Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan



Yüklə 1,17 Mb.
səhifə13/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   9   10   11   12   13   14   15   16   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Kontakt auditoriyası. Kontakt auditoriyası dedikdə, müəssisəyə və ya onun məhsullarına maraq göstərən, həmçinin müəssisənin öz məqsədlərinə nail olmasına yardım göstərən (təsir edən) müxtəlif qruplar, fiziki və ya hüquqi şəxslər başa düşü­lür. Bura maliyyə-kredit təşkilatları, kütləvi in­formasiya vasitələri, dövlət orqanları, vətəndaş hərəkatı qrupları və təşki­latları, ictimaiyyət, yerli və müəssisədaxili kon­takt auditoriyası aiddir.
2.3.1. Marketinqin müəssisədaxili mikromühiti

Marketinqin müəssisədaxili amilləri, qanunvericilikdə nəzərdə tutu­lan hallar is­tis­na olmaqla, müəssisənin özü tərəfindən müəyyənləşdirilir və idarə edilir. Bu amillər iki qrupa: müəssisənin rəhbərliyi tərəfindən nəza­rət edilən amillərə və müəssisənin marketinq bölməsi tərəfindən nəzarət edilən amillərə bölünürlər.

Müəssisə rəhbərliyi tərəfindən nəzarət edilən müəssisədaxili amillərə müəs­si­sənin fəaliyyət sahəsi (fəaliyyət növü), müəssisənin məqsədi (məq­sədləri), müəssi­sə­nin marketinq və digər struktur bölmələrinin vəzifələri və onların qarşılıqlı əla­qəsi və dəyərlər sistemi aiddir.

Müəssisənin marketinq struktur bölməsi tərəfindən nəzarət edilən amillərə məqsəd bazarları, marketinqin məqsədi, məhsul, qiymət, bölüş­dürmə, satışın həvəsləndirilməsi və marketinq bölməsinin ida­rə­etmə strukturu aiddir.

Məqsəd bazarı müəssisənin fəaliyyət göstərdiyi və ya fəaliyyət gö­s­tərməyi planlaşdırdığı seqment və ya seqmentlərdir.

Marketinqin məqsədi müəssisənin ümumi məqsədinə nail olunmasına xidmət edir və onun əsasında müəyyənləşdirilir. Bu məqsədlər əsasən mar­ketinqə aid olan göstəricilərlə ifadə olunur və istehlakçı yönümlü xarakter daşıyır.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin