qarşılıqlı ixracında payı
9 Ölkənin beynəlxalq regiona ixracının artım tempinin həmin regionun ölkələrinin
qarşılıqlı ixracının artım tempini üstələməsi əmsalı
Ölkənin BƏB-ə cəlbini xarakterizə edən əsas göstəricilərdən biri də ixracın artım tempinin
ÜDM-nin artım tempini üstələməsi əmsalıdır. İxracın artım tempi ilə ÜDM-nin artım tempini
müqayisə etməklə ölkənin resurslarının BƏB-ə cəlb olunması dərəcəsinin dəyişmə perspektivləri
barədə mühakimələr irəli sürmək olar. Əgər ixracın tempi ÜDM-nin tempini daim üstələyirsə,
onda bu, ölkənin resurslarının BƏB-ə tam surətdə cəlb olunduğunu göstərir. Əgər üstələmə
kifayət qədər ardıcıl surətdə baş vermirsə, onda bu, resursların BƏB-ə cəlb olunmasında istifadə
edilməmiş imkanların mövcudluğunu əks etdirir. Əksinə, ÜDM-nin artım tempi ixracın artım
tempindən yüksəkdirsə, bu, resursların BƏB sisteminə cəlb olunmasının zəifləməsindən xəbər
verir.
Digər mühüm bir göstərici isə idxal kvotasıdır. Onu ixrac kvotası ilə müqayisə etmək, ixrac
və idxal arasında nisbəti müəyyən etmək olar.
Ölkənin BƏB-ə cəlb olunmasını ölçmək üçün həmçinin idxalın artım tempinin ÜDM-nin
artım tempini üstələməsi əmsalından da istifadə edilir. Idxal kvotasından fərqli olaraq, bu göstərici
idxalın inkişaf tendensiyaları, həmçinin, milli iqtisadiyyatın xaricdən əmtəə alışından asılılığı
barədə təsəvvür yaradır.
Dostları ilə paylaş: |