Mövzu 10: Xərclərin, gəlirlərin və maliyyə nəticələrinin uçotu Xərcər, onların iqtisadi mahiyyəti və tanınması


Istehsala məsrəflərin uçotu müxtəlif hesablarda aparılır: 202 “İstehsalat məsrəfləri”



Yüklə 49,9 Kb.
səhifə3/10
tarix18.05.2022
ölçüsü49,9 Kb.
#58537
1   2   3   4   5   6   7   8   9   10
10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot

3. Istehsala məsrəflərin uçotu müxtəlif hesablarda aparılır:
202 “İstehsalat məsrəfləri” hesabında məhsul istehsalına çəkilən məsrəflər uçota alınır. 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” hesabında aparılan tikinti işinə çəkilən məsrəflər uçota alınır. Göründüyü kimi bu hesablar istehsal sferasında (sənayedə, kənd təsərrüfatında, tikintidə və s.) tətbiq edilir.
Məsrəflər baş verdikcə bu hesablar debetləşdirilir. Qeyd edilən hər iki hesab aktivdir. Onların ayın əvvəlinə olan saldosu müvafiq olaraq bitməmiş istehsal və tikinti işlərinin məbləğini, debet dövriyyəsi hesabat dövründə cəkilmiş xərcləri. Kredit döbvriyyəsi isə istehsalatdan buraxılan ,başa çatmış tikinti işlərini,yerinə yetirilmiş işləri və göstərilmiş xidmətlərn həcmini, ayın sonuna saldosu isə bitməmiş istehsal və tikinti işlərinin məbləğini əks etdirir.
Yuxarıda qeyd edilən hesablarda onların növü üzrə uçota alınır:

  • əsas xammal DT 202-1 KT 201-1;

  • əsas materiallar DT 202-2 KT 201-2;

  • əsas istehsalatda çalışan işçilərin əmək haqqı DT 202-3 KT 533;

  • istehsal aktivlərinin amortizasiyası DT 202 KT 102,112;

  • köməkçi xammal DT 202-5 KT 201-1;

  • köməkçi materillar DT 202-6 KT 201-2;

  • köməkçi istehsalatda çalışan işçilərin əmək haqqı DT 202-7 KT 533;

Tikinti işlərininin yerinə yetirilməsi zamanı DT 203 və Kt 201-1, 201-2, 533, 522 və s. mühasibat yazılışları tərtib edilir.
İstehsaladan buraxılmış hazır məhsul DT 204 “Hazır məhsul” KT 202 “İstehsalat məsrəfləri”, hazır tikinti məhsulu isə DT 203 KT 203 mühasibat yazılışı ilə mədaxil olunur.
Sənayedə, kənd təsərrüfat; müəsisələrində məsrəflərin uçotu sexlər, sahələr, briqadalar, həmçinin məhsul növləri üzrə , tikinti obyektləri və işlərinin növləri üzrə aparılır.
İstehsala məsrəflərin icmal uçotunu aparmaq üçün istehsala məsrəflərin icmal uçotu cədvəlindən istifadə edilir.
İstehsala məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyası prosesində müxtəlif metodlardan istifadə olunur. İstehsala məsrəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasının metodu dedikdə məhsul istehsalına çəkilən məsrəflər və maya dəyərin hesablanması haqda məlumatların qeydiyyatı üsullarının(metodlarının) məcmusu, icmallaşdırılması və uçot reqistrlərində ümumiləşdirilməsi başa düşülür.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin