obyektin özünə aiddir, «gizli» və özünü digər obyektlərlə qarşılıqlı münasibətdə biruzə verir. Xarici xassə isə obyektin digər obyektlərlə qarşılıqlı münasibətlərini xarakterizə edir.
İstənilən informasiyanı-informasiya mənbəyi, informasiya istifadəçisi və informasiyanı əks etdirən üç qarşılıqlı əlaqəli obyektlərə bölmək olar. Bu isə onun əsas xarici xassələrini-informasiyanın keyfiyyətini, tamlığını, etibarlılığını və s. ayırmağa imkan verir. İnformasiyanın daxili xassəsi isə informasiyanın həcmi, özünəməxsusluğu və s. ilə xarakterizə olunur.
İnformasiya obyektiv, keyfiyyətli, tam, vaxtında, dəqiq, faydalı, qiymətli olarsa düzgün qərar çıxarmaq üçün əsas verə bilər. İnformasiyanın keyfiyyəti materiyanın hərəkət formalarından, insanların düşüncə tərzindən, cəmiyyətlərin müxtəlifliyindən asılı olaraq fərqli ola bilər.
İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.
İnformasiya öz mövcudluğu prosesində müəyyən mərhələlərdən keçir:

  • İlkin məlumatların alınması (əldə olunması);

  • Yeni biliklərin alınması məqsədilə informasiyanın axtarışı və emalı;

  • İnformasiyanın istifadəsi zamanı münasib formada təqdim olunması;

  • Bütün maraqlanan istifadəçilərə informasiyanın çatdırılması (ötürülməsi).


Yüklə 171,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin