2.4. İstehsalın beynəlxalq kooperasiyası: xüsusiyyətləri və növləri
BƏB-in digər forması istehsalın beynəlxalq kooperasiyas;d;r. Onun obyektiv əsası kimi
məhsuldar qüvvələrin artan inkişaf səviyyəsi, müstəqil müəssisələr arasında möhkəm və sabit
istehsal əlaqələri prosesi çıxış edir.
Kooperasiya müəyyən məhsulun hazırlanmasında iştirak edən və bu zaman özünün
təsərrüfat müstəqilliyini saxlayan müxtəlif müəssisələr arasında istehsal əlaqələrinin mövcudluğu
deməkdir. Kooperasiyada iki xarakter cəhəti fərqləndirmək lazımdır: a) bu prosesin inkişafı
zamanı müxtəlif ölkələrin müstəqil istehsalçıları ayrı-ayrı məhsul növlərinin yaradılması üzrə
müqavilə əsasında birgə fəaliyyət həyata keçirirlər, yəni kooperasiya edən müəssisələr
razılaşdırılmış məhsul çeşidinin birgə istehsalı üzrə məsuliyyəti bölüşdürürlər; b) kooperasiya
birgə istehsalın iştirakçıları arasında mübadilənin olmasını nəzərdə tutur. Qeyd olunanlar göstərir
ki, kooperasiya BƏB-in iki xarakterik cəhətini özündə əks etdirir və deməli, onun formalarından
biridir.
Beynəlxalq istehsal kooperasiyası üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:
1. Kooperasiyanın mürəkkəb formaları – sənaye birlikləri və ya transmilli şirkətlərdən fərqli
olaraq kooperativləşdirmədə istehsal əlaqələri müxtəlif mülkiyyətçilər arasında baş verir.
Bu, beynəlxalq istehsal kooperativləşdirilməsinin ən əsas xarakterik xüsusiyyətidir.
2. Beynəlxalq istehsal kooperasiyasının vacib xüsusiyyətlərindən biri də onun ilkin müqavilə
xarakteri daşımasıdır. Kooperasiyada maraqlı olan müstəqil subyektlər – müxtəlif ölkələrin
firma və müəssisələri – birgə istehsal prosesinin şərtlərini müqavilə əsasında razılaşdırırlar.
3. Beynəlxalq istehsal kooperasiya adi ticarətdən fərqlənir. Əmtəələrlə, xidmətlərlə, elmi-
texniki biliklərlə beynəlxalq ticarət zamanı yalnız dəyər formasının dəyişilməsi baş verir və
hər bir partnyor müəyyən istehsal funksiyalarını müstəqil olaraq yerinə yetirir.
Kooperasiya zamanı isə partnyorların münasibətləri özünü bilavasitə istehsal prosesində
əks etdirir. Kooperasiya üçün ticarətə nisbətən daha intensiv əməkdaşlıq xarakterikdir.
Tərəflərin fəaliyyəti qarşılıqlı asılı xarakter daşıyır və onlar müəyyən təsərrüfat məqsədinin
əldə edilməsinə yönəlmiş birgə fəaliyyəti həyata keçirirlər.
4. Beynəlxalq istehsal kooperasiyasının digər bir xüsusiyyəti bu zaman müəssisələr arasında
qurulan istehsal əlaqələri uzunmüddətli xarakter kəsb etməsindən ibarətdir. Birdəfəlik olan
beynəlxalq ticarətdən fərqli olaraq kooperasiya münasibətləri uzun dövr üçün nəzərdə
tutulur.
5. Nəhayət, beynəlxalq istehsal kooperasiyasının fərqləndirici xüsusiyyəti özünü həmçinin,
onun bəzən kompleks xarakter daşımasında göstərir. Yəni, kooperasiya istehsal prosesi ilə
yanaşı, elmi-tədqiqat işlərini, istehsala xidmət edən satış fəaliyyətini də əhatə edir.
Beynəlxalq istehsal kooperasiyası özünün inkişaf etmiş formalarında müxtəlif əməkdaşlıq
sferalarını əhatə edir:
1) İstehsal-texnoloji əməkdaşlığa aiddir: a) lisenziyaların ötürülməsi və mülkiyyət
hüquqlarının istifadəsi; b) layihə-konstruktor sənədlərinin, texnoloji proseslərin, məhsulun
texniki səviyyəsinin və keyfiyyətinin, tikinti və quraşdırma işlərinin işlənməsi və
razılaşdırılması; c) istehsalın idarə edilməsinin, standartlaşdırmanın, unifikasiyanın,
sertifikatlaşdırmanın, istehsal proqramlarının bölgüsünün təkmilləşdirilməsi;
2) Kooperasiya olunmuş məhsulların satışı ilə əlaqədar ticarət-iqtisadi proseslər, yəni,
qarşılıqlı əlaqəli məhsulun kooperantlar və bir sıra üçüncü şəxslər arasında reallaşdırılması;
3) Texnikaya satışdan sonra xidmətin göstərilməsi.
Əlaqələrinin qurulması zamanı əsasən üç metoddan istifadə edilir:
birgə proqramların həyata keçirilməsi;
müqavilə əsasında ixtisaslaşma;
birgə müəssisələrin yaradılması.
Birgə proqramların həyata keçirilməsi iki əsas formada reallaşdırılır: istehsalın ardıcıl
kooperasiyası və birgə istehsal.
İstehsalın ardıcıl kooperasiyası sifarışçinin istəyinə əsasən icraçı tərəfindən müəyyən işin
görülməsini nəzərdə tutur. Bunun üçün tərəflər arasında xüsusi müqavilə imzalanır. Müqavilə
ixtisaslaşması istehsal kooperasiyasının iştirakçıları arasında istehsal proqramlarının bölgüsünü
nəzərdə tutr. Razılığa gələn tərəflər istehsalın bir-birlərini təkrarlayan proseslərini aradan
qaldırmağa, həmçinin öz aralarında birbaşa rəqabətə yol verməməyə səy göstərirlər.
Birgə müəssisələr bütün dünyada genuş yayılmış inteqrasiya olunmuş kooperasiyadır. Bu
cür təşkilati forma zamanı müxtəlif, qarşılıqlı surətdə razılaşdırılmış məqsədlərin reallaşdırılması
üçün bir neçə iştirakçının resursları birləşdirilir.
Beynəlxalq istehsal kooperasiyasının növlərinin təsnifi Cədvəl 3.1.-də verilmişdir.
Cədvəl 3.1.
Dostları ilə paylaş: |