Mövzu 2 Beynəlxalq əmək bölgüsü beynəlxalq iqtisadi münasibətlərin obyektiv əsasıdır



Yüklə 356,12 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix02.01.2022
ölçüsü356,12 Kb.
#42297
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 2 - metn-beynelxalq emek bolgusu (1)

BƏB-in  müasir  konsepsiyalarının,  onun  modernləşdirilməsi  üzrə  təklif  olunan  planların 

təhlili,  həmçinin  bu  konsepsiyaların  praktikada  reallaşdırılması  göstərir  ki,  dünya  istehsal 

qüvvələrinin inkişafının hazırkı mərhələsində İEÖ və İEOÖ arasında beynəlxalq ixtisaslaşmanın 

və  kooperativləşdirmənin  yeni  tipi  formalaşmış,  İEOÖ-lərin  dünya  təsərrüfatına  inteqrasiyası 

güclənmişdir. 

 

2.3. İstehsalın beynəlxalq ixtisaslaşması: mahiyyəti və formaları 

 

Son  onilliklərdə  dünyada  baş  verən  genişhəcmli  iqtisadi,  siyasi,  sosial  və  digər  xarakterli 

proseslər dünya təsərrüfatına, BƏB-ə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. BƏB-in inkişafının 

əsas istiqaməti kimi istehsalın beynəlxalq ixtisaslaşmasının genişlənməsini göstərmək olar. Qeyd 

edək ki, beynəlxalq ixtisaslaşma BƏB-in məxsusi forması olmaqla onun mahiyyətini əks etdirir. 

İstehsalın  beynəlxalq  ixtisaslaşması  ölkələr  arasında  əmək  bölgüsünün  elə  bir  formasıdır 

ki,  milli  istehsalların  differensiallaşması  əsasında  dünya  üzrə  eynicinsli  istehsalın 

təmərküzləşməsi, müstəqil texnoloji proseslərin ayrılması baş verir və bu zaman ayrı-ayrı istehsal 

sahələrində məhsul istehsalı daxili ehtiyacları aşır. 

Bu  cür  bölgü  və  inkişaf  milli  iqtisadi  sistemlərin  qarşılıqlı  fəaliyyətini  və  eyni  zamanda 

qarşılıqlı  asılılığını  gücləndirir.  Milli  iqtisadiyyatların  bir-birləri  ilə  qarşılıqlı  təsirə  məruz 




qalmaları  əmtəə,  xidmət  və  elmi-texniki  biliklər  ilə  mübadiləni  sürətləndirir,  onun  artımını 

intensivləşdirir. 

Beynəlxalq ixtisaslaşma iki əsas istiqamət – istehsal və ərazi istiqamətləri üzrə inkişaf edir. 

Istehsal istiqaməti öz növbəsində aşağıdakılara bölünür: 

 

sahələrarası ixtisaslaşma



 

sahədaxili ixtisaslaşma; 



 

müxtəlif firma və müəssisələrin ixtisaslaşması. 



Beynəlxalq ixtisaslaşmanın ərazi aspekti aşağıdakı istiqamətlərdə ixtisaslaşmaları nəzərdə 

tutur: 


 

ayrı-ayrı ölkələr; 



 

ölkə qrupları; 



  regionlar. 

Əksər iqtisadçıların fikrincə, istehsalın beynəlxalq ixtisaslaşmasının üç əsas növü vardır: 

1)  hazır məhsul istehsalı üzrə ixtisaslaşma (predmet ixtisaslaşması); 

2)  ayrı-ayrı  dettalar  üzrə  ixtisaslaşama  (hazır  məhsulların  komponentlərinin  və  hissələrinin 

istehsalı); 

3)  texnoloji  və  ya  mərhələ  ixtisaslaşması  (yəni,  ayrı-ayrı  texnoloji  proseslərin  həyata 

keçirilməsi, məsələn, yığım, qaynaq və s.). 

Yuxarıda  qeyd  olunan  növlər  arasında  ölkələr  arasında  ən  geniş  yayılmışı  hazır  məhsul 

istehsalı  üzrə  ixtisaslaşmadır.  Bu  cür  ixtisaslaşma  zamanı  ölkələr  öz  səylərini  məhsulların 

müəyyən  nomenklaturasının  istehsalı  üzrə  cəmləşdirir,  nomenklaturanın  yerdə  qalan  hissəsinin 

istehsalından isə partnyor-ölkələrin xeyrinə imtina edirlər. 

Bununla  belə,  aydındır  ki,  milli  iqtisadiyatın  heç  də  bütün  sahələri  beynəlxalq 

ixtisaslaşmada  eyni  dərəcədə  iştirak  etmirlər.  Beynəlxalq  ixtisaslaşmanın  iştirakçıları  bir  qayda 

olaraq  dinamik  surətdə  inkişaf  edən  və  müasir  texnologiyalardan  istifadə  edən  müəssisə  və 

firmalar və ya xammal sahəsində (neft, qaz, metal filizləri və s.) məşğul olan şirkətlər olurlar. 



 

 

 

 



Yüklə 356,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin