Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§3. Sosial tərəfdaşlığın əsasları



Yüklə 0,74 Mb.
səhifə61/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Biznesin idarə olunması

§3. Sosial tərəfdaşlığın əsasları.

Böhran şəraitində kəskinləşən sosial-iqtisadi problemlərin həlli və muzdlu əmək, işverən və dövlət arasında baş verən fikir ayrılığının (əksliklər, narazılıqlar) tənzimlənməsində sosial tərəfdaşlıq vacib əhəmiyyətə malikdir.Bu fenomenin həlli yolları coxlu səhvlər və yoxlamalar metodu ilə muzdlu əməkçilər, sahibkarlar və dövlət arasında mübarizələrin və müxtəlif maraqların razılaşdırılması gedişində işlənib hazırlanmışdır.

Problemin əsli və müxtəlif sosial qrupların maraqlarının razılaşdırılması şərtləri, həmçinin əmək və kapitalın əməkdaşlığı Ş.Furye, A.Sen-Simon, R.Oyen və digərlərinin əsərlərində öyrənilmişdir.Sosial münasibətlər sferasında “tərəfdaşlıq” anlayışını ilk dəfə özünün “siyasi iqtisadın əsasları” əsərində D.S.Mil işlətmişdir.O qeyd edirdi ki, sahibkarlar və işçilər arasındakı münasibətlər sıxışdırılaraq tərəfdaşlıq münasibətlərinin iki formasından birində: fəhlələrin kapitalistlərlə və ya fəhlələrin öz aralarında birləşməsi kimi baş verəcəkdir.Bu fikir A.Marşallın “Siyasi iqtisadın prinsipləri” kitabında öz əksini daha açıq şəkildə tapmışdır.

Sosial tərəfdaşlığın ilk cücərtiləri(obyektiv və subyektiv) həmkarlar və sahibkarlar ittifaqlarının meydana gəlməsi zamanı yaranmışdır ki,bu şəraitdə dövlət əmək və kapital arasında baş verən münaqişələrdə arbitr rolunu oynamağa məşbur idi.

Fransız sosioloqlarının fikrincə “sosial tərəfdaşlıq” , “münaqişəli rəqiblik”dən “münaqişəli əməkdaşlığa” keçid deməkdir.Bu zaman fəhlələr və iş verənlər arsındakı sərt qarşıdurma qalır, lakin dağıdıcı(zorla olan) hərəkətlər aradan qaldırılır və bu qarşıdurma könüllü müqavilələr əsasında, müəyyən bir çərçivə daxilində aparılır.

İnkişaf etmiş bazar iqitisadyyatlı ölkələrdə sosial tərəfdaşlıq dedikdə bir tərəfdən muzdlu işçilər və onların həmkarlar ittifaqı,digər tərəfdən isə sahibkarlar və onların birlikləri arasında müxtəlif səviyyəli daimi institutsional dialoq başa düşülür.Dialoq, tərəflər arasındakı əks maraqları qarşılıqlı qəbul edilə bilən həll yolları vasitəsiylə yumşalda bilir.Bu həll yolları kollektiv danışıqlar həmçinin idarə işçilərinin iştirak etdikləri yüksək səviyyəli şura və komitələr arasında aparılan anlaşmalar zamanı tapılır.

Azərbaycanda, Rusiyada və bir çox keçmiş sovet ittifaqı respublikalarında sosial tərəfdaşlıq tripartizmlə eyniləşdirilir, yəni dövlət həmkarlar ittifaqı və sahibkarlar birliyinin əməkdaşlığı kimi qəbul edilir.Bu yanaşma özündə sosial tərəfdaşlığın bütün elementlərinin “yuxarı üst qurumu” ilə əvəz edilməsi təhlükəsini yaradır.Təcrübə göstərir ki, bu təhlükəni aradan qaldırmaq üçün zəhmətkeşlərin təşkilatlanması və sosial fəallığı tələb olunur.

Əvvəla, sosial institutlar əksər hallarda ona görə yaranır ki, yeni qaydaların formalaşmasına təsir edə bilənlərin maraqlarına xidmət etsinlər;

İkincisi, sosial tərəfdaşlıq o zaman müvəffəqiyyətlə inkişaf edə biər ki, əmək və kapital arasında ziddiyyətlərin həllinə dövlətin inhisarçılıq hüquqi aradan qaldırılmış olsun;

Üçüncüsü, dövlət-iqtisadi və sosial proseslərin həllində, öz yerini və tənzimləmə vasitələrini düzgün seçməlidir;

Dördüncüsü, əksər həmkarlar ittifaqı liderlərində, sosial fəaliyyət sahəsində peşəkarlıq lazimi səviyyədə deyildir;

Sonuncusu, Azərbaycanda, Rusiyada və bir çox keçmiş Sovet ittifaqı respublikalarında bazar münasibətləri iqtisadiyyatındakı təsərrüfat subyektlərinin qarşılıqlı əlaqələrinin təşkili, nə də bu subyektlərin zamana uyğun davamlı inkişafı məsələlərini hələ də istənilən səviyyədə yerinə yetirilə bilmir.Odur ki, iqtisadi subyektlərin normal bazar münasibətlərini qorumaq üçün, ölkədə tam fəaliyyətli bazar institutları yaradılmalıdır, başqa sözlə formal və qeyri-formal norma və qaydalar bərqərar olmalıdır ki, bazar münasibətlərinin səmərəli fəaliyyəti və sosial-əmək münasibətlərinə kütləvi əməl etmək imkanları yaransın.

Sosial tərəfdaşlığın inkişafındaformal münasibətlərə yol verilməməli, qərarlar tövsiyə deyil mütləq xarakter daşimalıdır.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin