Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi



Yüklə 0,94 Mb.
səhifə109/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   105   106   107   108   109   110   111   112   ...   126
FF Mikro

6. Azərbaycan üçün bazar iqtisadiyyatı modelinin seçilməsi.

Bazara keçidin ilk dövrlərində Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə edilməsinə daha çox üstünlük verilirdi. İnflyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan monetarizm siyasəti dövlətin iqtisadiyyat ən az və ehtiyatla müdaxilə etməsini nəzərdə tutur. Monetarizm- iqtisadiyyatda pul amillərinin mühüm rol oynamasını göstərən stabilləşdirmənəzəriyəsidir. Monetaristlər iqtisadiyyatın tənzimlənməsini hər şeydən əvvəl pulun həcmi, emissiyası, tədavüldə və ehtiyatda olan pulun miqdarı üzərində dövlətin nəzarətində görürlər.

Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelinin tətbiq edilməsi səbəbini onunla izah etməyə çalışırlar ki, 70 il ərzində bizdə cəmiyyət hesabına yaşama ( sosial müftəxorluq) prinsipi hökm sürüb, hal- hazırda bunu düzəltmək lazımdır. İndi cəmiyyətin hər bir üzvü sahibkar, mülkiyyətçi olmaqla, Amerika vətəndaşları kimi, özlərinin şəxsi tələbatlarını öz gücləri hesabına ödəməlidirlər, yəni bu cəmiyyətdə hərə öz gücünə arxalanmalıdır.

Liberal bazar modelinin fərqləndiricimeyarlarından biri olan dövlətin iqtisadiyyata müdaxilə etməməsi və ya məhdud dərəcədə müdaxilə etməsi bizim ölkə üçün bir çox cəhətlərə görə məqsədəuyğun deyil.

Beləliklə, bazar iqtisadiyyatının amerikan modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ənənələrimiz, xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri- mümkündür. Deməli, Azərbaycanda amerikan ( liberal) bazar modeli tətbiq edilə bilməz.

Bu onu göstərir ki, Azərbaycan üçün bazar iqtisadiyyatının modelini seçərkən alman və ya İsveç modellərindən istifadə edilməlidir. Belə baxdıqda üstünlük İsveç modelinə verilə bilər, çünki bu model daha çox bizim xalqımızın mentalitetinə uyğun gəlir( ümumilik, kollektivlik, sosial tələbatların çox hissəsinin pulsuz dövlət hesabına ödənilməsinə vərdiş edilməsi). İsveç modeli üçün xarakterik olan sosial ehtiyacların ödənilməsi məqsədilə əldə olunan gəlirlərin yenidən bölüşdürülməsi bizim əhalinin əksər hissəsi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanardı.

Hal- hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün onun qarşısında istehsalın bərpa edilməsi və səmərəliliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması məsələləri durur. Bu baxımdan bazarın İsveç modeli də Azərbaycan üçün əlverişli ola bilməz.

Bazar iqtisadiyyatının müxtəlif modelləri arasında Azərbaycan üçün alman modelinin- sosial yönümlü bazar iqtisadiyyatı modelinin seçilməsi üçün məqsədəuyğundur. Bu modelin bir çox xarakterik xüsusiyyətləri Azərbaycan reallığında öz əksini tapır.

Birinci- həqiqətən Azərbaycanda müxtəlif mülkiyyət və təsərrüfat formalarına əsaslanan qarışıq iqtisadiyyatının formalaşması prosesinin getməsi;

İkinci- Azərbaycanda bu gün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesinin çox güclü olması, iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması, iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatda struktur dəyişikliklərinin həyata keçirilməsi, məhsulların həm daxili , həm də xarici bazarlarda rəqabət qabiliyyətli olması üçün əlverişli şərait yaradılması;

Üçüncü- tənzimlənməni nəinki makroiqtisadi səviyyədə , hətta bir çox hallarda bazar subyektlərinin fəaliyyətlərinin hələ normal bazar təsərrüfatının tam mənada yaranmaması ilə əlaqədar, mikroiqtisadi səviyyədə tənzimlənməsinin həyata keçirilməsi;

Dördüncü- xalqımızın mentaliteti, tarixən ictimai ənənələrin bizdə güclü olması, bir çox sosial problemlərin dövlət tərəfindən həll olunması ənənələrinə alman modelinin sosial- siyasətinin daha çox uyğun gəlməsi;

Beşinci- Azərbaycanda azad rəqabətin dövlət tərəfindən tənzimlənməsi və qorunması;

Altıncı- işsizlərin sayının minimum həddə çatdırılmasına məqsəd qoyan məşğulluq siyasətinin, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olmasıdır.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin