Mövzu 1 “Multikulturalizmin Azərbaycan modeli”



Yüklə 23,88 Kb.
səhifə1/2
tarix18.04.2022
ölçüsü23,88 Kb.
#55713
  1   2
Mövzu 1


Mövzu 1

Multikulturalizmin Azərbaycan modeli” ("Azərbaycan multikulturalizmi")



fənninin predmeti.

Multikulturalizmin Azərbaycan modeli” fənninin predmeti, məqsədi və əhəmiyyəti. Multikulturlizmin alternativi yoxdur. Multikulturlizm siyasətinin bədbin və nikbin qütbləri.


Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində tarixi prosesin inkişafının nəticəsi olan və buna görə də obyektiv xarakter daşıyan etnik, irqi, dini və mədən müxtəlifliklər mövcuddur. Bu son dərəcə təbii bir haldır. Hazırda bu müxtəlifliklərin qorunması üçün əlverişli ta­rixi və coğrafi şəraiti olan dövlət çoxdur. Lakin təəssüf ki, bu müxtəlif­liklərin qorunmasını dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi qəbul edən dövlət olduqca azdır. Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd etmişdir. Belə çıxışlarının birində cənab Prezident bunları söyləmişdir: “Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir".

Bu gün dünyada multikulturalizm siyasətinə ikili baxış formalaşmışdır desək, səhv etmərik. Qabaqcıl Avropa ölkələrindəki multikultural mühit son zamanlar dövlət siyasətindən kənarda, stixiyanın öh­dəsinə buraxılmışdır. Buna əsas səbəb kimi Böyük Britaniyada, Fran­sada, Almaniyada və başqa inkişaf etmiş Avropa ölkələrində get-gedə dərinləşən mənəvi böhranı göstərə bilərik. Başqasına, özündən olmayana acımamaq “öz və özgə” qarşıdurmasının kəskinləşməsinə gətirib çıxarır. Artıq bu ölkələrdə multikulturalizmin gələcəyinə inanmırlar. Böyük Britaniyanın sabiq Baş naziri Devid Kameron (2010-2016) bu vəziyyəti ümidsiz kimi qiymətləndirir və qeyd edir ki, onun ölkəsində multikulturalizm siyasəti iflasa uğramış sayıla bilər. Bu yanaşmanı bütövlükdə multikulturalizm siyasətinin bədbin qütbü adlandıra bilərik.

İkinci qütb isə Azərbaycan Prezidenti İlham Əliyevin formalaşdırdığı nikbin qütbdür. Azərbaycan - multikulturalizmin təntənəsini ya­şadan ölkə, multikulturalizm isə Azərbaycanda məhz dövlət siyasətidir.

Tarixən Azərbaycanın multikultural və tolerant bir ölkə olması, burada multikulturalizmin xalqın həyat tərzi səviyyəsinə yüksəlməsi, həmçinin dövlət tərəfindən cəmiyyətdəki etnik-mədəni müxtəliflik­lərin qorunması istiqamətində böyük layihələrin həyata keçirilməsi Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevril­məsinə səbəb olmuşdur. Leksikona “multikulturalizmin Azərbaycan modeli”, “Azərbaycan multikulturalizmi" kimi terminlər daxil olmuşdur. Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mütərəqqi təcrübəyə dünyada maraq artmaqdadır. Bunun bariz göstəricisi son dövrdə bir sıra Azərbaycan və xarici ölkə ali məktəblərində “Azərbay­can multikulturalizmi” adlı fənnin tədris olunmasıdır.

Bu fənnin predmeti nədir? O, nəyi öyrədir?

“Multikulturalizmin Azərbaycan modeli” ("Azərbaycan multikulturalizmi") fənni əsrlər boyu multikulturalizmin Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun mahiyytini, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, fərqli cəhətlərini, o cümlədən üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrədir.

Fənnin qeyd olunan predmetinə uyğun olaraq onun əsas məqsədi tələbələrə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini və bu siyasətin ölkədə uğurla həya­ta keçirilməsinin səbəblərini izah etməkdir.

Eyni zamanda “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, dilinin, psixologiyasının, etnoqrafiyasının, siyasətinin, sosiologiyasının da əsas ya­ranış və inkişaf istiqamətlərini öyrənmiş olur. Buradan isə birbaşa yaxın yol areala (Qafqaza), bir qədər uzaq yol isə bütün Şərqə aparır.




Yüklə 23,88 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin