Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?


Müsabiqəyə təqdim olunan layihələr hər il müxtəlif prioritet istiqamətləri əhatə edir. VI qrant müsabiqənin prioritet istiqamətləri aşağıdakı kimi idi



Yüklə 49,21 Kb.
səhifə7/11
tarix01.05.2023
ölçüsü49,21 Kb.
#105305
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)

Müsabiqəyə təqdim olunan layihələr hər il müxtəlif prioritet istiqamətləri əhatə edir. VI qrant müsabiqənin prioritet istiqamətləri aşağıdakı kimi idi:
1. Onlayn platforma və tətbiqlər (applications) vasitəsilə öyrənmənin təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:

  • onlayn öyrənmə platforma və tətbiqlərində (məsələn, KhanAcademy, Coursera, Udemy, edX, Brilliant, Duolingo, Rosetta Stone, Lingokids, Babbel, Quizizz və s.) ödənişsiz və ya ödənişli məzmundan (kurslardan) təhsilalanların və təhsilverənlərin istər xarici dildə, istər Azərbaycan dilinə tərcümə edilərək istifadəsinin təmin edilməsi.

  • müəllimlər üçün müstəqil öyrənmə platformalarına yerləşdirilməsi məqsədilə öyrədici video-çarxların hazırlanması.

2. Təhsilalanların müxtəlif məzmunlu müsabiqələrə hazırlaşdırılması və bu cür müsabiqələrin təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:

  • təhsilalanların müxtəlif olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və iştirakının təmin edilməsi.

  • müxtəlif məzmunlu müsabiqələrin təşkili.

3. Dərnək və klubların təşkili
Mövzunun əhatə etdiyi istiqamətlər:

  • STEAM, virtual reallıq, dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo.

  • incəsənət, rəqs, ictimai nitq, debat, informasiya və media savadlılığı.

  • peşə seçimi və peşə yönümü işi, sahibkarlıq, maliyyə savadlılığı.

  • alternativ enerji mənbələri.

4. Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği
Mövzunun əhatə etdiyi istiqamətlər:

  • fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə.

  • məktəbdə psixososial durumun yaxşılaşdırılması, valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsi.

  • həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası.

  • sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunmanın təbliği.

  • milli təəssübkeşlik və tolerantlıq istiqamətində bilik və bacarıqların formalaşdırılması.

  • təhsilalanların iştirakı ilə məktəb icmasında sosial yönümlü layihələrin həyata keçirilməsi.


Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin