Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


BƏRK VƏ QAZ ŞƏKİLLİ ÇİRKLƏNDİRİCİLƏRİN



Yüklə 1,43 Mb.
səhifə24/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   20   21   22   23   24   25   26   27   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

BƏRK VƏ QAZ ŞƏKİLLİ ÇİRKLƏNDİRİCİLƏRİN

TOKSİKLİK XASSƏLƏRİ
Məlum olduğu kimi insanın həyat fəaliyyəti “insan-mühit” sistemində baş verir. Statistika göstərir ki, insan öz vaxtının təqribən 30%-ni istehsalat mühiti şəraitində keçirir və müxtəlif istehsalat proseslərində yaranan zərərli faktorların təsirinə məruz qalır. Atmosferin və iş yerlərinin çirklənməsinin əsas mənbələri sənaye müəssisələridir. Çirkləndiricinin növü və miqyası texnoloji proseslərdən, istehsalat mədəniyyətindən, müəssisənin gücündən, zərərli tullantıların təmizlənməsi üçün istifadə olunan qurğuların səmərəliyindən və s.dən asılıdır.

İnsanın fəaliyyəti ilə əlaqədar olaraq çirkləndiricilər istehsalat proseslərində yaranır. Əgər XX əsrin əvvəllərində sənayedə 19 növ kimyəvi elementlərdən istifadə olunurdusa, əsrin sonlarında Mendeleyev cədvəlinin bütün elementlərindən istifadə olunmağa başlanmışdır.

Çirkləndiricilərin və onlaın insan orqanizminə zərərli təsir edən mənbələr-qara və əlvan metallurgiya, maşınqayırma, istilik-energetikası, kimya sənayəsi və başqaları. Köhnəlmiş texnologiyalardan və avadanlıqlarından istifadə olunması çirklənmə prosesini daha da dərinləşdirir.

Bəzi bərk və qaz şəkilli tullantıların toksikliyi, onların insan orqanizminə təsiri və buraxıla bilən qatılıqlar haqda aşağıdakı qısa məlumatlar verilir.



  1. Bəzi bərk tullantıların toksikliyi haqqında

Qurğuşun (Pb). Ağır metaldır. Ərimə temperaturu 327°C, qaynama temperaturu 1525°C-ə bərabərdir. 450-500°C buxarlanmağa başlayır. Qurğuşun və onun birləşmələrinin havaya daxil olması qurğuşunun əridilməsi müəssisələrində, akkumulyatorların istehsalında, əlvan metallurgiya (qurğuşun və qurğuşun-sink zavodları), avtomobillərin yanma qazları (oktan rəqəmini artırmaq və detonasiyaya qarşı benzinlərə əlavə edirlər), metal emalı və maşınqayırma istehsalatların çirkab suları, neftkimya, daş kömürün və məişət tullantıların yandırılması və s. Bu mənbələrin hamısı atmosfer havasına qurğuşun atılması antropogen mənbələridir.

Qurğuşun orqanizmə nəfəs yolları və həzm etmə sistemi vasitəsilə daxil olur. Qurğuşun qan dövranını və mərkəzi əsəb sistemi orqanlarının, həzm etmə sisteminin işini və orqanizmdə mübadilə prosesini pozur. Qurğuşun yorğunluğa, əzginliyə, əsəb sisteminin intoksikasiyasına səbəb olur. Ciyərlərin, böyrəklərin, mədə-bağırsaq traktinin pozulmasına gətirib çıxarır (qastrit, kolit, yara). Qurğuşun orqanizmdə müxtəlif orqanlarda-sümüklərdə, beyində, qara ciyərdə, əzələlərdə yığılma qabiliyyətinə malikdir. Qurğuşun intoksikasiyası ölümlə də nəticələnə bilər.

Xroniki zəhərlənmənin əlamətləri-dərinin boz rəngdə olması (xarici görüntü), baş ağrıları, baş gicəllənməsi, yaddaşın pozulması, epilepsiya halları və s.

Normativlər Pb-metal Pb-un duzları

BQHiz-0,01 mq/m3 BQHos-0,0003 mq/m3

BQHor.s-0,03 mq/m3

İkinci təhlükə sinifinə aiddir.

Sink (Zn). Yumşaq toz şəklində olan zərərli maddə sink oksididir (ZnO). Zn-in ərimə temperaturu 939°C-dir. Yüksək temperaturda qızdırıldıqda sinkin buxarlanması başlayır və oksigenlə birləşərək sink oksidini əmələ gətirir. Sink oksidi toz şəklində nəfəsalma yolları vasitəsilə orqanizmə daxil olur. Onun təsiri nəticəsində orqanimzdə titrəmə-qızdırma baş verir.

Manqan (Mn). Qırmızıya çalan gümüşü rəngli metaldır. Ərimə temperaturu 1210-1260°C, qaynama temperaturu 1960°C bərabərdir. Manqan birləşmələri-manqan oksidi, manqan iki-oksidi, xlorlu manqan yayılmışdır. Manqan-kontakt metallurgiya sənayesində, keyfiyyətli poladların istehsalında, şüşə və kimya sənayesində, qaynaq işlərində manqan filizlərin istehsalı və emalında istifadə olunur. Manqan və onun birləşmələri orqanizmə toz şəklində mədə-bağırsaq sistemi vasitəsilə daxil olur, mərkəzi əsəb sisteminə təsir edir. Mn aerozolları pinevmaniya xəstəliyin artmasına, beyində dəyişikliklər əmələ gətirir.

Nikel (Ni). Qəhvəyə çalan gümüşü rəngli metaldır. Ərimə temperaturu 1425°C, qaynama temperaturu 2900°C-ə bərabərdir. Nikelli və xromlu poladların istehsalında mis, dəmirli xəlitə şəklində, qalvanit prosesində, metal məmulatları nikellə örtülməsində katalizator kimi tətbiq edilir. Nikel və onun birləşmələri toz şəklində orqanizmə nəfəsalma yolları vasitəsilə daxil olur, nəfəsalma orqanlarını və dəri örtüyünü zədələyir, qan törədici sistemə təsir edir və infeksiya immunitetini zəiflədir.

Civə (Hg). Maye metaldır. Qaynama temperaturu 357,2°C, bərkimə temperaturu -38°C bərabərdir. Otaq temperaturunda buxarlanır. Atmosferə daxil olma antropogen mənbələri-civənin və onun birləşmələrinin alınması istehsalı (xlorla, sianidlə, kükürdlə, turş azotla və s.), üzvü yanacaqların yandırılmasında, əlvan metallurgiyada, xlorun və sodanın alınmasında, məişət tullantıların yandırılmasında. Civə və onun birləşmələri zəhərlidir. Atmosferə civə buxar şəklində, suda həll olunan duzlar və üzvü birləşmələr şəklində daxil olur. İstehsalat prosesində civənin buxarları orqanizmə nəfəsalma orqanları vasitəsilə daxil olur. Civənin buxarları kəskin və xroniki zəhərlənmələrə səbəb olur. Kəskin zəhərlənmələrin simptomları 8-24 saatdan sonra özünü biruzə verir. Kəskin zəhərlənmədə baş ağrıları, temperaturun yüksəlməsi, mədədə, bağırsaqda ağrılar və zədələr, ürək bulanma, böyrəklərin zədələnməsi. Civə orqanizmdə yığılma qabiliyyətinə malikdir. Əsasən qara ciyərdə və böyrəklərdə yığılır.

Xroniki zəhərlənmədə əsasən mərkəzi sinir sisteminə təsir edir, iş qabiliyyətinin aşağı düşməsi, tez yorulmaq, yaddaşın zəiflənməsi, əsəbilik, baş ağrıları. Sonra zəiflik, yuxusuzluq, əllərin titrəməsi, yüksəldilmiş psixiki əsəbilik.

Normativ. Metallik civə (buxarları)

BQHiz – 0,01 mq/ m3

BQHor.s – 0,0003 mq/ m3

Təhlükə sinifi – birinci (1-sinif).

Xrom (Cr). Bərk parıldayan metaldır Ərimə temperaturu - 1615°C, qaynama temperaturu 2200°C bərabərdir. İstehsalatda xrom birləşmələrdən – xrom-oksidi, xrom iki-oksidi və başqaları istifadə olunur.

Xrom və onun birləşmələrinin atmosferə daxil olma antropogen mənbələri – xromun çıxarılması, emalı və istifadə olunması istehsalatların tullanması, o cümlədən qalvanik dəri, lak-boya, metallurgiya, kimya sahələrində istifadə olunur. Xrom və onun birləşmələri toz şəklində dəri vasitəsilə daxil olur. Qara ciyərdə, böyrəklərdə, ağ ciyərdə və başqa orqanlarda yığıla bilər.

Kəskin zəhərlənmə - Xromun aerozol birləşmələri Cr (VI), xromatlar, bixromatlar təsirindən nasmosk, asqırma, burun qanaması, nəfəsalma orqanlarının qişalı səthinin qıcıqlandırılması, ağır hallarda böyrək çatışmamazlığı.

Toksiki təsir valentlikdən asılıdır.

Cr (VI)>Cr (III)>Cr (II)

Böyrəkləri, qara ciyəri, mədə altı vəzi zədələyir. Kanserogen xassəsi vardır.

Cr (VI)-qıcıqlandırıcı təsiri vardır-allergentdir, asma xəstliyinə səbəb olur.

Xroniki təsir. Yuxarı nəfəsalma yollarını zədələyir, qara ciyərin funksiyasını pozur, serroza səbəb olur, dəri səthində yara əmələ gətirir-dermatit, ekzema, yaralar (yazva).

İstehsalat kontakt dermatitlərin əllərdə, üzdə əsas səbəbi xromatlardı. Xrom birləşmələri ilə uzun müddət kontakt olduqda xərçəng xəstəliklərin ehtimalı yüksəlir.

Normativ Cr+6, CrO3-ə hesabladıqda (xrematlar, bixromatlar)

BQHiz - 0,0015 mq/m3

BQHor.s - 0,0015 mq/m3

Təhlükə sinifi-birinci(1-ci sinif).
Mis (Cu). Yumşaq qırmizı rəngli metal, yaxşı istilik və cərəyan keçiricisidir. Atmosferə daxil olmasının antropogen mənbələri-əlvan metallurgiya, misli pestisidlər, qalvanik istehsalı, kömürün və neftin yandırılması.

Qaynama t-ru , əridilmə t-ru 1083°C

Filizləri-bornit, xolkoperid, kunpit.

Kəskin zəhərlənmə - CuSO4 mədəyə düşdükdə ürək bulanmasına, qanla qaytarma, mədədə ağrı, hərəkətlərin koordinasiyasının pozulması və böyrək çatışmamazlığından ölüm.

Aerozolla nəfəs aldıqda-öskürmə pristupları, mədədə ağrılar, qızdırmanın qalxması.

Xroniki zəhərlənmədə - əsəb sisteminin, qara ciyərin, böyrəklərin funksiyasının pozulması, burundan qanaxama, temperaturun yüksəlməsi.

Normativlər . CuSO4

BQHiz - 0,5 mq/m3

BQHM.B. - 0,003 mq/m3

BQHor.s - 0,001 mq/m3

Təhlükə sinifi - ikinci (2-ci sinif).
Arsen (As) - gümüşü rəngli kövrək metal,

As - 615°C buxarlanır. Havada oksidləşir və rəngi bozlaşır.

Arsenin yayılmasının antropogen mənbələri:


  • metallurgiya (filizlərin çoxunda əlavə kimi) Pb, Zn, Ni, Cu, Su, Mo və W-ın istehsalatlarında;

  • sulfat turşusunun və superfosfatın istehsalında;

  • daş kömürün, neftin və torfun yandırılmasında arsenin və arsen birləşmələrin (kimya zəhərlərin) istehsalı;

  • dəri emalı zavodları

Havaya tüstü ilə və çirkab sularla atılır. Toksiki təsiri çox genişdir – maddələr mübadiləsini pozur, eritrosidlərin dağılmasına (qemoliz), arsenlə kontakt olduğu yerlərdə toxumaların dağıdılması.

Kəskin zəhərlənmədə - yüngül hallarda ümumi əzginlik, baş ağrısı, sonra beldə ağrılar, ürək bulanma, qaytarma. Ağır zəhərlənmədə - ağızda quruluq və yandırma, udulmada ağrılar. Arsen nəfəs yolları ilə daxil etdikdə - uyğun nəfəs yollarının qıcıqlandırılması, asqırma, gözlərdən yaş, öskürək, ürəkdə ağrılar. Sonra – yüksək zəiflik, baş gicəllənmə, ağrısı, mədədə ağrılar, əllərin və ayaq barmaqların keyləşməsi və sonra bədənin müxtəlif hissələrinə qan sızması.

8-15 gün sonra-bərk ağrılar (вконечностях), bərk baş ağrıları, sudurqa, paralic və nəfəs paralicdən ölüm.

Xroniki zəhərlənmə-yorğunluq, arıqlama, baş gicəllənmə, mədədə, sinədə, boğazda ağrılar, öskürək, saçların və dırnaqların tökülməsi, qan sızması (кровоизлияние).

Normativlər.

Arsen və onun qeyri-üzvi birləşmələri.

BQHor.s - 0,003 mq/m3

BQHS(su.) - 0,05 mq/l.

Təhlükə sinifi-ikinci (2-ci sinif).

Arsenin birləşmələri birinci insektisidlər kimi istifadə olunur. Tibbdə onun qeyri-üzvi birləşmələri ümumi gücləndiricidirlər. Üzvi birləşmələri-antimikrob təsirlidirlər (sifilis).

2. Bəzi qaz şəklində olan tullantilar haqqinda

Sənaye müəssisələrindən atmosferə atılan maddələr qaz, buxar, toz və digər şəkildə olurlar. Ən çox yayılmış zərərli qazlara aşağıdakılar daxildir: müxtəlif mənşəli aerozollar; karbon birləşmələri (karbon oksidi, karbon iki oksidi və b.); azot birləşmələri (ammoniyak, azot oksidləri və b.); kükürd birləşmələri (hidrosulfit, kükürd iki oksid və b.); halloidlər (xlor, flor, brom və onların birləşmələri); fosfor və onun birləşmələri (hidrofosfat və b.).

Qara və əlvan metallurgiyanın tullantıları atmosferi çoxlu toksiki qazlarla zəhərləyir. Çıxan qazların tərkibində xammalın keyfiyyətindən və texnoloji rejimdən asılı olaraq müxtəlif miqdarda qaz qarışıqları olur. Orqanizmə nəfəsalma yolları ilə daxil olurlar. Gözün və yuxarı nəfəsalma yollarının selikli qişasına güclü qıcıqlandırıcı təsir edirlər. Böyük qatılıqlarda huşu itirmək və ciyərin şişməsi kimi daha ağır nəticələr verə bilərlər.

Tökmə prosesində isti metalların təsirindən forma qarışıqlarından benzol, fenol, formaldehid, metanol və digər zərərli maddələr ayrılır. Bunların miqdarı forma qarışıqlarının tərkibindən və kütləsindən asılıdır. Tökmə sexləri ətraf mühitə ən çox zərərli maddələr tullayan mənbələrdəndir. Məs açıq çuqun tökmə vaqrankalarda 1 ton metal əridikdə tərkibində karbon oksidləri, kükürd, azot, toz, və s. olan 900-1200m3 həcmində kolosnik qazları ayrılır.

Töküklərin qəliblərdən çıxarılması proseslərində silkələyici şəbəkənin 1 m2 sahəsindən 45-65kq/saat qədər toz, 5-6 kq/saat-da karbon oksidi 3kq/saat qədər ammoniyak ayrılır.

Qaz şəklində olan zərərli tullantılar haqqında bəzi məlumatlar aşağıda verilir.

Karbon oksidi (CO). Rəngsiz, iysiz, yüksək zəhərli qazdır. Kifayət qədər oksigen olmadıqda karbonun tam yanmaması nəticəsində əmələ gəlir. Karbon oksidin əsas mənbələri-məişət mənbələri (qazın natamam yanması), tökmə, termiki, dəmirçi sexləri, istixanalar, xüsusilə daş kömürlə işlədikdə əmələ gəlir, metallurgiya sənayesi (poladın istehsalı), kimya sənayesi (ammoniyakın, sodanın istehsalı, metanolun alınması), yanğınlar (yanğınlardan 50% ölümlər karbon oksidi ilə zəhərlənmə), avtomobil və traktorlardan tullanan qazların tərkibində olur. CO miqdarı işlənmiş qazın miqdarı 12% qədər çata bilər. Əsasən boş-boşuna hərəkətdə, kiçik oborotlarda, tormozlamada, sürətlənmədə. Qarajlarda və tunellərdə CO-un yığılması təhlükəlidir.

Toksiki təsirin mexanizmi.

CO qemoqlobinlə birləşərək karboksiqemoqlobin əmələ gətirir buda qanda oksigenin hərəkətini pozur və orqanizmdə oksigenin çatışmamazlılığına gətirib çıxarır və orqanizmin oksigenlə təminatını pozur

Hg + CO →HbCO

Kəskin zəhərlənmədə - nəfəs almada miqdarı 1000 mq/m3 –dək olduqda – baş ağrıları, ağırlıq hiss olunması, baş qicələnməsi, qulaqlarda səs-küy, titrəmə, zəifləmə və qorxu hissi, susuzluq, havanın çatışmaması, ürək bulanma, nəbzin yüklənməsi. Sonra yuxunun gəıməsi, huşu itirmə və sonra nəfəs çətinləşməsi və dayanması, CO-nun qatılığı 5000 mq/m3-olduqda 20-30 dəqiqə ərzində nəbzin zəiflənməsi, azalması və dayanması, ölüm.

Qatılıq 14000 mq/m3 olduqda 1-3 dəqiqə ərzində huşu itirməsi, qaytarma, ölüm.

Xroniki zəhərlənmədə - baş ağrıları, ürək bulanma, arıqlamaq, uzun müddət təsir etdikdə ürək-damar sisteminin pozulması, ürəkdə ağrılar.

Havada azot oksidləri olduqda CO ilə zəhərlənmə daha sürətlə baş verir.

Normativlər

BQH (mq/m3)

BQHiz (iş günü ərzində) 20,0

60 dəq.50,0

15 dəq.200,0

BQHm..b-5,0

BQHor.s.-3,0

Təhlükə sinifi-dördüncü (4-cü sinif)

Kükürd iki oksidi (SO2). Rəngsiz, kəskin iyli qazdır. Atmosferə daxil olma mənbələri-kömürün və neft məhsullarının yandırılması-80% sənayedə və məişətdə; 19%-metallurgiyada;1%-nəqliyyat. Metallurgiyada filizlərin əridilmiş metal məhlullardan alınır (misin, sinkin, qurğuşunun, nikelin əridilməsində).

SO2 atmosferin əsas aerozollarındandı. Atmosferə böyük miqdarda atılmasına baxmayaraq qısa yaşayan qazdır (4-5 sutka.). Yerin yaxınlığında SO2 atılması günəş radiasiyasının azalmasına səbəb olur və SO2 təsiri CO2 fərqli olaraq iqlimin soyumasına səbəb ola bilər. Lakin SO2-nin atmosfer suları ilə yuyulması onun təsirini azaldır. Sənayedə SO2 tullantıların hər il atmosferə təxminən 150 mln tonla qiymətləndirilir. SO2 dayanaqlı qaz deyil. O günəş radiasiya təsirindən SO3 (kükürdlü anhidrid) keçir və su buxarları ilə kontaktda olduqda sulfat turşusuna çevrilir və sonra su damcıları ilə birləşərək turş yağışlar əmələ gətirir.

SO2-in təsir mexanizmi-çoxtərəfli ümumi toksiki təsir göstərir. Qıcıqlandırıcı təsirə malikdir. Böyrəklərin, mədə bağırsaq və ürək damar sisteminin funksiyasını pozur.

Kəskin zəhərlənmə-yüngül hallarda (qatılıq~0,001% həcmə görə) – yuxarı nəfəs yollarını və gözü qıcıqlandırır. Asqırma, boğazda quruma, öskürək. Orta ağırlıq hallarda-ümumi zəiflik, quru öskürək, ürək bulanması, burundan qan axması. Ağır hallarda boğulma, əziyyət edici öskürək, ciyərlərin şişməsi və ölüm.

Xroniki zəhərlənmə - nəfəs, ürək-damar və mədə-bağırsaq sistemin pozulması. Qara ciyərin zədələnməsi-toksiki gepativ, mədə yazvası.

Normativlər.

BQHiz-10mq/m3

BQHm.b.-0,5 mq/ m3

BQHor.s-0,005 mq/ m3
Təhlükə sinifi ikinci (2-ci sinif)
Azot oksidləri (NO və NO2)

Azon oksidlərinin atmosferə daxil olma mənbələri:



  • yeraltı yanma məhsullarının yanması;

  • nəqliyyat;

  • azot və kükürd turşuların istehsalı;

  • silosun bakterial parçalanması



Toksiki təsiri

NO – qan zəhəri, oksigenin qemoqlobinlə daşımasına mane olur.

NO2 – nəfəs yollarına qıcıqlandırıcı və yandırıcı təsir göstərir, ciyərlərin şişməsinə səbəb olur, tiol zəhəri, zülalda olan pH qrupları izolə edir.

Kəskin zəhərlənmə

NO – ümumi zəiflik, baş gicəllənməsi, qan təzyiqinin aşağı düşməsi. Ağır hallarda dodaqların göyərməsi, nəbzin zəiflənməsi, yüngül titrəmə. Bir neçə saatdan sonra vəziyyətin yaxşılaşması, 1-3 gündən sonra – kəskin zəifləmə, baş ağrıları, əl və ayaqların keyləşməsi, baş gicəllənməsi.

NO2


8 mq/ m3 olduqda – iy və zəif qıcıqlanma

14 mq/m3 olduqda – gözün, burunun qıcıqlanması

510-760 mq/m3-la 5 dəqiqə nəfəs aldıqda-pnevmoniya

950 mq/m3 olduqda – 5 dəqiqə ərzində ciyərlərin şişməsi

Kəskin zəhərlənmə üçün xarakterik iki fazadı: əvvəl – şoşmə, sonra bronxit və onun nəticələri

Xroniki zəhərlənmə

NO ilə: nəfəs funksiyaların və qan dövranının pozulması

NO2 ilə: xroniki bronxit.

Normativlər:

NO NO2


BBQm..b - 0,4 mq/m3 BBQm..b – 0,085 mq/m3

BBQor.s. – 0,06 mq/ m3 BBQor.s. 0 0,04 mq/m3

Təhlükə sinfi üçüncü (2-ci sinif) Təhlükə sinfi ikinci (2-ci sin

MÖVZU 11


FH-IN PROQNOZLAŞDIRILMASI
Monitorinqin mahiyyəti, məqsədi, obyekti və növləri

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin