Mövzu: 10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri. I mövzu: Layihə nədir?



Yüklə 49,21 Kb.
səhifə2/11
tarix01.05.2023
ölçüsü49,21 Kb.
#105305
1   2   3   4   5   6   7   8   9   10   11
Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)

1. Ümumi müddəalar 
1.1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” (bundan sonra – Sənəd) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtlərini, o cümlədən vəsaitlərin verilməsi prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələbləri müəyyən edir.
1.2. Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra – qrant) ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
1.3. Qrantın ayrılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırır və müsabiqə ilə bağlı informasiya həmin saytda yerləşdirilir.
1.4. Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublika-sının Təhsil Nazirliyi tərəfindən tərkibi 5 (beş) nəfərdən ibarət Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinin iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş hesab olunur. Təşkilat Komitəsinin iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Təşkilat Komitəsinin sədri həlledici səsə malikdir.
1.5. Qrant müsabiqəsi üzrə mövzular prioritet sahələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
1.6. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.
1.7. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 3 (üç) nəfər üzvdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş hesab olunur. Apelyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
1.8. Təşkilat Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət göstərir.
1.9. Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 

Yüklə 49,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin