Mövzu №1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya»


Yeni informasiya texnologiyasının esas xüsusiyyetleri



Yüklə 171,17 Kb.
səhifə3/9
tarix20.11.2023
ölçüsü171,17 Kb.
#165217
1   2   3   4   5   6   7   8   9
Mövzu № 1. İnformasiya texnologiyaları nədir, xassələri, funksiyaları və informasiya anlayışı

Cədvəl 1.2

Yeni informasiya texnologiyasının esas xüsusiyyetleri


Metodologiya

Əsas əlamət

Nəticə

Informasiyanın emalı və oturulməsi üçün yeni vasitələr

İdarəetmə texnologiyasına qoşulmaq

Yeni kommunikasiya texnologiyası

Bütöv texnoloji sistemlər

Mütəxəssislərin və menecerlərin funksiyalarının inteqrasiyası

Informasiya emalının yeni texnologiyası

Informasiyanın hazırlanması, oturulməsi, saxlanması və əks etdirilməsinin məqsəd-yönlü təşkili

Sosial mühitin qanunauyğunluqlarının nəzərə alınması

Idarəetmə üçün qərarların qəbulunun yeni texnologiyası

Yeni informasiya texnologiyası istifadəçilərlə «dostsayağı» interfeyslə işləməyi təmin edən, fərdi kompüterlərdən və telekomminikasıya vasitələrindən istifadə edən texnologiyadır.
Yeni informasiya texnologiyasının 3 əsas prinsipi aşağıdakılardır:
-kompüterlə interaktiv (dialoq) rejimində işləmək;
-proqram məhsullarının inteqrasiyası (birləşdirilməsi, qarşılıqlı əlaqələndirilməsi);
-həm verilənlərin, həm də məsələnin qoyuluşunun dəyişdirilməsi prosesinin çevikliyi.
Material istehsalı texnologiyası müxtəlif texniki vasitələrlə (avadanlıq, dəzgahlar, instrumentlər, konveyr xətləri və s.) reallaşır. Analoji olaraq informasiya texnologiyası üçün də texniki vasitələr mövcuddur. İnformasiya istehsalınm texniki vasitələrinə onun aparat, proqram və riyazi təminatını yerinə yetirən vasitələr daxildir. Bu vasitələrin köməyilə ilkin informasiya emal edilərək yeni keyfıyyətli informasiyaya çevrilir.
Bu vasitələrin içərisində proqram vasitələrinin xüsusi yeri var. Həmin vasitələrə başqa sozlə informasiya texnologiyasının proqram instrumentarisi deyilir. Proqram instrumentarisi istifadəçi tərəfmdən qoyulan məqsədə nail olmaqdan ötrü müəyyən tip kompüter üçün bir və ya qarşılıqlı əlaqəli bir neçə proqram məhsulundan ibarətdir. İnstrumentari kimi fərdi kompüterlər üçün geniş yayılmış aşağıdakı proqram məhsullarından istifadə edilə bilər: mətn prosessorları və ya redaktorları, stolüstü nəşriy-yat sistemləri, elektron cədvəllər, qrafık redaktorlar, verilənlər bazalarının idarəetmə sistemləri, elektron yazı kitabçaları, funk-sional təyinatlı (maliyyə, mühasibat, marketinq və s.) informasiya sistemləri, İnternet bələdçiləri, ekspert sistemləri və s.
İnformasiya texnologiyası onun üçün əsas mühit olan informasiya sistemləri ilə sıx bağlıdır. İlk baxışdan onlann bir-birinə çox oxşarlığı təəssüratı yaranır, əslində isə bu belə deyildir.
İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.

Yüklə 171,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin