Mövzu10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışNew Microsoft Word Document (5)
Mövzu:10. Layihə və layihənin idarə edilməsinin əsas anlayışları və kateqoriyaarı, əlamətləri və inkişaf mərhələləri.
I Mövzu: Layihə nədir? Plan: 1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı.
2. Təhsil Nazirliyinin Qrant Proqramının təhlili.
3. Fənnin tədrisini zəruri edən amillər.
4. Anlayışlar və təriflər.
5. Layihənin əlamətləri.
Ədəbiyyat: İqbal Babayev Layihələrin idarə edilməsi. Bakı – 2022
İqbal Babayev Layihə menecerinin yol xəritəsi. Bakı – 2016
İqbal Babayev Layihələrin idarə edilməsi: Peşəkar biliklərin əsasları. Milli kompitensiyanın əsasları. Milli sertifikasiya sistemmi. Bakı-2002
İqbal Babayev Layihələrin idarə edilməsinin metodologiyası. Bakı-2003
Alper Akyüz Proje Yöntemi. Avrupa Konseyi ve Avrupa Komisyonu. İstanbul 2000
https://grants.edu.az/
1. “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı - “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikasının o vaxtkı Baş naziri Artur Rasi-zadə tərəfindən 14 iyun 2017-ci il 258№li qərarı ilə təsdiq edilmişdir. Qərarda deyilir:
“Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 avqust tarixli 2255 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” təsdiq edilsin. Bu sənəddə ümumi müddəalar, qrantların məbləği və ayrılması şərtləri, qiymətləndirilmə üzrə tələblər, monitorinqlərin aparılması üzrə tələblər, vəsaitlərin verilməsi prosedurları üzrə tələblər, hesabat üzrə tələblər müəyyən edilmişdir. Hər bölməyə uyğun bəndlərlə tanış olaq: