10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot
Kalkulyasiyaetmə dedikdə istehsal olunan məhsulun, yerinə yetirilən iş və göstərilən xidmətlərin maya dəyərinin hesablanması başa düşülür.
Kalkulyasiya obyekti dedikdə maya dəyərinin hesablanan ayrı-ayrı məmulatlar, yarımfabrikantlar, bitməmiş istehsal, iş və xidmətlər başa düşülür.
İstehsala məsrəflər və maya dəyərinin kalkulyasiyasının iki metodu vardır:
sifariş metodu;
mərhələ metodu.
Dünya təcrübəsində kalkulyasiyaetmənin iki sistemi mövcuddur:
tam kalkulyasiyaetmə - bu zaman məhsulun, iş və xidmətin maya dəyərinə müstəqim dəyişən və həm də qeyri-müstəqim (daimi) xərclər daxil edilir.
“Direkt-kostinq” sistemi- bu zaman maya dəyərinə ancaq müstəqim aşağıdakı məsrəflər daxil edilir:
- müstəqim material xərcləri;
- müstəqim əmək haqqı xərcləri;
- üstəlik istehsal xərcləri.
4. Mühasibat uçotunun hesablar planına əsasən sair əməliyyat xərclərinə aşağıdakılar daxildir:
torpaq.tikili. avadanlıqlar və digər uzinmüddətli aktivlərin satışından itkilər(731-1);
yenidənqiymətləndirmədən olan itkilər(zərərlər) (731-2);
qiymətdəndüşmədən olan itkilər(zərərlər) (731-3);
cərimə və dicər analoji ödəmələr(731-4);
keçmiş dövrlərin xərcləri(zərərləri)(731-5);
şübhəli və ümidsiz borclar üzrə itkilər (zərərləri)(731-6);
aktivlərin dəyərinin azalması üzrə düzəlişlər(731-7).
Yuxarıda 731”Sair əməliyyat xərcləri” hesabı üzrə qeyd edilən bütün subhesablar aktivdir. Sair əməliyyat xərclərinin(zərərlərinin) baş verməsi bu hesabın debetində, uzun və qısamüddətli aktivləri və müəssisənin gəlirlərini uçota alan hesabların isə kreditində əks etdirirlir. Məsələn:
1) avadanlıqların yenidən qiymətləndirilməsindən itki alınan zaman:
DT 731-2
KT 111-3
Həmin itkinin hesabat dövrünün sonunda silinməsi zamanı:
DT 331 KT 731-2 və ya
DT 801 KT 731-2.
2) digər müəssisələrə ödəniləsi cərimələr hesablanan zaman
DT 731-4 KT 538 və ya KT 545
xarici valyutanın satışından olan mənfi kurs fərqi hesablanmışdır:
DT 731-8 KT 223
xarici malsatanlara kreditor borclarınınn ödənilməsi üzrə mənfi kurs fərqi hesablanmışdır: DT 731-8 KT 531
Hesabat dövrünün sonunda 731 saylı hesabda uçota alınan məbləğ 611 saylı “Sair əməliyyat gəlirləri hesabına və yaxud birbaşa 801” Ümumi mənfəət(zərər) hesabına silinir.”
5. Kommersiya xərcləri məhsulun ilə əlaqədar olub məhsulun ,iş və xidmətlərin
maya dətyərinə daxil edilmir. Kommersiya xərclərinin uçotu üçün hesablar planında 711”Kommersiya xərcləri hesabı ” nəzərdə tutulmuşdur. Həmin hesab üçün ağaşıdakı subhesablar nəzərdə tutulmuşdur:
711-1 ”Müəssisənin kommersiya fəaliyyəti ilə məşğul olan heyətinin işçi
heyətinə xərclər”
711-2 ”Kommersiya məqsədləri üçün istifadə edilən aktivlərin amortizasiyası”
711-3 ”Digər kommersiya xərcləri “
Kommersiya xərcləri baş verdikdə 711 saylı hesabın debetində və 102, 112 (hesablanmış amortizasiya), 533, 522 (əmək haqqı və sosial söğortaya ayırmalar hesablandıqda), 221, 222, 223, 224, 501, 521, 531 və s. hesabların kreditinə yazılmaqla əks etdirilir.
Hər bir hesabat ayının sonunda kommersiya xərcləri müəssisənin ümumi (məcmu) mənfəətinə silinir:
DT 801”Ümumi mənfəət (zərər”)
KT 711”Kommersiya xərcləri” hesabı
Beynəlxalq təcrübədə ( direkt-kostinq sistemində) kommersiya xərclərinin dəyişən hissəsi məhsulun maya dəyərinə daxil edilir. Bu zaman aşağıdakı mühasibat yazılışı tərtib edilir:
DT 701” Satışın maya dəyəri” (“Satışın digər maya dəyəri xərcləri
subhesabı)
KT 711”Kommersiya xərcləri” hesabı
İnzibatı xərclər ümumilikdə müəssisənin təşkili və idarəedilməsi ilə əlaqədaq baş verən xərclərdir. Bu xərclər məhsulun, iş və xidmətlərin maya dəyərinə daxil edilmir və hesabat dövrünün ümumi (məcmu) mənfəətinə( zərərinə) silinir. İnzibatı xərclər kompleks xərclərə aid edilir. Onların tərkibində müxtəlif xərclər : material, əmək , qeri-maddi və maliyyə xərcləri uçota alınır. Onların uçotu 721” İnzibatı xərclər” hesabında aparılır. Həmin hesaba ağaşıdakı subhesablar açılır:
721-1 ”İnzibatı işçi heyəti üzrə xərclər”
721-2 ”İnzibatı məqsədləri üçün istifadə edilən aktivlərin amortizasiyası”
721-3 ”Digər inzibatı xərcləri “
İnzibatı xərcləri baş verdikdə 721 saylı hesabın debetində(subhesablar üzrə) və 102, 112 (hesablanmış amortizasiya), 533, 522 (əmək haqqı və sosial söğortaya ayırmalar), 202 (material),221, 222, 223, 224, 501, 521, 531, 545 və s. hesabların kreditinə yazılmaqla əks etdirilir.
İnzibatı xərclərin silinməsi 801”Ümumi mənfəət(zərər”) hesabının debetinə və 721” İnzibatı xərclər” hesabının isə kreditinə yazılmaqla uçotda əks etdirilir.
6. Gəlir Mənfəət və zərər haqda hesabatın elementi hesab olunur. Müəssisə və təşkilatlar tərəfindən əldə edilən gəlirlərin uçotu və hesabatda əks etdirilməsi qaydası “Gəlirlər” 18 saylı MHBS və “Gəlirlər üzrə” 6 nömrəli MMUS ilə tənzimlənir. Qeyd edilən standartların məqsədi 1 nömrəli MMUS-a əsasən müəyyən edilmiş qaydada müəssisə tərəfindən gəlirlərin Mənfəət və zərər haqqında hesabatda ardıcıl, etibarlı və şəffaf formda tanınmasının, qiymətləndirilməsinin və açıqlanmasının təmin edilməsidir.
Gəlir- mülkiyyətıilərin kapital qoyuluşu ilə əlaqədar olmayan, lakin kapitalın artımı ilə nəticələnən və hesabat dövründə aktivlərin artması, daxil olması və ya
öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
Mənfəət və zərər haqda hesabata gəlirin daxil edilməsi gəlirlin tanınması hesab edilir. ”Gəlirlər“ üzrə kommersiya təşkilatları üzrə 6 nömrəli MMUS-a əsasən cəlirlər MZHH-də aşağıdakı hallarda tanınır:
gələcək iqtisadi səmərənin müəssisəyə daxil olması ehtimal olunduqda;
iqtisadi səmərənin dəyərinin etibarlı şəkildə qiymətləndirilə biləcəyi halda.
“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 nömrəli MMUS-a əsasən gəlirlər 2 yerə bölünür:
müəssisənin adi fəaliyəti zamanı yaranmış gəlirə və ya əsas gəlirə;