= əməliyyat mənfəəti (zərəri); + maliyyə gəlirləri;
maliyyə xərcləri;
+ birgə (asılı) müəssisələrin mənfəətdə payı; və ya
birgə (asılı) müəssisələrin zərərində payı;
= vergiyə cəlbolunanadək mənfəət (zərər);
mənfəət vergisi;
= hesabat dövrü ərzində xalis mənfəət (zərər);
Daha sonra xalis mənfəətdən azlıqların payı, hesablanılan dividendlər və s. analoji xərclər çıxılır, yerdə qalan məbləğ bölüşdürülməmiş mənfəət adlanır.
Ikinci metod üzrə mənfəət göstəricisi aşağıdakı qaydada formalaşır:
Əsas əməliyyat gəlirləri + sair əməliyyat gəlirləri
+ hazır məhsulların, ehtiyatlarının və bitməmiş istehsalın artması
hazır məhsulların, ehtiyatlarının və bitməmiş istehsalın azalması
+ müəssisə tərəfindən görülən işlərin kapitallaşdırılması
= Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 10. Müəssisə mənfəətin əsas hissəsini adi əməliyyat fəaliyyətindən, başqa sözlə, məhsul, iş və xidmətlərin, habelə əsas fəaliyyətin digər növlərinin satışından götürür. Malların, məhsulların iş və ximətlərin satışından alınan mənfəəti müəyyənləşdirmək üçün faktiki gəlirlərdən satışın maya dəyərini çıxmaq lazımdır. Bu zaman ƏDV, aksizlər, ixrac rüsümları və s. nəzərə alınmır.
Əsas əməliyyat fəaliyyəti üzrə satışdan maliyyə nəticələrini müəyyənləşdirmək üçün yeni Hesablar Planında 601 “Satış” adlı sintetik hesab nəzərdə tutulmuşdur.
Bu hesab özündə aşağıdakı 6 subhesabı birləşdirir.
Göstərilən subhesabların mövcudluğu müxtəlif növ əsas əməliyyat fəaliyyətindən olan maliyyə nəticələrini müəyyən etməyə imkan yaradır.
Əsas əməliyyat fəaliyyəti üzrə satışdan daxil olan vəsait (gəlir) aşağıdakı köçürmə vasitəsilə rəsmiləşdirilir: DT 171,174,175,211,213,215,216 və s. debitor borclarını uçota aln hesablar və KT 601.
Yuxarıda qeyd etdiyimiz əməliyyatlar vasitəsilə müəssisənin əsas əməliyyat fəaliyyətinin müxtəlif növlərinin nəticələrini müəyyənləşdirmək mümkündür. Eyni zamanda satılmış məhsulların, malların iş və xidmətlərin maya dəyərinin silinməsi uçotda aşağıdakı yazılışla qeydə alınır:
DT 601 “Satış”
KT 701 “Satışın maya dəyəri”
Əgər, 601 “Satış” hesabının kredit dövriyyəsi debet dövriyyəsini üstələyirsə, onda əməliyyat fəaliyyəti üzrə satışdan maliyyə nəticələrinə görə mənfəət əldə edilmişdir. Bu əməliyyata aşağıdakı köçürmə tərtib olunur: DT 601
KT 801 “Ümumi mənfəət (zərər)”
Əgər, 601 “Satış” hesabınındebet dövriyyəsi kredit dövriyyəsini üstələrsə, bu satışdan zərər götürüldüyünü göstərir və uçotda aşağıdakı əks mühasibat köçürməsi ilə rəsmiləşdirilir:
DT 801 “Ümumi mənfəət (zərər)”
KT 601 “Satış” hesabı