Mövzu 10: Xərclərin, gəlirlərin və maliyyə nəticələrinin uçotu Xərcər, onların iqtisadi mahiyyəti və tanınması


MHBS 1 və MMUS 1-ə əsasən müəssisələr



Yüklə 49,9 Kb.
səhifə2/10
tarix18.05.2022
ölçüsü49,9 Kb.
#58537
1   2   3   4   5   6   7   8   9   10
10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot

2. MHBS 1 və MMUS 1-ə əsasən müəssisələr mənfəət və ya zərər kimi tanınan gəlir və xərclərinini təhlil edərkən daha etibarlı və daha əhəmiyyətli informasiya verməsindən asılı olaraq ya xarakterinə (iqtisadi məzmunu və ya iqtisadi elementlər üzrə), yaxud da təyinatı üzrə (kalkylyasiya maddələri üzrə) müəssisə daxilindəki təsnifatını əsas tutmalıdır.
1 saylı MMUS –üzrə isə xərclərin bölgüsü aşağıdakılara müvafiq olaraq həyata keçirilir:

  1. “xərclərin xüsisusiyyətləri üzrə”;

  2. “xərclərin funksiyaları üzrə”.

Yuxarıda qeyd edilən təsnifat zamanı xərclər müəssisənin fəaliyyətinin ayrı-ayrı seqmentləri arasında bölüşdürülmür. Xərclərin “xarakteri üzrə” və “xüsiusiyyətləri üzrə” təsnifatı böyük olmayan müəssisələr tərəfindən istifadə olunur. Məsrəflərin əlavə bölüşdürülməsinə ehtiyacın olmaması bu təsnifatdan istifadəni asanlaşdırır.
İstehsalat məsrəfləri bir sıra digər əlamətlərinə görə görə də təsnifləşdirilir.
Müəssisələrin xərcləri xarakterindən, həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyət istiqamətindən asılı olaraq aşağıdakılara bölünür:

Sair xərclər özləri isə sair əməliyyat xərlərinə və fövqəladə xərclərə bölünür
Adi fəaliyyət növü ilə əlaqədar olan xərclərə məhsulun istehsalı və satışı, içlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olan xərclər, həmçinin malların alınması və satılması ilə bağlı xərclər daxildir.
1 saylı MMUS-a əsasən adi fəaliyyət üzrə xərclər əsas xərclər adlanır. Standarda göstərilən sair xərclərə əsas fəaliyyətlə bağlı olmayan və ya adi fəaliyyət zamanı mütəmadi şəkildə baş verməyən xərclər daxil edilir. Müxtəlif standartlarda göstərildiyi kimi bu xərclər ya Mənfəət və zərər haqqında və yaxud da kapitaldakı dəyişikliklər haqqında hesabatda əks etdirilir.
Müəssisənin istehsal xərclərinin tərkibi iqtisadi elementlər üzrə aşağıdakılardan ibarətdir: material məsrəfləri (geri qaytarılan tullantıların dəyərini çıxmaqla), əməyin ödənilməsinə məsrəflər, sosial ehtiyaclara ayırmalar, dövrüyyədən kənar aktivlərin amortizasiyasısair məsrəflər (poçt-teleqraf, telefon, ezamiyyə və b.).
Məhsulun maya dəyərinə daxil edilməsi üsulundan asılı olaraq bütün xərclər- müstəqim (birbaşa)qeyri-müstəqim(dolayı) olmaqla iki yerə bölünür.
İstehsalın həcminə münasibətinə görə müəssisənin xərcləri - dəyişəndaimi ( şərti daimi) olmaqla iki yerə bölünür.
Tənzimlənmə dərəcəsindən asılı olaraq məsrəflər- tənzimlənəntənzimlənməyən olmaqla iki yerə bölünür.
İstehsal prosesinə münasibətinə görə xərclər iki yerə- istehsalqeyri-istehsal (kommersiya) xərclərinə bölünür.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin