2.2.5. Marketinqin elmi-texniki mühiti
Marketinqin elmi-texniki mühiti dedikdə, istehsalın texnika və texnologiyasının təkmilləşdirilməsinə, yeni, daha mütərəqqi texnika və texnologiyanın yaradılmasına və tətbiqinə imkan yaradan elmi-texniki nailiyyətlər başa düşülür. Bu amillərə elmi-texniki və texnoloji tərəqqi, innovasiyaların intensivliyi, müəssisənin və onun rəqiblərinin innovasiya potensialı, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə sərf edilən vəsaitlərin məbləği, kadrların peşəkarlıq səviyyəsi və bu kimi digər amillər aiddir.
2.3.Marketinqin müəssisədənkənar mikromühiti
Marketinqin müəssisədənkənar mikromühit amillərinə müəssisənin marketinq fəaliyyətinə təsir göstərən və müəssisə tərəfindən nəzarət edilməyən amillər: məhsulgöndərənlər, marketinq vasitəçiləri, müştərilər, rəqiblər və kontakt auditoriyası aiddir.
Məhsulgöndərən müəssisələr istehsalçı müəssisəni zəruri material resursları ilə təmin edən hüquqi və fiziki şəxslərdir.
Dostları ilə paylaş: |