mtəələr və xidmətlər (istehlak) bazarı (bura
müxtəlif ərzaq növləri, şəxsi istehlak əmtəələri, məişət, kommunal, nəqliyyat xidmətləri,
mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir); i
stehsal vasitələri bazarı (istehsal amilləri bazarı) (bura əmək predmetləri və əmək vasitələri, onların tərkibinə daxil olan bütün kompleks elementlər daxildir. Məs.,daşınmaz əmlaklar,
əmək alətləri, xammal və materiallar, energetika resursları, faydalı qazıntılar bazarı və s.); i
şçi qüvvəsi bazarı (bura sərbəst alqı-satqı sövdələşməsi, yəni müqavilələrlə işçi qüvvəsinin alqı-satqısı daxildir. Məs: əmək birjası); e
lmi-texniki işləmələr, innovasiya, patent bazarı (bura texnoloji üsulun təkmilləşməsinə, əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərən və təkan verə bilən texniki, elmi ixtiralar,
yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiq edən rəsmi sənədlərin, lisenziyaların alqı-satqı daxildir); v
alyuta qiymətli kağızlar (maliyyə) bazarı (bura valyutaların, səhmlərin, istiqrazların, çeklərin, akkreditivlərin, veksellərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların alqı-satqı daxildir); m
ənzil bazarı (bura bazar münasibətləri şəraitində özəlləşdirilmiş bütün mənzillərin alqı-satqı daxildir);
İnformasiya məhsulları bazarı (bu xüsusi növ bazardır və bura kitab,qəzet, şəkil və müxtəlif yönümlü reklamların və digər bir sıra informasiya məlumatlarının alqı-satqı daxildir); c
oğrafi (məkan) vəziyyətinə görə bazarlar (bura yerli, regional, milli, iri regionlararası və dünya bazarları daxildir).