Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır


 İstehsalın beynəlxalq kooperasiyası: xüsusiyyətləri və növləri



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)

2.4. İstehsalın beynəlxalq kooperasiyası: xüsusiyyətləri və növləri 

 

BƏB-in  digər  forması  istehsalın  beynəlxalq  kooperasiyas;d;r.  Onun  obyektiv  əsası  kimi 



məhsuldar  qüvvələrin  artan  inkişaf  səviyyəsi,  müstəqil  müəssisələr  arasında  möhkəm  və  sabit 

istehsal əlaqələri prosesi çıxış edir. 

Kooperasiya  müəyyən  məhsulun  hazırlanmasında  iştirak  edən  və  bu  zaman  özünün 

təsərrüfat müstəqilliyini saxlayan müxtəlif müəssisələr arasında istehsal əlaqələrinin mövcudluğu 

deməkdir.  Kooperasiyada  iki  xarakter  cəhəti  fərqləndirmək  lazımdır:  a)  bu  prosesin  inkişafı 

zamanı  müxtəlif  ölkələrin  müstəqil  istehsalçıları  ayrı-ayrı  məhsul  növlərinin  yaradılması  üzrə 

müqavilə  əsasında  birgə  fəaliyyət  həyata  keçirirlər,  yəni  kooperasiya  edən  müəssisələr 

razılaşdırılmış  məhsul  çeşidinin  birgə  istehsalı  üzrə  məsuliyyəti  bölüşdürürlər;  b)  kooperasiya 

birgə istehsalın iştirakçıları arasında mübadilənin olmasını nəzərdə tutur. Qeyd olunanlar göstərir 

ki, kooperasiya BƏB-in iki xarakterik cəhətini özündə əks etdirir və deməli, onun formalarından 

biridir. 

Beynəlxalq istehsal kooperasiyası üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: 

1.  Kooperasiyanın  mürəkkəb formaları  – sənaye birlikləri və  ya transmilli şirkətlərdən fərqli 

olaraq  kooperativləşdirmədə  istehsal  əlaqələri  müxtəlif  mülkiyyətçilər  arasında  baş  verir. 

Bu, beynəlxalq istehsal kooperativləşdirilməsinin ən əsas xarakterik xüsusiyyətidir.  

2.  Beynəlxalq istehsal kooperasiyasının vacib xüsusiyyətlərindən biri də onun ilkin müqavilə 

xarakteri daşımasıdır. Kooperasiyada maraqlı olan müstəqil subyektlər – müxtəlif ölkələrin 

firma və müəssisələri – birgə istehsal prosesinin şərtlərini müqavilə əsasında razılaşdırırlar.  

3.  Beynəlxalq  istehsal  kooperasiya  adi  ticarətdən  fərqlənir.  Əmtəələrlə,  xidmətlərlə,  elmi-

texniki biliklərlə beynəlxalq ticarət zamanı yalnız dəyər formasının dəyişilməsi baş verir və 

hər  bir  partnyor  müəyyən  istehsal  funksiyalarını  müstəqil  olaraq  yerinə  yetirir.  

Kooperasiya  zamanı  isə  partnyorların  münasibətləri  özünü  bilavasitə  istehsal  prosesində 

əks  etdirir.    Kooperasiya  üçün  ticarətə  nisbətən  daha  intensiv  əməkdaşlıq  xarakterikdir. 

Tərəflərin fəaliyyəti qarşılıqlı asılı xarakter daşıyır və onlar müəyyən təsərrüfat məqsədinin 

əldə edilməsinə yönəlmiş  birgə fəaliyyəti həyata keçirirlər. 

4.  Beynəlxalq istehsal kooperasiyasının digər bir xüsusiyyəti bu zaman  müəssisələr arasında 

qurulan istehsal əlaqələri uzunmüddətli xarakter kəsb etməsindən ibarətdir. Birdəfəlik olan 



beynəlxalq  ticarətdən  fərqli  olaraq  kooperasiya  münasibətləri  uzun  dövr  üçün  nəzərdə 

tutulur.  

5.  Nəhayət,  beynəlxalq  istehsal  kooperasiyasının  fərqləndirici  xüsusiyyəti  özünü  həmçinin, 

onun bəzən kompleks xarakter daşımasında göstərir. Yəni, kooperasiya istehsal prosesi ilə 

yanaşı, elmi-tədqiqat işlərini, istehsala xidmət edən satış fəaliyyətini də əhatə edir. 

Beynəlxalq istehsal kooperasiyası özünün inkişaf etmiş formalarında müxtəlif əməkdaşlıq 

sferalarını əhatə edir: 

1)  İstehsal-texnoloji  əməkdaşlığa  aiddir:  a)  lisenziyaların  ötürülməsi  və  mülkiyyət 

hüquqlarının istifadəsi; b) layihə-konstruktor sənədlərinin, texnoloji proseslərin, məhsulun 

texniki  səviyyəsinin  və  keyfiyyətinin,  tikinti  və  quraşdırma  işlərinin  işlənməsi  və 

razılaşdırılması;  c)  istehsalın  idarə  edilməsinin,  standartlaşdırmanın,  unifikasiyanın, 

sertifikatlaşdırmanın, istehsal proqramlarının bölgüsünün təkmilləşdirilməsi; 

2)  Kooperasiya  olunmuş  məhsulların  satışı  ilə  əlaqədar  ticarət-iqtisadi  proseslər,  yəni, 

qarşılıqlı əlaqəli məhsulun kooperantlar və bir sıra üçüncü şəxslər arasında reallaşdırılması; 

3)  Texnikaya satışdan sonra xidmətin göstərilməsi.  

Əlaqələrinin qurulması zamanı əsasən üç metoddan istifadə edilir: 

 

birgə proqramların həyata keçirilməsi; 



 

müqavilə əsasında ixtisaslaşma; 



 

birgə müəssisələrin yaradılması. 



Birgə  proqramların  həyata  keçirilməsi  iki  əsas  formada  reallaşdırılır:  istehsalın  ardıcıl 

kooperasiyası və birgə istehsal. 

İstehsalın ardıcıl  kooperasiyası  sifarışçinin  istəyinə  əsasən  icraçı  tərəfindən müəyyən işin 

görülməsini  nəzərdə  tutur.  Bunun  üçün  tərəflər  arasında  xüsusi  müqavilə  imzalanır.  Müqavilə 

ixtisaslaşması  istehsal  kooperasiyasının  iştirakçıları  arasında  istehsal  proqramlarının  bölgüsünü 

nəzərdə  tutr.  Razılığa  gələn  tərəflər  istehsalın  bir-birlərini  təkrarlayan  proseslərini  aradan 

qaldırmağa, həmçinin öz aralarında birbaşa rəqabətə yol verməməyə səy göstərirlər. 

Birgə müəssisələr bütün dünyada genuş  yayılmış inteqrasiya olunmuş kooperasiyadır. Bu 

cür təşkilati forma zamanı müxtəlif, qarşılıqlı surətdə razılaşdırılmış məqsədlərin reallaşdırılması 

üçün bir neçə iştirakçının resursları birləşdirilir. 




Beynəlxalq istehsal kooperasiyasının növlərinin təsnifi Cədvəl 3.1.-də verilmişdir.                                 

 

 



 

 

 



 

 

      Cədvəl 3.1. 




Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin