10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot
Əsas gəlir – adi (əməliyyat) fəaliyyətindən formalaşır. Yeni Hesablar planında bu gəlir “əsas əməliyyat gəliri” kimi adlanır və ya göstərilir..
Adi fəaliyyətdən gəlir yaxudəsas gəlir müəssisənin müntəzəm fəaliyyəti prosesində aşağıdakı müxtəlif formalarda yaranır (bax 6-cı suala).
Sair gəlir özlüyündə qeyri-müntəzəm gəliri təcəssüm etdirir və mahiyyətcə əsas gəlir anlayışına uyğun gəlmir.
Yeni Hesablar Planına əsasən sair gəlirlərə maddi və qeyri-maddi uzunmüddətli aktivlərin satışından, yenidən qiymətləndirilməsindən, əvəzsiz əldə edilməsindən,alınmış cərimələrdən, ümidsiz borcların bərpasından, məzənnə fərqlərindən və s. olan gəlirlər aid edilir.
Qeyd edilənlərdən başqa Hesablar Planında maliyyə gəlirlərinin uçotu məqsədi ilə xüsusi bölmə ( 63 maliyyə gəlirləri) də nəzərdə tutulmuşdur. Həmin bölmə üzrə maliyyə gəlirlərin tərkibinə aşağıdakı gəlirlər daxil edilmişdir: faiz gəliri; maliyyə icarəsi üzrə gəlirlər; maliyyə alətlərinin ədalətli dəyərinin dəyişilməsindən gəlirlər; öhdəliklərdən yaranan məzənnə gəlirləri və s.
“Maliyyə hesbatlarının təqdimatı üzrə” 1 nömrəli MMUS- da xərclər dedikdə mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan, lakin kapitalın azalması ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin artmasına baş verən iqtisadi səmərənin azalmasıdır. Adı çəkilən mühasibat uçotu standartına görə xərclər iki yerə - əsas xərclərə və sair xərclərə bölünür.
Əsas xərclərə - müəssisənin adi, yaxud əsas əməliyyat fəaliyyəti ilə bağlı xərclər aid edilir:
Sair xərclər – müntəzəm surətdə baş vermir və “əsas xərclər” anlayışına uyğun gəlmir.
Yeni Hesabat Planında xərclər aşağıdakı ardıcıllıqla əks etdirilir:
satışın maya dəyəri (müntəzəm fəaliyyət üzrə xərclər)
Gəlirlərin və xərclərin Mənfəət və zərər haqqında hesabata daxil edilməsi fakti gəlir və xərclərin tanınması kimi başa düşülür.
Beləliklə, müəssisənin ötən dövr ərzində maliyyə nəticələri (mənfəət və zərər) haqqında informasiyası mənfəət və zərər haqqqında hesabatda açıqlanır. Hesabatın formasında hesabat dövründə qeydə alınan gəlir və xərclərin bütün növləri tanınmalıdır.
Kommersiya təşkilatları üzrə 1 nömrəli MMUS-a uyğun olaraq mənfəət göstəricisi xərclərin funksiyası və növləri(məzmunu) üzrə təsnifatına əsasən formalaşır. Sözügedən standarta uyğun olaraq birinci metod üzrə mənfəət göstəricisi aşağıdakı kimi formalaşır: