Özünüyoxlama sualları və tapşırıqlar Marketinqin ətraf mühiti dedikdə nə başa düşürsünüz? Marketinqin makro və mikro mühit amillərinin mahiyyətini izah edin.
Müəssisə tərəfindən nəzarət edilən və nəzarət edilməyən amillərə hansı amillər aiddir?
Marketinqin ətraf mühitinin öyrənilməsinin məqsədi nədir?
Marketinqin sosial-iqtisadi mühit amillərinə hansı amillər aiddir? Bu amillər nəzarət edilən amillərə, yoxsa nəzarət edilməyən amillərə aiddir?
Əhalinin həyat səviyyəsi necə qiymətləndirilir?
Marketinqin müəssisədənkənar mikromühit amillərinə hansı amillər aiddir? Bu amillərin mahiyyətini izah edin.
Maliyyə-kredit, sığorta və investisiya təşkilatları həm marketinq vasitəçilərinə, həm də ünsiyyət auditoriyasına aiddir. Onların arasındakı fərqlər nədən ibarətdir?
Marketinqin müəssisədaxili amillərinin mahiyyətini izah edin.