Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə21/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

KUMULYASIYA VƏ ÖYRƏŞMƏ
Sənaye zəhərlərinin kumulyasiyası

Xroniki zəhərlənmə orqanizmdə zəhərin özünün və ya onun yaratdığı dəyişmələrin kumulyasiyası ilə sıx əlaqədardır. Kumulyasıya (cumulatio) latın sözüdür, toplanma, artma mənası daşıyır.

Orqanizmdə zəhər kütləsinin toplanmasına material kumulyasiyası, zəhərin yaratdığı dəyişmələrin toplanmasına isə funksional kumulyasiya deyirlər.

Funksional kumulyasiya olmadan xroniki zəhərlənmə mümkün deyil. Çox vaxt funksional və material kumulyasiyalar eyni zamanda baş verir. Yalnız funksional kumulyasiya nəticəsində xroniki zəhərlənmə törədən zəhərlərə misal olaraq xlorlaşdırılmış karbohidrəgenləri, benzolu, benzini, 3-nitrotoluolu və bir çox başqa buxar və qazları göstərmək olar. Belə maddələr nəfəs vermə zamanı hava ilə birlikdə orqanizmdən asanlıqla çıxarılırlar, və onlar üçün qanla hava arasında paylanma əmsalı kiçik qiymətlərə malik olur.

Material kumulyasiyası adətən metallarla xroniki zəhərlənmə hallarında mümkün olur, lakin buradada xəstəliyin inkişafında mühüm rolu funksional kumulyasiya oynayır. Zəhərlənmənin klinik əlamətləri (simptomları) meydana çıxmadan orqanizmdə civənin yığılması halları dəfələrlə aşkar edilmşdir. Bu fakt material kumulyasiyasının xroniki zəhərlənmədəki rolunu heç də inkar etmir.

Tərkibində zərərli maddə olan hava ilə müntəzəm olaraq nəfəs almanın orqanizm üçün xoşagəlməz nəticələri nə qədər tez artarsa, xroniki zəhərlənmənin baş verməsi təhlükəsi bir o qədər yüksək olar.

Funksional kumulyasiyanın göstəricisi kumulyasiya əmsalı adlanır. Kumulyasiya əmsalı dedikdə orqanizmə hissə-hissə daxil edildikdə müəyyən effekt yaradan dozalar cəminin, həmin effekti yaradan birdəfəlik dozaya nisbəti nəzərdə tutulur.

Yəni ;

Burada - orqanizmə təkrar-təkrar daxil edilən, - dozalarının cəmidir, - birdəfəlik dozadır. Aydındır ki, doza hissəciklərinin ( ) qiymətindən və onların orqanizmə daxil edilmə tezliyindən asılı olaraq alınan effektlər fərqlənəcəklər.

Bəzən kumulyasiya əmsalının əks qiymətindən ( ) istifadə etmək daha əlverişli olur. Bu nisbətə kumulyasiya dərəcəsi deyirlər və onu faizlərlə ifadə edirlər.

Kimyəvi birləşmələrin kumulyasiya xassələrini kəmiyyətcə xarakterizə etmək üçün onların orqanizmdə yarımqalma dövrünü müəyyən etmək vacibdir. Bu göstərici, maddənin orqanizmə hər-hansı rejimlə daxil edilməsindən asılı olmayaraq, onun orqanizmdə toplanmasını kəmiyyətcə qiymətləndirməyə imkan verir. Əgər maddənin müəyyən dozalarının orqanizmə daxil edilməsi arasındakı vaxt intervalı ( onun orqanizmdə yarimqalma dövründən (T) azdirsa və nisbəti nə qədər kiçikdirsə maddənin orqanizmə toplanması bir o qədər sürətli olar.

T = t olduqda da maddənin toplanması baş verir. Belə ki, bir dəfə daxil edilməkdə əldə edilən maksimal səviyyə, həmin doza 5-6 dəfə daxil edildikdə 2 dəfə arta bilər. Əgər maddə həmin dozada sonra da daxil edilməkdə davam etdirilərsə maddənin maksimal miqdarında dinamik tarazlıq yaranır.

Əgər t > T olarsa nisbəti artdıqca maddənin orqanizmdə toplanması bir o qədər yavaş gedər. t – nin qiyməti T-dən çox böyük olarsa material kumulyasiyası baş vermir.

Zəhərlərin kumulyasiya qabiliyyətini müqayisəli qiymətləndirmək üçün t / T nisbətinə əsaslanan təsnifat təklif edilmişdir:



t / T<1 olduqda ifrat kumulyasiya;

t / T = 1 - 3 olarsa yüksək kumulyasiya;

t / T ≤ 3 - 5 olduqda orta (mötədil) kumulyasiya;

t / T > 5 olarsa zəif kumulyasiya baş verir.

  1. Sənaye zəhərlərinə öyrəşmə

Canlı orqanizmin yaşayış şəraitindəki dəyişmələrə həyat fəaliyyəti proseslərinin dəyişmək yolu ilə uyğunlaşması xassəsi adaptasiya qabiliyyəti adlanır.

Dəyişmiş şəraitdə normal yaşamanı təmin edən uyğunlaşma proseslərinin nəticəsi adaptasiya adlanır.

Adaptasiya qabiliyyəti bütün canlılara məxsusdur. Adaptasiya çox müxtəlif zaman intervallarında inkişaf edib tamamlana bilər. Bəzən adaptasiya üçün saniyədən az müddət, başqa hallarda isə on ildən çox vaxt lazımdır. Bu yaşayış şəraitindəki dəyişmələrin xarakterindən asılıdır.

İstehsalat şəraitində orqanizmin zərərli maddələrin vaxtaşarı təsirinə uyğunlaşmasını göstərmək üçün çox vaxt “öyrəşmə” terminindən ustifadə edirlər. Öyrəşmə dedikdə adətən kimyəvi agentə orqanizmin hissiyatının zəifləməsini nəzərdə tuturlar. Bu isə zəhərin orqanizmə təkrar təsirlərinin uzun müddət baş verməsi ilə əlaqədardır. Öyrəşmə zərərli maddənin ilkin təsiri zamanı yaranan xoşagəlməz simptomların ya zəifləməsi, yaxud da yox olması ilə nəticələnə bilər. Zəhərlərə öyrəşmə çox qədimdən məlumdur. Xeyli müddət hesab edirdilər ki, yalnız tək-tək (bəzi) maddələrə öyrəşmək mümkündür və orqanizmdə kumulyasiya edən zəhərlərə öyrəşmək olmaz. Hal-hazırda dəqiq müəyyən edilmişdir ki, müvafiq şəraitdə, hər-hansı zərərli maddəyə bir müddət və müəyyən dərəcədə öyrəşmə mümkündür. Öyrəşmənin mexanizmi müxtəlif ola bilər, lakin bir qayda olaraq bu xroniki zəhərlənmənin bir fazasıdır. Bəzi hallarda maddənin allerqik təsir etməsi orqanizmin hissiyatının artması müşahidə olunur. Bu hala sensibilizasiya deyirlər. Sensibilizasiya effekti dərman preparatlarına, xüsusilə antibiotiklərə, pestisidlərə və kənd təsərrüfatında istifadə olunan başqa maddələrə aiddir. Zəhərin xroniki təsirinə öyrəşmənin təşəkkülü üçün zəhərin qatılığı (dozası) orqanizmdə uyğunlaşma cavab reaksiyasının yaradılması üçün kifayət etməlidir, lakin bu doza orqanizmin tez və ciddi zədələnməsinə gətirib çıxarmamalıdır.

Kimyəvi agentə öyrəşmənin əlamətləri mərkəzi sinir sisteminin, qan dövranı və tənəffüs sisteminin fəaliyyət göstəriciləri, qara ciyər funksiyasının və orqanizmin funksional vəziyyətinin başqa göstəriciləri ola bilərlər. Orqanizmin vəziyyətinin bərpasi zamanı nəinki pozulmuş funksiyalar, hətta dəyişmələrə məruz qalmış morfoloji strukturlarda bərpa oluna bilərlər.

Kimyəvi amilin xroniki təsirinə öyrəşmə zamanı orqanizmin reaksiyasını sxematik olaraq üç fazaya bölmək olar:

- ilkin reaksiyalar fazası;

- öyrəşmənin inkişafı (təşəkkülü) fazası (çox və ya az müddətdə dayanaqlı öyrəşmə)

- öyrəşmənin pozulması və intoksikasiya təzahürləri fazası (üçüncü fazanın olması mütləq deyil)

İlkin reaksiyalar fazası – xarici mühitin dəyişmiş şəraitinə orqanizmin adaptasiya yolları axtarması dövrüdür. İlkin dövrdə dəyişmələri artıran təsirlər qeyri-sabit olurlar, bir qayda olaraq müvazinətləşdirilirlər və çətinliklə aşkar edilirlər. İlkin reaksiyakar dayanıqsız, çoxvariantlı və praktiki olaraq təkrar olunmayandirlar, onların hüdudları qeyri-müəyyəndir.

İkinci faza – öyrəşmənin inkişafı-xroniki təsirə orqanizmin cavab reaksiyasının azalması ilə xarakterizə edilir. Zahirən bu faza orqanizmin rahatlığı və salamatlığıdır. Uyğunlaşma prosesi nəticəsində yaranmış vəziyyətdə mümkün olan maksimum öyrəşməyə bu fazada nail olunur. Daha sonra orqanizmin dayanıqlığı bu səviyyədə ya uzun müddət saxlanılır, yaxud da güclü enmələr olmadan dalğavari gedişat alir. Öyrəşmə fazasının müddəti çox müxtəlif ola bilər. Ən qısa müddət kəskin və yarımkəskin zəhərlənmə hallarında qeyd olunur. Xroniki zəhərlənmədə öyrəşmə illərlə davam edə bilər. Bu dövrün uzunluğu əsas etibarilə zəhərin təsir xarakterindən, funksional və ya material kumulyasiyanın mümkünlüyündən, iş rejimindən (daimi və ya müvəqqəti iş yeri), işçinin fərdi xüsusiyyətlərindən (yaşı, cinsi, keçirdiyi və mövcud xəstəliyi) və sosial-məişət şəraitindən asılı olur. Məlum şəraitdə öyrəşmə fazasının uzunluğu, daha doğrusu “xəstələnmənin olmaması” vəziyyəti uzun illər və hətta yaşına görə işi qurtardığı vaxtadək davam edə bilər.

Üçüncü faza – intoksikasiya təzahürləri fazası, öyrəşmənin pozulması ilə əlaqədardır və onun yaranması yuxarıda qeyd etdiyimiz kimi, mütləq deyil. Öyrəşmənin pozulması zərərli maddələrlə uzun müddət işlədikdən sonra xroniki peşə xəstəliyinin yaranması, ümumi xəstələnmələrin artması və onun strukturunun dəyişməsi ilə özünü göstərir.

Beləliklə xroniki zəhərlənmənin gedişatında iki zəruri faza (ilkin reaksiyalar və bilavasitə öyrəşmə fazaları) və bir qeyri-zəruri faza (intoksikasiya təzahürü fazası) qeyd olunur.



  1. Yüklə 1,43 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin