Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


KOMBİNASİYA EDİLMİŞ TƏSİRLƏR



Yüklə 1,43 Mb.
səhifə23/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

KOMBİNASİYA EDİLMİŞ TƏSİRLƏR
Toksikologiyada kombinasiya edilmiş təsir dedikdə həm bir neçə zərərli maddənin birlikdə təsirindən, həm də zərərli maddələrin bir çox xoşagəlməz amillərlə (səs-küy, titrəyiş, müxtəlif xarakterli şüalanmalar, yüksək və ya aşağı temperatur) birlikdə təsirindən yaranan effektləri nəzərdə tuturlar.

Kombinasiya edilmiş təsir problemi çərçivəsində bir neçə toksiki maddənin orqanizmə birlikdə və müxtəlif maddələrin orqanizmə bir-birinin ardınca təsirindən yaranan kombinasiya edilmiş effektlər öyrənilir. Toksiki maddələrin kombinasiya edilmiş təsirinin 3 əsas tipi vardır:

a) maddələrin birlikdə və oxşar təsirləri zamanı güman edilir ki, komponentlər eyni reseptor sisteminə elə təsir edirlər ki, komponenetlərdən birini digəri ilə əvəz etdikdə qatılığın toksikliyi dəyişmir;

b) maddələr birlikdə və hər biri müstəqil təsir etdikdə ehtimal edilir ki, qatışığın komponentləri orqanizm və zəhərin qarşılıqlı əlaqə mexanizminin müxtəlif həlqələrinə elə təsir edirlər ki alınan effektlər bir-birləri ilə bağlı olmurlar.

v) maddələr birlikdə və sinergetik təsir edirlərsə onların qatışığının toksiki effekti komponentlərin ayrı-ayrılıqda yaratdıqları effektə əsasən müəyyən edilə bilməz. Sinergetik təsir zamanı yaranan effekt tədqiq olunan zəhərlərin bioloji mühitlə və bir-biri ilə qarşılıqlı təsirindən asılı olur.

Şəkil 2. Maddələrin kombinə edilmiş təsiri



  1. effektik cəmi (additivlik) ;

  2. additivlikdən daha çox;

  3. additivlikdən daha az.

Sinergetik təsirdə yaranan effekt adətən ayrı-ayrı komponentlərin yaratdığı effektdən güclü olur.

Əgər kombinasiya edilmiş təsirdən yaranan effekt maddələrin tək-tək təsirindən yaranan effektlərin cəminə bərabərdirsə bu effekt additiv adlanır. (Additio-latın sözüdür, toplama, üstünə gəlmə mənası daşıyır).

Əgər maddələrin birlikdə təsirindən yaranman effekt onların tək-tək təsirindən yaranan effektlərin cəmindən azdırsa belə effekti “additivdən daha az” və əksinə olduqda “additivdən daha çox” adlandırırlar (şək. ).

Additiv effekt yaradan qatışıqlara misal olaraq qıcıqlandırıcı təsirli xlor və azot oksidləri, azot oksidləri və kükürd qazı, kükürd qazı və sulfat turşusu aerozolları qatışılıqlarını göstərmək olar.

Additivdən daha çox effekt xlorlaşdırılmış karbohidrogenlərin birlikdə təsirində müşahidə edilir.

Additivdən daha az effekt xeyli miqdarda sənaye zəhərlərinin birlikdə təsirində özünü göstərir. Misal üçün azot oksidləri və kükürd anhidridi (SO3), stirol və formaldehid belə effekt yaradırlar.

Qeyd etmək lazımdır ki yuxaraıda göstərilən zərərli maddələrin birlikdə təsirindən yaranan effektin zəifləməsi və ya güclənməsi mexanizmi kifayət qədər öyrənilməmişdir.

Sənaye toksikologiyasında dəm qazı ilə bir çox başqa zəhərlərin (tetraetilqurğuşun, etil spirti və s.) birlikdə təsiri daha çox öyrənilmişdir.

İstehsalat mühitində zərəli madədlərin birlikdə təsiri mövcud olduqda onların miqdarını Lazaryev qaydasına əsasən məhdudlaşdırırlar. Lazaryev qaydasında deyilir: “Zəhərli maddələrin havada olan və buraxıla bilən qatılıq həddlərinin faizləri ilə ifadə olunan qatılıqları cəmi 100%-dən çox olmamalıdır”. Misal üçün, əgər havada 4 zəhərli maddə varsa və onların buraxıla bilən qatılıq həddləri BQH1, BQH2, BQH3 və BQH4, havadakı faktiki miqdarları isə C1, C2, C3 və C4 buraxıla bilən qatılıq həddinin müəyyən faizi ilə göstərilərsə C1+C2+C3+C4≤100% şərti ödənilməlidir.

Bir neçə toksiki maddə ilə çirklənmiş istehsalat otağının havasını təmizləmək üçün ventilasiyanı hesabladıqda Averyanovun təklif etdiyi tənlikdən istifadə etmək olar. Bu tənliyi tərtib etdikdə aşağıdakı ilkin məlumatlar əsas götürülmüşdür:

- qatışığa daxil olan hər bir maddənin buraxılabilən qatılıq həddinin qiyməti;

- bu maddələrin qatışığının təsirindən yaranan toksiki effektin sadə additivliyi barədə təsəvvür.

Averyanovun tənliyi sadəcə olaraq Lazaryev qaydasının riyazi ifadəsidir və aşağıdakı kimi yazılır.

Burada:

C1, C2... Cn - zərərli maddələrin havadakı faktiki qatılığıdır (mq/m3);

BQH1, BQH2.....BQHn - həmin zərərli maddələrin buraxılabilən qatılıq həddidir.

Eksperimental tədqiqatlarla müəyyən edilmişdir ki, bəzi zərərli maddələrin birlikdə təsiri halında göstərilən tənlikdə düzəlişlər aparmaq lazımdır. Misal üçün, havada həm dəm qazı, həm də azot oksidləri varsa hava şəraitini qiymətləndirən tənlik aşağıdakı kimi olmalıdır.

, burada

Burada C1 - azot oksidlərinin havadakı faktiki qatılığı;

C2 - dəm qazının faktiki qatılığı;

BQH1 - azot oksidlərinin buraxılabilən qatılığı;

BQH2 - dəm qazının buraxılabilən qatılığıdır.

3 və 1,5 əmsalları azot oksidləri və dəm qazı birlikdə təsir etdikdə toksiklik dərəcəsinin yüksəlməsini xarakterizə edir.

Yaxşı məlumdur ki, istehsalat otaqlarının havası bir qayda olaraq bir neçə zərərli maddə ilə çirklənmiş olur. Belə şəraitdə işləyənlərə sənaye zəhərli maddələrinin mürəkkəb kompleksi təsir edir. Sənaye müəssisələrinin əksəriyyətində dəyişməyən texnoloji proseslər şəraitində havadakı zərərli qatışıqların nisbi sabitliyi müşahidə edilir. Belə nisbi sabitlik iş zonasının atmosferinə yayılan və ən çox rast gəlinən zərərli maddələr qatışığını dörd qrupa bölməyə imkan vermişdir:


  • birinci qrupa istehsalatın ilkin (xammal), aralıq və son məhsullarından ibarət olan qatışıqlar daxil olmuşlar;

  • ikinci qrupa ilkin xammalda olan aşkarların və həmçinin istehsalatın kənar məhsullarının qatışıqları aid edilmişdir;

  • üçüncü qrup əsas məhsulu çirkləndirən maddələr arasında havada gedən reaksiyalarından alınan maddələrin qatışığından ibarət olur;

  • dördüncü qrupa bircins və ya yaxın tərkibli maddələrin qatışığı aid edilmişdir (belə qatışıqlara benzinləri, ağ nefti, yayım-spirti misal göstərmək olar).

İstehsalat şəraitində toksiki maddələrin insan orqanizminə təsiri çox nadir hallarda başqa xoşagəlməz amillərin (havanın yüksək və ya aşağı temperaturları, yüksək və ya aşağı təzyiqləri, səs-küy və titrəyişlər, müxtəlif növ şüalanmalar və s.) təsiri olmadan baş verir.

Zərərli maddələrin başqa amillərlə birlikdə təsirindən yaranan effekt, onların izoləedilmiş təsirindən yaranan effektən xeyli fərqli ola bilər. Misal üçün zərərli maddələrin və yüksək temperaturun insan orqanizminə eyni vaxtda təsiri toksiki effektin inkişafını gücləndirir və sürətləndirir.

Toksiki maddələrin aşağı temperaturla kombinasiya edilmiş təsiri çox az tədqiq edilmişdir. Lakin bəzi maddələrin aşağı temperatur şərairindəki təsirindən yaranan toksiki effektin daha güclü olduğu məlumdur. Dəm qazı, benzin, benzol, anilin, karbon-sulfit (CS2) belə maddələrdəndir.

Qeyd etmək lazımdır ki, yüksək və ya aşağı temperatur şəraitində toksiki effektin güclənməsi bunun temperatur səviyyələrində müşahidə edilmir.

Havada yüksək nəmlik olduqda bəzi maddələrin təsir effekti yüksəlir. Aerozolların əmələ gəlməsi və hidroliz nəticəsində istilik vermə qabiliyyəti pozulur və zərərli maddələrin təsirinə həssaslıq artır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin