Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL 15. ANTİBÖHRANLI İDARƏETMƏDƏ SOSİAL TƏRƏFDAŞLIQ



Yüklə 0,74 Mb.
səhifə59/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67
Biznesin idarə olunması

FƏSİL 15. ANTİBÖHRANLI İDARƏETMƏDƏ SOSİAL TƏRƏFDAŞLIQ.

§1. Müəssisə və onun əmək kollektivi

§2. Müəssisədə sosial-əmək münasibətləri

§3. Sosial tərəfdaşlığın əsasları

§4. Sosial-əmlak münasibətlərinin tənzimlənməsi

§1. Müəssisə və onun əmək kollektivi.

Müəssisə texniki - texnoloji, istehsal-iqtisadi və sosial təşkilatlar birliyini özündə təcəssüm etdirir.İstilən istehsalatın əsasında texnika, texnoloji avadanlıq və onları birlikdə əlaqələndirən texnoloji proses dayanır ki, onlar müəssisənin istehsal funksiyasını və təşkilati quruluşunun xarakterini müəyyən edir.Müəssisənin fəaliyyətində xərclərin nəticəyə nisbəti,başqa sözlə səmərəlilik, yəni, səmərəlilik əlaqələri və istehsalat-iqtisadi münasibətlərin vasitəsi ilə məcmu göstəricilərdən təyin edilir.Sosial təşkilat əmək kollektivi olub,insanların əmək fəaliyyətinin həyata keçdiyi çərçivə, yəni ictimai təşkilatın özəyidir.

Kollektiv anlayışı əmək və ictimai həyatın müxtəlif tərəfləri ilə əlaqəli olduğundan, bu onun təcrubədəki böyük əhəmiyyəti və geniş sosial-iqtisadi məzmunundan xəbər verir.İnsan fəaliyyətinin müxtəlif sahə və sfera­larından yüz minlərlə əmək kolleltivi mövcuddur.Son illərdə bazar iqtisadiyyatı şəraitində “əmək kollektivi” məhfumu ilə yanaşı həm də “heyət” və “insan resursları” anlayışlarından da istifade edilməyə başlanmışdır.İstehsal siferasında əmək kollektivlərini həm də “istehsal kollektivləri” adlandırırlar.

Hər bir müəssisənin əmək kollektiv özünəməxsus xüsusiyyətlərə malikdir ki, bu da oradakı işçilərin yerinə yetirdikləri istehsal tapşırıqlarından, texniki və texnoloi silahlanma səviyyəsindən, təşkilati strukturdan, kvalifikasiya və fəaliyyət şəraitindən asılıdır.Bununla yanaşı əsas məsələlərdə əmək kollektivləri yekdildir; onların fəaliyyətlərinin əsasını insan əməyi və kollektivçilik təşkil edir.

Kollektivçilik - insan cəmiyyətinin tarixi inkişaf məhsuludur.Bu mürəkkəb və uzun proses öz yaranma mənbəyini ibtidai icma quruluşu dövründəki insanlar arasındakı əmək münasibətlərindən götürür.

Həqiqi kollektivçilik fərdlərin imkanlarından qarşılıqlı bəhrələnməyi nəzərdə tutur.Şəxsiyyəti sıxan, onun hərəkətli inkişafı üçün şərait yaratmayan, insanların sosial davranışlarında yaradıcılıq imkanlarına maneçilik törədən sosial təşkilat, kollektiv adlandırıla bilməz.Odur ki kollektiv fərdi maraqların balanslaşdırılmasına və insanları bir təşkilat çərçivəsində birləşdirən ümumi məqsədlərin harmoniyasının əldə edilməsinə çalışır.

Əmık kollektivinin əsasında onun funksiyaları dayanır.Bu funksiyalara:işçilərin sosial inkişafı; kollektiv üzvlərinin mənəvi mədəni aləminin dərinləşməsi; işçilərdə istehsalın təşkili və son nəticəyə marağın yaradılması; cəmiyyətin istədiklərinin və vətəndaşların müəyyən məhsullara tələbatının ödənilməsi; müəssisədə əxlaqi-psixoloji mühitin yaxşılaşdırılması və kollektivçilik prinsipləri əsasında insanların birgə hərəkəti aiddir.

Hansı sahəyə aid olmasından asılı olmayaraq bütün əmək kollektivlərinin ümumi prinsipləri bunlar daxildir: fəaliyyət sahəsindən asılı olmayaraq əsas funksiyanın (istehsal) heyata keçirilməsi zamanı bütün funksiyaların sistemli şəkildə uyğunlaşdırılması; işin təşkili və müəssisə fəaliyyətinin inkişaf özünü idare etmə əsasında həyata kecirilməsi; əmək kollektivlərində idarə etmənin elmi metodlarla qurulması; inzibati və bazar mexanizmlərinin əmək kollektivlərinin nəzarəti altında istifadəsi; əmək fəaliyyətinin stimullaşdırılması; əmək kollektivlərində işçilərin əməyinin müsbət cəhətdən motivləşdirilməsi və s.İqtisadiyyatın böhran vəziyyətlərində sosial ehtiyatlar istifadəsizlik ucbatından aşınmaya və dağılmaya məruz qalır.

Beləliklə, müəssisənin əmək kollektivi ictimai, qrup və fərdi maraqların nəzərə alındğı(ödənildiyi) ictimai ilk təşkilatdır;insanların müxtəlif mülkiyyət formaları çərçivəsində konkret ictimai-xeyirli fəaliyyət göstərmək üçün təşkil edilmiş birliydir ki, burada əməkdaşlıq, qarşılıqlı kömək və məsuliyyət, maraqlar, dəyərlər və əxlaq normaları əsas götürülür.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin