Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır


Başqa bir mühüm göstərici kimi isə ölkənin beynəlxalq regiona ixracının həmin



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)

Başqa bir mühüm göstərici kimi isə ölkənin beynəlxalq regiona ixracının həmin 

regionun ölkələrinin qarşılıqlı ixracında malik olduğu payı göstərmək olar. Qarşlılıqlı ixrac 

dedikdə partnyor ölkələrin regional bazara məcmu ixracı nəzərdə tutulur. Qarşlılqlı ixracın 

tempinin istehsalın ümumi həcminin artımını üstələdiyi halda ölkənin BƏB prosesinə dərin 

surətdə cəlb olunduğunu söyləmək olar. 

Qeyd olunan göstəricilərdən başqa, bəzən sahənin beynəlxalq ixtisaslaşmasını xarakterizə 

edən göstərici kimi nisbi ixrac ixtisaslaşması əmsalından (Ə

nii


) istifadə edirlər. O aşağıdakı formul 

üzrə müəyyən edilir: 

 

Ə

nii



 = İ

ö



d

 

 



 

Burada İ


ö

 əmtəənin ölkə ixracında payı, İ

d

 isə əmtəənin dünya ixracında payıdır. 



 

Bu  əmsalın  köməyi  ilə  konkret  ölkə  üçün  beynəlxalq  münasibətdə  ixtisaslaşmış  sayılan 

əmtəə  siyahısı  və  sahələri  müəyyən  edilir.  Bu  göstəricinin  müəyyən  çatışmazlıqları  olmasına 

baxmayaraq,  o,  milli  iqtisadiyyatın  sahələr  baxımından  ixrac  istiqamətlənməsinin  ümumi 

parametrlərini və tendensiyalarını müəyyən etməyə imkan verir.  Bu əmsalın köməyi ilə həmçinin 

beynəlxalq ticarətin obyekti oan daha perspektivli əmtəələr müəyyən edilir. 

BƏB  dünya  təsərrüfatında  istehsalın  genişləndirilməsi  prosesinin  reallaşdırılmasında 

getdikcə  artan  rol  oynamaqdadır.  O,  bu  proseslərin  qarşılıqlı  əlaqəsini  təmin  edir  və  uyğun 

beynəlxalq  sahəvi  və  regional-sahəvi  proporsiyalar  formalaşdırır.  Kapitalizm  inkişaf  etdikcə  və 

bir  dünya  sisteminə  çevrildikcə  BƏB  də  formalaşmışdır.  Bu  formalaşmaya  bir  çox  amillər,  o 

cümlədən tarixi və coğrafi faktorlar, məhsuldar qüvvələrin vəziyyəti, təbii resursların mövcudluğu 

və s. təsir etmişdir. 

BƏB-in inkişafına bir sıra amillər təsir edir. Bu zaman ilk növbədə əmək məhsuldarlığının 

yüksəldilməsi, istehsalın effektivliyinin  yüksək həddinin əldə edilməsi, istehsal xərclərinin aşağı 

salınmasına yönəlmiş səylər qeyd edilməlidir. BƏB-in inkişafına həmçinin daxili bazarın həcmi, 

iqtisadi inkişafın səviyyəsi, ölkənin təbii resurslarla təminatı, milli iqtisadiyyatın sahəvi strukturu 




da  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Burada,  eyni  zamanda,  etnik,  sosial  və  siyasi  amillər  də 

müəyyən dərəcədə rol oynayırlar. 

BƏB-in  təsiri  nəticəsində  dünya  iqtisadiyyatında  əhəmiyyətli  dəyişikliklər  baş  verir. 

Bununla yanaşı, BƏB proseslərinin özü də müxtəlif amillərin, ilk növbədə elmi-texniki tərəqqinin 

təsiri ilə müxtəlif dəyişikliklərə məruz qalır. Belə ki, BƏB-ə aktiv surətdə cəlb olunmuş sahələrin 

arasında hasiledici sənayenin və kənd təsərrüfatının payı getdikcə azalır, emaledici sənayenin payı 

isə  əksinə,  getdikcə  artır.  Sahədaxili  əmək  bölgüsü  aktiv  şəkildə  inkişaf  edir  ki,  bu  da  əmək 

məhsukdarlığının  və  məhsulların  keyfiyyətinin  yüksəlməsi  ilə  müşaiyət  olunur.  Birgə 

müqavilələrə  və  kapital  qoyuluşlarına  əsaslanan  müəssisələrarası  əmək  bölgüsü  yüksək  sürətlə 

inkişaf edir.  

Eyni zamanda, dünya təsərrüfatının ölkə qrupları arasında mövcud olan BƏB-in xarakteri 

də  dəyişir.  Belə  ki,  keçmiş  sosialist  ölkələri  tamhüquqlu  partnyorlar  qismində  BƏB-in  dünya 

sisteminə  cəlb  olunurlar.  Sənayecə  inkişaf  etmiş  ölkələr,  dünya  inkişafının  üç  əsas  mərkəzi 

arasında BƏB-in məzmunu əhəmiyyətli dəyişikliklərə məruz qalır. Transmilli şirkətlərin təsiri və 

milli sənayenin güclənməsi nəticəsində daha az inkişaf etmiş ölkələr ixtisaslaşma istiqamətlərinin 

dəyişməyə və “xammal əlavəsi” kimi çıxış etməkdən qaçmağa çalışırlar.  



 

Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin