Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır


Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)

2.2. Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları 

 

BƏB nəzəriyyəsi öz nəzəri əsaslarını və inkişafını ilk klassik iqtisadçılar – Adam Smit və 

David Rikardonun əsərlərində tapıb. İngilis iqtisadçısı A.Smit özünün “Xalqların sərvətinin təbiəti 



və  səbəbləri  haqqında  traktat”  (1776)  əsərində  azad  ticarətin  və  sahibkarlığın  zəruriliyini  sübut 

edirdi. Onun fikrincə, azad ticarətə qoyulan müxtəlif məhdudiyyətlər ayrı-ayrı regionlar və ölkələr 

arasında  əmək  bölgüsünün  dərinləşməsinə  mane  olur.  Bu  maneələrin  aradan  qaldırılması  və 

beynəlxalq mübadilənin fəaliyyət sahəsinin genişləndirilməsi son nəticədə  milli iqtisadiyyatların 

ixtisaslaşmasına  və  onların  qarşılıqlı  asılılıqlarının  güclənməsinə,  bir  sözlə  ümumdünya 

təsərrüfatının bərqərar olmasına gətirib çıxarmalıdır. 

A.Smit  əmək  bölgüsü  prinsipini  beynəlxalq  iqtisadi  əlaqələrə  münasibətdə    tətbiq  edərək 

belə  bir  nəticəyə  gəlib  ki,  mübadiləyə  hazır  olan  hər  bir  ölkə  mütləq  üstünlüyə  malik  olduğu 

əmtəə  üzrə  ixtisaslaşdığı  halda,  bundan  digər  ölkələr  də  mənfəət  qazanırlar.  Beləliklə,  A.Smitə 

görə, əmək bölgüsünün əsasında mütləq üstünlük prinsipinə əsaslanan ixtisaslaşma durur. 

Lakin  mütləq  üstünlüyə  əsaslanan  ixtisaslaşma  bu  cür  üstünlüyə  malik  olmayan  ölkələrə 

beynəlxalq  mübadilədə  iştirak  etməyə  imkan  vermir.  A.Smitin  nəzəriyyəsində  mövcud  olan  bu 

çatışmazlıq digər ingilis iqtisadçıları – David Rikardo, R.Torrens və Con Stüart Millin əsərlərində 

aradan  qaldırılmağa çalışılıb. Onların,  xüsusilə  də  D.Rikardonun BƏB nəzəriyyəsinin inkişafına 

göstərdikləri  əsas  xidmət  iqtisad  elminin  fundamental  nəzəriyyələrindən  birinin  –  müqayisəli 

üstünlüklər nəzəriyyəsini işləmələrindən ibarətdir.  

Müqayisəli  üstünlüklər  (və  ya  istehsalın  müqayisəli  xərcləri)  nəzəriyyəsinin  əsasında 

ölkələr  arasında  istehsal  şərtlərində  fərqlərin  mövcudluğu  fikri  durur.  Prinsipcə  istənilən  ölkədə 

istənilən əmtəənin istehsalı prosesini təşkil etmək olar. Məsələn, Azərbaycanda kivi yetişdirmək 

mümkündür.  Lakin  çəkilən  xərclərin  çoxluğu  səbəbindən  onun  dəyəri  yüksək  olardı.  Bu  və  ya 

digər  əmtəələrin  istehsalı  üçün  çəkilən  xərclərin  müqayisəsi  göstərir  ki,  bütün  əmtəələrin 

istehsalındansa daha az xərc tələb edən əmtəənin istehsalına diqqəti yönəltmək daha sərfəli olardı. 

Bu  əmtəə  üzrə  ixtisaslaşma  mübadilə  vasitəsilə  xarici  bazarda  digər  əmtəələri  də  əldə  etməyə 

imkan  verir.  Məsələn,  Azərbaycanda  limonun  becərilməsi  kiviyə  nisbətən  xeyli  ucuz  başa 

gəldiyindən  bu  əmtəə  üzrə  ixtisaslaşma  və  mübadilə  yolu  ilə  kiviyə  olan  ehtiyacın  ödənilməsi 

daha sərfəli olardı.  

Müqayisəli  üstünlüklər  nəzəriyyəsi  sübut  edir  ki,  müəyyən  əmtəənin  istehsalı  üzrə 

ixtisaslaşma  bir  ölkənin  digər  ölkə  qarşısında  mütləq  üstünlüyə  malik  olması  ilə  yanaşı,  bu 

üstünlük olmadıqda da sərfəlidir. Məsələ burasındadır ki, əgər ölkədə heç bir məhsulun istehsalı 

üçün  çəkilən  xərc  beynəlxalq  səviyyədən  aşağı  deyilsə,  onda  elə  bir  məhsul  var  ki,  ona  çəkilən 




xərclər bu orta səviyyəyə daha yaxındır. Onda ölkənin bu əmtəə istehsalı üzrə ixtisaslaşması daha 

mənfəətli  olardı.  Digər  tərəfdən,  əgər  ölkə  bir  neçə  məhsul  istehsalı  üzrə  üstünlüyə  malikdirsə, 

onda o, ən maksimal üstünlüyə malik olduğu əmtəə üzrə ixtisaslaşmalıdır. 

Klassik  məktəbin  digər  bir  nümayəndəsi  Con  Stüart  Mill  isə  öz  əsərlərində  aşağıdakı  iki 

əsas məsələni sübut edib: 

1)  beynəlxalq  istehsal  ixtisaslaşması  istiqamətində  edilən  təbii  səylər  son  nəticədə  bu 

ixtisaslaşmadan əldə edilən mənfəətlərin tarazlaşdırılmasına gətirib çıxarır; 

2)  tam və ya qismən ixtisaslaşma şərtləri istehsaldan əldə edilən gəlirlərin qeyri-bərabərliyi ilə 

müəyyən olunur. 

Klassik iqtisadçıların ideyaları sonradan XX əsrin iqtisadçılarının əsərlərində öz inkişafını 

tapmışdır. Klassik iqtisadçılar ölkənin hansı əmtəə istehsalı üzrə ixtisaslaşmasının məqsədəuyğun 

olduğunu müəyyən etməyə çalışdıqları zaman əmək dəyəri nəzəriyyəsinə əsaslanırdılar. XIX əsrin 

ikinci  yarısından  etibarən  isə  istehsal  amilləri  nəzəriyyəsi  geniş  surətdə  inkişaf  etməyə  başladı. 

Bu  nəzəriyyəyə  görə,  əmtəənin  istehsalı,  onun  dəyərinin  formalaşdırılması  zamanı  üç  faktor  – 

torpaq, əmək və kapital iştirak edir. Bu nəzəriyyələr, həmçinin mütləq və müqayisəli üstünlüklər 

nəzəriyyələri barədə sonrakı mövzuda geniş surətdə məlumat veriləcəkdir. 

BƏB-in modernləşdirilməsi istiqamətində müasir Qərb nəzəriyyələrinə gəldikdə isə, onları 

şərti olaraq iki qrupa bölmək olar: 

1)  “qarşılıqlı asılılıq” konsepsiyasının müxtəlif variantları; 

2)  BƏB-in mövcud modelinin yenidən qurulması üçün konkret tövsiyələr və planlar. 

1970-ci  illərin  ortalarından  yayılmağa  başlamış  qarşılıqlı  asılılıq  konsepsiyaları  ideyaları 

“yeni BƏB nəzəriyyəsi”nin əsasını təşkil edir. Bu ideyalar bir sıra sənayecə inkişaf etmiş ölkələrin 

və beynəlxalq təşkilatların rəsmi doktrinalarında öz əksini tapmışdır. 

“Qarşılıqlı  asılılıq”  konsepsiyasının  nümayəndələrindən  biri,  holland  iqtisadçısı 

K.Nuvenhuze öz ideyalarının əsaslandırılması üçün ilk növbədə bütün ölkələr üçün ümumi olan 

ekoloji faktorlara müraciət edir. Bu faktorlara o, aşağıdakıları aid edir: 

1)  ətraf mühitin qeyri-sabitliyi

2)  təbii resursların məhdudluğu və bərpa olunmaması. 

Onun  fikrincə,  inkişaf  etmiş  ölkələrin  (İEÖ)  inkişaf  etməkdə  olan  ölkələrdən  (İEOÖ) 

xammal  asılılığı  və  əksinə  İEOÖ-in  İEÖ-dən  texnologiya  asılılığı  mövcud  olan  bir  şəraitdə  bu 




ölkələr  bir-birlərindən  qarşılıqlı  surətdə  asılıdırlar  və  bir-birlərinə  “qarşılıqlı  təzyiq”  edirlər. 

K.Nuvenhuzeyə görə, məhz bu situasiyadan çıxış edərək BƏB-i qurmaq lazımdır.  

Digər  Qərb  iqtisadçısı  R.Kuper  (Harvard  məktəbi)  də  qarşılıqlı  asılılıq  probleminə 

müraciət  edərək  onu  bir  neçə  aspektdə  nəzərdən  keçirir.  Onun  fikrincə  qarşılıqlı  asılılığın  dörd 

növü mövcuddur: 

1)  struktur  asılılığı;  bu  zaman  ölkələr  bir-birlərindən  o  qədər  asıldırlar  ki,  bir  ölkənin 

iqtisadiyyatında  baş  verən  dəyişikliyin  təsiri  özünü  dərhal  digər  ölkədəki  mövcud 

situasiyada göstərir; 

2)  iqtisadi siyasət üzrə müəyyən edilmiş məqsədlərin qarşılıqlı asılılığı; 

3)  iqtisadi inkişafın xarici faktorlarının qarşılıqlı asılılığı; 

4)  siyasi qarşılıqlı asılılıq. 

Qarşılıqlı  asılılıq  konsepsiyaları  ümumi  xarakter  daşımaqla,  digər  iqtisadi  nəzəriyyələr 

qrupu  –  mövcud  BƏB-in  modernləşdirilməsi  nəzəriyyələri  üçün  çıxış  nöqtəsi  rolunu  oynayırlar. 

BƏB-in  modernləşdirilməsinin  əsas  ideyası  inkişaf  etməkdə  olan  ölkələrə  proteksionizm 

siyasətindən  imtina  edilməsinin  və  iqtisadiyyata  geniş  surətdə  xarici  kapitalı  cəlb  edilməsinin 

tövsiyə olunmasından ibarətdir. 

Bir  çox  İEOÖ  bu  tövsiyəyə  əməl  edərək  çoxsaylı  birgə  müəssisələr  təsis  etməklə,  azad 

sahibkarlıq  zonaları  və  s.  təşkil  etməklə  “açıq  qapı”,  “açıq  iqtisadiyyat”  siyasəti  yeritməyə 

başladılar.  Bu  siyasətdən  ən  çox  mənfəət  götürənlər  Şərqi  Asiya  və  Latın  Amerikasının  “Yeni 

Sənaye  Ölkələri”  adlandırılan  dövlətləri  oldu.  Lakin  maraqlıdır  ki,  onlar  bu  siyasəti  həyata 

keçirərkən heç də tamamilə proteksionizm siyasətindən imtina etmirlər və ehtiyac olduqca ondan 

istifadə edirlər. 

Qərb iqtisadçılarının nöqteyi-nəzərindən “yeni” və “modernləşdirilmiş” BƏB ideyalarının 

praktiki əhəmiyyəti nədən ibarətdir? 

Əsas  fikir  İEOÖ-in  sahəvi  ixtisaslaşmasının  yeni  istiqamətinin  bərqərar  edilməsindən 

ibarətdir.  Bu  ölkələrə  ilk  növbədə  İEÖ-in  ehtiyaclarının  ödəmək  üçün  əməktutumlu, 

materialtutumlu, standart məhsulların istehsalı və ixracı üzrə istiqamət götürməyi təklif edilir. Öz 

növbəsində,  onların  fikrincə,  sənayecə  inkişaf  etmiş  ölkələr  öz  maraqlarını  yüksəkixtisaslı  iş 

qüvvəsinin  payının  yuxarı  olduğu  və  intensiv  elmi-texniki  prosesin  baş  verdiyi  iqtisadiyyat 

sahələrində cəmləşdirməlidirlər. 




Bu fikirlər ardıcıl olaraq praktikada reallaşdırılır.  Belə ki, İEOÖ-də xarici kapitalın birbaşa 

investisiyalarının  ümumi  həcmində  emaledici  sənaye  sahələrinə  yönəldilmiş  kapitalın  payı  artır, 

“çirkli”  istehsalın  İEOÖ-ə  köçürülməsi  prosesi  baş  verir.  Bu  zaman  sahəvi  ixtisaslaşma 

üçmərhələli sxem üzrə həyata keçirilir: 

1)  “yeni  sənaye  ölkələri”  əsasən  nisbətən  ixtisaslı  əmək  və  müasir  texnologiyalar  tələb  edən 

əmtəələr istehsal edirlər

2)  İEOÖ-lərin  bir  qədər  az  inkişaf  etmişləri  əməktutumlu  məhsulların  istehsalına,  xammal 

ixracına vurğu edirlər; daha az inkişaf etmiş ölkələr isə ümumiyyətlə bu sxemdən kənarda 

qalırlar; 

3)  sənayecə  inkişaf  etmiş  ölkələr  səylərini  kapitaltutumlu,  yüksək  texnologiyaya  əsaslanan 

məhsulların istehsalında təmərgüzləşdirirlər. 


Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin