Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Sosial-əmək münasibətlərinin tənzimlənməsi



Yüklə 0,74 Mb.
səhifə62/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67
Biznesin idarə olunması

§4. Sosial-əmək münasibətlərinin tənzimlənməsi.

İqtisadiyyatda baş verən böhranlar daima sosial-əmlak münasibətləri sferasında da müəyyən dəyişikliklərlə müşayət olunur.Müəssisədə həyata keçirilən siyasət əmək şəaritinin müəyyənləşməsində, iş rejimində, ixtisas artırma və ixtisas dəyişmədə, ən əsası isə məşğulluq və əməyin ödənilməsi şəraitində vacib rol oynayır.Bu siyasətin əsaslandırılmaması və qeyri-ardıcıl olması, münaqişə mənbələrinə çevrilərək əmək kollektivlərində gərginliyin artmasına səbəb olur.Münaqişələrin qarşısının alınmasımda mühüm məqamlardan biri maraqlı tərəf kimi həmkarlar ittifaqının çıxış etdiyi,müəssisə müdriyyəti və əmək kollektivi arasında bağlanan kollektiv müaqvilələridir.Əslində bu müqavilə sosial tərəfdaşlığın mexanizminin şah damarıdır.

Qüvvədə olan qanun müqavilələrin üç səviyyəsini nəzərdə tutur: əmək müqaviləsi, kollektiv müqavilə və razılaşma.

Fərdi əmək müqaviləsi,bu hüquqi akt olub iş verən və işçi arasında bağlanır ki, burada işçi daxili əmək qaydalarına tabe olaraq əmək funsiyalarını yerinə yetirmə öhdəsinə götürür; digər tərəfdən işverən tərəflərin razılaşması əsasında, qanunla və digər normativ-hüquqi aktlar əsasında, vaxtlı vaxtında işçiyə əmək haqqı ödəməklə əmək şəraitini təmin etməyi öhdəsinə götürür.

Əmək müqaviləsi aşağıdakı vacib müddəalardan ibarətdir:



  • işçinin hüquq və vəzifələri;

  • verənin hüquq və vəzifələri;

  • tarif stavkası və vəzifə maaşının miqdarı;

  • əlavələr və həvəsləndirici ödəmələr;

  • iş vaxtı rejimi və illik məzuniyyətin uzunluğu;

  • ixtisas dərəcəsinin artırılması şərti;

  • sosial xidmət, sosial müdafiə, tibbi sığorta sahəsində güzəştlər;

Müqavilədə həm də sınaq müddətinin təyin edilməsi,peşə və vəzifələrin əvəz edilməsi və s. barədə şərtlər nəzərdə tutula bilər.Əmək müqvilələrinin forması, kollektiv müqviləyə əlavə kimi təstiq edilir.

Kollektiv müqavilə, müəssisə işçiləri və işə götürən arasında bağlanan, sosial-əmək münasibətlərini tənzimləyən hüquqi aktdır.

Müqavilənin quruluşu və məzmunu Azərbaycan Respublikasında “kollektiv müqavilələr və razılaşmalar haqqında” Azərbaycan Respublikası qanuna uyğun olaraq tərtib edilir.Bu müqavilədə işə götürən və işçilər arasında əmək münasibətlərini bir çox məsələlər üzrə tənzimləyən qarşılıqlı öhdəliklər nəzərdə tutur.



Razılşma, subyektilə Azərbaycan Respublikası, Azərbaycan Respublikası subyekti,ərazi və sahə səviyyəsində bağlanan,sosial-əmək münasibətlərini tən­zim­ləyən hüquqi sənəddir.Tənzimlənən sosial-əmək mü­nasibətlərinin səviyyə və siferasından asılı olaraq qa­nunçuluqda razilaşmaların müxtəlif növləri nəzərdə tutulmuşdur.

1)Respublika səviyyəsində: baş razılaşma, sahə (sahələrarası) və həmkarlar tarif razılaşmasıdır ki,onlar həmkarlar ittifaqı ilə uyğun səviyyəli işəgötürmələr (onların nümayəndələri) arasında baş tutur.

2)Regional səviyyədə (Azərbaycan Respublikası subyektləri səviyyəsində)

3)İnzibati-ərazi və bələdiyyə qurumları səviyyəsində.

Qanunauyğun olaraq bağlanmış kollektiv müqavilə və razılaşmaların şərti, onlara aid olan işəgötürənlər üçün məcburi sayılır.

Baş müqavilə (razılaşma) sosial-iqtisadi münasibət­lərin ümümi prinsiplərini müəyyən edir və Respublika səviyyəsində bağlanır.

Sahə tarif razilaşmalarında sahənin sosial-iqtisadi inki­­şaf istiqamətləri müəyyənləşdirilir.

Dövlətin vəzifəsi, razılaşma və müqavilələrin bağlanması üçün normal hüquqi imkanların yaradılmasıdır ki, müxtəlif qrup işçilərin maraqları daha dolğun təmin edilsin.



Əksər hallarda sosial tərəfdaşlığın səmərəsi işə götürən və işçilərin hüquq bərabərliyi, azad sahibkarlıq vəmuzdlu əməyin sosial müadifəsi, işçilərin idarəetmədə iştirakı, əmələ gələn ziddiyətlərin danışıqlar yolu ilə həlli, əməyin nəticələrinin yüksəldilməsi və istehsalın inkişafı ilə bağlı məsələlərin həllində ümumi razılığın olmasından asılıdır.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin