5. Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi Mövzunun əhatə etdiyi istiqamətlər:
inklüziv təhsil, məsafədən təhsil, oyun, layihə və problem əsaslı təlim, tətbiqlər (app-lər), simulyasiya və virtual reallıq vasitələrinin tətbiqi üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi.
müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi.
xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi və məktəbdə tətbiqi.
müəllim adaptasiyası proqramlarının həyata keçirilməsi.
Müsabiqə iştirakçılarına verilən tələblər:
“Fərdi” kateqoriya üzrə layihəni təqdim edən şəxsin təşkilati-hüquqi formasından asılı olmayaraq ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçi olması.
“Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə layihələrin dövlət tam orta ümumi təhsil müəssisəsi tərəfindən təqdim edilməsi (Qeyd: ibtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə Müsabiqəyə müraciət edə bilərlər).
Müsabiqəyə təqdim olunan layihə təkliflərinin ekspertizası və qiymətləndirilməsi: 1. Texniki ekspertiza (Hə/Yox prinsipi ilə qiymətləndirilir):
layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) tələb olunan formalara uyğunluğu.
iştirakçıların yalnız bir layihə təqdim etməsi.
layihənin icra müddətinin 3-12 ay olması.
“Fərdi” kateqoriya üzrə layihə büdcəsinin 10 000 AZN, Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 100 000 AZN-dən çox olmaması.
layihə təkliflərinin təkrar verilməməsi.
iştirakçıların daha əvvəl icra etdikləri layihələrin səmərəliliyi.