Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə22/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   18   19   20   21   22   23   24   25   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

Kumulyasiya və öyrəşmə

Zəhərin kiçik qatılıqları səviyyəsində öyrəşmə prosesi kumulyasiyasız olmur və tədqiq olunan göstəricilərin əhəmiyyətli dərəcədə dəyişməsi üçün maddənin və ya onun orqanizmdə yaratdığı dəyişmələrin toplanması lazımdır. Beləliklə, kumulyasiyanın mövcudluğu faktı özü-özlüyündə uyğunlaşma reaksiyalarının törənəcəyini göstərir. Kumulyasiya və orqanizmin zəhərin təsirinə uyğunlaşması (öyrəşməsi) dialektik vəhdət təşkil edir. Burada biz eyni vaxtda, lakin müxtəlif istiqamətlərdə gedən iki prosesin, yəni zərərli maddəyə öyrəşmənin və funksional kumulyasiyanın yekunlayıcı nəticəsini müşahidə edirik. Bu halda, əgər təsir çox güclü olmayıbsa, müəyyən vaxtadək öyrəşmə üstünlük təşkil edir.

Zəhərlərə öyrəşmə mərkəzi sinir sisteminin reaktivliyinin azalması ilə müşayiət edilir. Sənaye toksiki maddələrin təsirinə öyrəşmə qabiliyyəti ayrı-ayrı yaş qrupları üçün müxtəlifdir. Misal üçün, məlumdur ki, yeniyetmə yaş qrupunun sənaye toksiki maddələrinin təsirinə həssaslığı böyüklərə nisbətən əksər hallarda 2-10 dəfə yüksək olur. Ahıl yaşlarında adaptasiya qabiliyyəti zəifləyir.

Sənaye toksikologiyası üzrə mütəxəssislər eksperimental tədqiqatların nəticəsinə əsasən kimyəvi maddələrin toksikliyi və onların təsir xüsusiyyətləri haqqında rəy verməlidirlər, həmin maddələrlə təhlükəsiz iş üzrə tövsiyyələr hazırlamalı və onlar üçün buraxılabılən qatılıq həddinin (BQH) iş zonası və ətraf mühit üçün qiymətini təklif etməlidirlər.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin