Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?



Yüklə 49,21 Kb.
səhifə10/11
tarix01.05.2023
ölçüsü49,21 Kb.
#105305
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)

4. Anlayışlar və təriflər.
- layihələrin idarə olunması və təşkilatların inkişaf proqramları ilə bağlı problemlərin araşdırılması nəticəsində belə bir qənaətə gəlinir ki, proqramların və ya layihələrin uğurla gerçəkləşməsi üçün əsas şərtlərdən biri layihənin təbiəti ilə onun tətbiq edildiyi məkanın təbiətinin eyni olmasıdır. İstənilən layihə hər hansı bir “İDEYA”dan başlanır. Lakin “İDEYA”nın yaranma səbəbi üç əsas mənbə ilə bağlıdır: PROBLEM, ÇAĞIRIŞ və MİSSİYA. Bunun nəticəsində layihə və ya proqram iki üsulla yaranır. Birinci halda, yeni layihə yaranır, yəni bu layihə analoqsuz olaraq, ilk dəfə “dünyaya gəlir”. İkinci halda isə mövcud layihənin bəzi parametrlərini tətbiq edildiyi məkana uyğunlaşdırmaq məqsədilə dəyişdirilməklə “dünyaya gətirilir”. Belərliklə, belə bir nəticəyə gəlmək olar ki, layihələr də “irsiyyət”, “dəyişkənlik” və s. bu kimi digər canlılarda olan genetik xüsusiyyətlərə malikdir, yəni onların da öz təbiəti vardır.
Bütün bunları aydın təsəvvür etmək üçün hər birimizin intutitiv olaraq həyata keçirdiyimiz “Ad günü layihəsi” nə nəzərə salaq:
Hamıya bəllidir ki, ad gününün keçirilməsi müəyyən məqsəd daşıyır, yəni əsas məqsəd ad günümüzü qeyd etmək, yaxın dost və qohumlarla bu sevinci bölüşmək, şənlənməkdir. Deməli, hər bir fəaliyyət konkret MƏQSƏDƏ malikdir.
Biz məqsədimizə nail olmaq üçün müəyyən vəsait ayırırıq, yəni büdcəmizi müəyyənləşdiririk. Bu vəsait əsasında şənlik məclisini reallaşdırmaq, bazarlıq etmək, yaxın insanları bu bu şənliyə dəvət etmək və s. bu kimi bir çox işlər həyata keçirilir. Deməli, hər bir fəaliyyət bir-birinə bağlı olan və ƏLAQƏLƏNDİRİLƏN İŞLƏR kompleksidir.
Ad günü şənliyini keçirmək üçün vaxt müəyyən edirik. Şənlik məclisini nə zaman başlamaq və nə zaman bitirmək lazım olduğunu müəyyənləşdiririk. Məsələn saat neçəda başlanıb, neçədə bitməsi, nə qədər davam etməsini planlaşdırırıq. Beləliklə, layihədə hər bir işin və ya tapşırığın başlanğıc və son müddətlərini qeyd etməklə layihəni VAXT parametri ilə səciyyələndiririk.
Təbii ki, keçirilən ad günü ötən illərdəki bu cür tədbirlərlə tam eyni ola bilməz, çünki hər bir tədbir özünəməxsusluğu və təkraredilməzliyi ilə diqqət çəkir. Layihənin büdcəsi, vaxtı, resursları, iştirakçıları və s. digər parametrləri üzrə müxtəliflik mərasimi əvvəlki eyni məqsədli tədbirlərdən fərqləndirir. Deməli, hər bir layihə NADİRDİR VƏ TƏKRAREDİLMƏZDİR.
Məhz bu dörd faktor: məqsəd, əlaqəli işlər kompleksi, vaxt və nadirlik xüsusiyyətləri təbiətindən, növündən və məkanından asılı olmayaraq, bütün layihələri eyni şəkildə xarakterizə edir.
Beləliklə, qeyd olunanlara əsaslanaraq deyə bilərik ki, LAYİHƏ – məqsədə çatmaq üçün müəyyənləşdirilən müddətdə müvafiq işləri yerinə yetirməklə nadir məhsul istehsal edən müvəqqəti müəssisədir.
Əgər “Layihələr” maddi və mənəvi sistem olaraq məqsədyönlü şəkildə dəyişdirilirsə, onda bu o deməkdir ki, layihələr idarə olunur, yəni bu dəyişikliklərin idarə olunması layihənin idarə edilməsinə gətirib çıxarır. Deməli, layihələrin uğurla başa çatmasının əsas səbəbi onun düzgün idarə edilməsindən asılıdır.
Bütün deyilənləri ümumiləşdirib Layihəyə aşağıdakı tərifi vermək olar:
Layihə - məqsədə nail olmaq üçün həyata keçirilən, başlanğıc və son tarixlərinə malik olan, koordinasiya və nəzarət edilənişlərdən ibarət nadir (unikal, bənzərsiz) proseslər toplusudur. Məqsədə nail olmaq üçün xüsusi tələbləri yerinə yetirməklə yekun nəticə əldə etmək istiqamətində vaxt, büdcə və resurslar baxımından çoxsaylı məhdudiyyətlərin idarə olunması tələb edilir.



Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin