Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?



Yüklə 49,21 Kb.
səhifə11/11
tarix01.05.2023
ölçüsü49,21 Kb.
#105305
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)

5. Layihənin əlamətləri.
- Layihələr funksional və obyektiv xarakter daşıyır. Ümumiyyətlə, layihələr aşağıdakı xüsusiyyətlərə malikdir:
- dəyişmək və yenilik
- vaxt məhdudiyyəti
- büdcə və xərclər
- resurslar
- təkrarolunmaz və nadirlik
- bütövlük və tamamlıq
- hüquqi təminat
- təşkilati struktur
- çərçivə standartları.
Xüsusiyyətlərinin hər birinə ayrılıqda nəzər salaq.
1. Dəyişmək və yenilik.
Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda “layihə yaşayır” deyirlər. Layihənin başlahğıc dövründə onun bütün elementləri, yəni işlər və tapşırlar “passiv” (dayanmış, başlanmamış) vəziyyətdə olur. Zaman keçdikcə plana uyğun olaraq layihədə nəzərdə tutulan işlər yerinə yetirildikcə, onların vəziyyəti dəyişərək “passiv”dən “aktiv”ə (icrada olan işlər) keçir, yəni artıq işlər yerinə yetirilməyə başlanır, resurslar mənimsənilir. İşlər tam yerinə yetirildikdən sonra onlar yenidən “passivləşdirilmiş” (yerinə yetirilmiş işlər) vəziyyətə keçir, yəni iş və ya tapşırıqlar qarşıya qoyulan məqsədə nail olaraq bitir.
2. Vaxt məhdudiyyəti.
Layihələrin yerinə yetirilməsində müəyyən vaxt çərçivəsində məqsədə nail olmaq mümkündür. Layihələri digər tədbirlərdən və obyeklər fərqləndirən əsas parametrlərdən biri vaxt məhdudiyyətidir. Hər bir işin başlanğıcı və sonu olduğu kimi, layihələrin də başlanma (start) və son (finiş) vaxtları var. Bu vaxt göstəriciləri, adətən məhdud olur. Bu səbəbdən layihənin uğurla başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində yerinə yetirilməsidir.
3. Büdcə və xərclər.
Büdcəyə layihədə nəzərdə tutulan işlərin icrasına çəkilən xərclər və bütün növ resursların xərcləri daxildir. Layihə rəhbəri büdcəyə nəzarət mexanizmini müəyyənləşdirir və layihə komandasında bu işə məsul şəxs təyin edir. Layihə büdcəsi iki halda formalaşa bilər:

    • Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir;

    • Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihə konsepsiyası müəyyənləşdirilir.

Hər iki halda layihədə nəzərdə tutulan işlərin yerinə yetilməsində büdcə əsas əlamət kimi xüsusi yer tutur.
4. Resurslar.
Layihələrin yerinə yetirilməsində büdcədən başqa, digər vəsaitlər də istifadə olunur. Bu resurslara aiddir: insanlar, texnikalar, avadanlıqlar, materiallar və digər resurslar. Layihəni planlaşdıran zaman hər bir resurs layihədəki iş və ya tapşırığa bağlanır və təbii ki, bütün resurslar məhdud həcmdə olur. Resurslar və onların həcmi əvvəlcədən planlaşdırılır və bunun əsasında layihənin icra müddəti müəyyən edilir.
5. Təkrarolunmaz və nadirlik
Həyatda elə iki layihə yoxdur ki, onlar eyni olsun. Hətta bir-birinə çox yaxın olan və oxşayan layihələr bir-birindən fərqlənir. Layihə işlər və tapşırıqlar çoxluğudur. Hər bir işi yerinə yetirmək üçün müəyyən vaxt, büdcə ayrılır və müxtəlif resurslar istifadə olunur. Bully evlilik hər bir işə nazirlik xüsusiyyətiylə ya təkrarolunmazlığı əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vasitələrlə və ya müxtəlif vaxtlarda yerinə yetirilməsi də onun təkrarolunmazlıq əlaməti kimi qiymətləndirilir.
6. Bütövlük və tamlıq.
Layihələr çoxlu parametrlərlə xarakterizə olunur. Layihəyə təsir edən bütün parametrlərin hamısının layihədə öz əksini tapması onun bütün olmasını xarakterizə edir. İlk növbədə, nəzərdə tutulan faktorların sayı və layihənin nəticəsini birbaşa və ya dolayı yolla təsir edən parametrlərin sayını müəyyənləşdirmək layihənin tam olmasına gətirir. Bu zaman deyirlər ki, layihə bütövdür və ya tamdır. Beləliklə, tamlıq əlaməti layihələrin bütün parametrlərlə tam xarakterizə olunması deməkdir.
7. Hüquqi təminat.
Layihədə iştirak edən bütün maraqlı tərəflərin hüquqi təminatı və onlar arasında hüquqi münasibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə, dəyişən siyasi və iqtisadi mühitdə layihələrin yerinə yetirilməsində hüquqi bazanın yaradılması əsas məsələlərdən biri hesab edilir. Bu səbəbdən, layihə ofisində layihə ilə bağlı bütün hərəkətlər və qərarlar hüquqi bazaya söykənməli və müvafiq normativ sənədlərlə təmin olunmalıdır.
8. Təşkilati sturuktur.
Təriflərdən göründüyü kimi, layihə kiçik bir müəssisədir. Hər bir müəssisənin təşkilati strukturu olduğu kimi, layihələrin təşkilati strukturu da olmalıdır. Xüsusən, təşkilati strukrun mütləq vacibliyi mürəkkəb layihələrin yerinə yetirilməsində tələb olunur və bu tipli layihələrdə əsas parametrlərdən biri “təşkilati strukturların yaradılması” dır. Təşkilati struktur kiçik layihələrdə tətbiq olunmaya da bilər.
9. Çərçivə standartları.
Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi və həcmi müəyyənləşdirilməlidir. Buna görə layihələr həm xaricdən, həm də daxildən çərçivə standartları ilə əhatə olunmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə standartları daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühiti dəyişməklə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduğundan, onlara müəyyən xüsusiyyətə malik olan tam sistem kimi baxmaq olar.

Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin