Məsələn: A hərfi 10000000, «+» işarəsi 00101011, s hərfi 01110011- baytlarla yaddaşda əks olunur. Bit-lərin istənilən kombinasiyalarını ədəd kimi təyin etmək olar. 110 -6-nı, 01101100 isə 108 ədədini əks etdirir. Əgər məlumat özündə heç bir yeni informasiya saxlamırsa onda o trivial adlanır. Məsələn 2x2=4.
Simvoldeyəndə rəqəm, hərf, durğu işarələri nəzərdə tutulur.
ASCII(American Standard Code for Information Interchange) kodlaşdırılmasında bir simvol yaddaşda 1 bayt və ya 8 bit, UNICODE beynəlxalq kodlaşdırma sistemində isə 2 bait yer tutur.
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə 1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.
1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt — simvolun kodlaşdırılması üçün, bir bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII standartı ilə informasiya uyğunluğu təmin edilir.
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536 kodun arasında "Ə", "ə" hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o biri «qeyri-standart» hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer tapıldı. Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode (2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq olunurdu və bu sadəcə rəsmiləşdirildi.