Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Mövzu 2. MARKETİNQİN ƏTRAF MÜHİTİ



Yüklə 1,17 Mb.
səhifə9/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   5   6   7   8   9   10   11   12   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Mövzu 2. MARKETİNQİN ƏTRAF MÜHİTİ
Plan:

2.1. Marketinqin ətraf mühiti amilləri

2.2. Marketinqin sosial-iqtisadi mühiti

2.2.2. Marketinqin siyasi-hüquqi mühiti

2.2.3. Marketinqin mədəni mühiti

2.2.4. Marketinqin təbii mühiti

2.2.5. Marketinqin elmi-texniki mühiti

2.3. Marketinqin mikromühiti

2.3.1. Marketinqin müəssisədənkənar mikromühiti

2.3.2. Marketinqin müəssisədaxili mikromühiti
2.1. Marketinqin ətraf mühiti amilləri

Marketinqin ətraf mühiti de­dik­də, müəs­sisənin bazar fəaliyyətinə, istehsal-satış fəa­liyyə­tinə təsir edən sub­yektlərin və amillərin məcmusu başa düşülür.

Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillə­rin milli iqtisadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə və mikromühit amillərinə bölünür.

Marketinqin makromühit amillərinə milli iqtisadiyyatın makro sə­viyyəsinə aid olan, yalnız müəssisənin bazar fəaliyyətinə deyil, bütün bazar subyektlərinin fəaliy­yə­tinə təsir edən qlobal amillər aiddir. Bura sosial-iqti­sadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və tex­nologiya mühiti və coğrafi mühit amilləri aiddir.

Marketinqin mikromühiti dedikdə, bilavasitə müəs­si­sə ilə iqtisa­diy­ya­tın eyni səviyyəsində yerləşən və onun fəaliyyətini təmin edən, onun fəa­liy­yətinə təsir edən bazar subyektləri və amilləri başa düşülür. Bu amillər də öz növbəsində müəssisə­daxili amillərə və müəssisədənkənar amillərə bö­­lünür.
2.2. Marketinqin sosial-iqtisadi mühiti

Marketinqin sosial-iqtisadi mühiti amillərinə sosial, demoqrafik və iqtisadi amil­lər aiddir.



Sosial amillər. Sosial amillərə əhalinin sosial vəziyyətini xarakterizə edən və mar­ketinq fəaliyyətinə təsir edən göstəricilər: həyat səviyyəsi; əha­linin gəlirlərinin sə­viy­yəsi; ailə büdcəsinin bölüşdürülməsi; ictimai siniflər; referent qruplar; isteh­lak­çının sosial statusu və rolu aiddir.

Həyat səviyyəsi. Ölkə əhalisinin həyat səviyyəsi onun konkret vaxt vahidi ər­zində (adətən, bir saat götürülür) qazandığı gəlirə nə qədər məhsul ala bilməsilə öl­çülür.

Gəlirlərin səviyyəsi. Əhalinin gəlirlərinin səviyyəsi dedikdə, onun müəyyən vaxt ərzində qazandığı, əldə etdiyi gəlirlərin məbləği başa düşülür.

Ailə büdcəsinin bölüşdürülməsi.Müxtəlif istehlakçılar müxtəlif amil­lərdən (məsələn, statusundan, hansı sosial qrupa aid olmasından, mədəni səviyyəsindən və s.) asılı olaraq öz gəlirlərini müxtəlif məhsulların alınma­sına yönəldirlər, yəni onu müxtəlif cür bölüşdürürlər. Başqa sözlə desək, ailə büdcəsinin bölüşdürülməsi ai­lə­nin istehlak strukturunu xarakterizə edir.

Sosial siniflər. Sosial siniflər oxşar dəyərlər sisteminə, maraqlara və davranışa ma­lik olan nisbətən stabil ictimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünür­lər. Konkret sosial sinfə daxil olan hər bir alı­cının davranışı və məhsula münasibəti həlledici dərəcədə həmin sosial sin­fin davranışı və münasibətilə müəyyənləşir.

Referent qruplar. Referent qrup hər bir fərdin davranışına və münasibə­tinə bir­başa təsir edən, həmin fərdin özünü eyniləşdirdiyi və özünə tay tutduğu şəxslər qrupudur. Re­ferent qrup formal olaraq müəyyən klublar və ictimai təşkilatlar formasında və qey­ri-formal qaydada mövcud ola bilər. İstehlakçının statusu və rolu. İstehlakçının rolu fərdi əhatə edən in­sanların rəyi­nə görə onun yerinə yetirməli olduğu hərəkətlərin və ya fəaliyyətlərin məcmusu­dur. Status dedikdə, isə həmin rolun cəmiyyət (ailə, so­sial sinif, referent qrup və s.) tərə­findən dəyərləndirilməsi başa düşülür


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin