Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Müəssisədə sosial-əmək münasibətləri



Yüklə 0,74 Mb.
səhifə60/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67
Biznesin idarə olunması

§2. Müəssisədə sosial-əmək münasibətləri.

Sosial əmək sisteminin əsas kütləsinin toplaşdığı, maddi və intelektual dəyərlərin yaradıldığı müəssisə fəaliyyətini anlamağa, onun kollektivinin xarakteristikası və xüsusiyyətlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.Hər bir müəssisə-bütöv bir dünyadır.Onu hər tərəfli və müxtəlif səviyyələrdən öyrənmək, heç də makroiqtisadiyyat öyrənməkdən az əhəmiyyətli deyildir.



Sosial-əmək münasibətləri- əmlak, sosial, hüquqi və funksional şəraitlə bağlı birgə əmək fəaliyyətində insanlar arasındakı münasibətlərdir.Bu sahibkar və muzlu işçi arasındakı münasibətlərdir; onların maraqlarını təmsil edən təşkilatlar və həmkarlar; menecerlər və işçilər; müəssisənin şərikləri olan işçilər; əmək şərti müqabilində uyğun gəlir payı və müəssisə fəaliyyətinin idarə edilməsində iştirak edən bütün insanlar arasındakı münasibətlərdir.

Sosial mühit amili, cəmiyyətdə bərqarar olunmuş tərbiyə səviyyəsi, əhalinin təhsil və mədəniyyəti, insanin sosial və hüquqi müdafiəsinə uyğun olaraq sosial-əmək münasibətlərinin formalaşmasına təsir göstərir.

Subyektin statusundan asılı olaraq fiziki və hüquqi şəxslərin sosial əmək münasibətlərini fərqləndirirlər. Onların uyğunluğu sosial-əmək münasibətlərinin hüquqi nizamlanma səviyyəsini xarakterizə edir: aşağı-fiziki şəxslər arasında münasibətlər; orta-hüquqi və fizikişəxslər arasında münasibətlər; yüksək hüquqi münasibətlər; yüksək-hüquqi şəxslərin nizamlanma üçün xarakterik olduğu halda yüksək müəssisələr arasında regional, sahə və beynəlxalq səviyyəyə uyğundur.

Mulkiyyətə münasibətdə sosial-əmək münasi­bətlərinin subyekləri istehsal vasitələri mülkiyyətçiləri və işçi qüvvəsi mülkiyyətçilərinə bölünürlər.Bu zaman istehsal vasitələri mülkiyyətçiləri hüquqi statusa, iş qüvvəsi mülkiyyətçilər isə fiziki şəxs statusuna malik olur.

Subyektlərin xalis gəlirin bölüşdürülməsində iştirak əlamətlərinə görə, əmək müqaviləsi şərtləri əsasında gəlirin pay bölgüsündə iştirak edənlər və ya müəssisədə səhm sahibləri olanlar fərqləndirilir.

Kooperasiya səviyyəsinə görə,birgə əmək prosesində şəxslərarası və qruplararası münasibətlər fərqləndirilir, başqa sözlə fərdi və kollektiv səviyyələrdə.

Şəxslərarası münasibətlər, işçi qrupunun, bölmənin və ya müəssisənin daxilindəki ayrı-ayrı işçilər arasındakı münasibətlərdir.

Qruplararası(kollektiv) münasibətlər isə bölmələrin, işçi qrupların, müəssisə və təşkilatların nümayəndələri arasında mövcud olur.

Daimilik dərəcəsinə görə münasibətlər subyektlər arasında ara-sıra(epizotik) və daimi münasibətlər kimi xarakterizə olunur.Daimi münasibətlər əsasən eyni bir işi görməklə məşğul olan qrup işçilərə aid edilir, epizotik münasibətlər dedikdə isə qruplararası əlaqələrdə rəhbərlərin və ya ayri-ayri işçilərin münasibətləri nəzərdə tutulur.

Subyektlərin birgə hərəkət xarakterli sosial-əmək münasibətlərində iki alternativ variant fərqləndirilə bilər: tabeçilik və tərəfdaşlıq.Birinci variant inzibati idarəetmə metallarına əsaslanan ənənəvi rəhbər və ona tabe olanlar arasındakı; ikinci variant isə işçilər arasında qarşılıqlı münasibətlərin demokratik formasına əsaslanan tərəfdaşlıq münasibətləridir.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin