Mövzu 3 Siyasi hakimiyyət. Demokratiya Plan Siyasi hakimiyyət anlayışı Hakimiyyət bölgüsü



Yüklə 26,2 Kb.
səhifə2/7
tarix10.04.2023
ölçüsü26,2 Kb.
#95457
1   2   3   4   5   6   7
M-4

Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü ideyası nəzəriyyə şəklində XVII əsrdə formalaşdı. Dövlət hakimiyyətinin bölünməsi və onların qarşılıqlı münasibətləri məsələsi C. Lokkun ictimai müqaviləsində, «qanunverici hakimiyyət alidir, qalanları isə cəmiyyətin hansısa üzvlərinin şəxsində bu hakimiyyətdən 73 yaranmalı və ona tabe olmalıdır» şəklində ifadə olunur. Sonralar bu ideyanı Ş. Monteskyö bir qədər də təkmilləşdirərək, hakimiyyət qanadlarının bir siyasi orqanda birləşdirilməsinin azadlıq üçün təhlükəli olduğunu və belə vəziyyətin hakimiyyətdən sui-istifadəyə gətirib çıxardığını göstərdi. Ş. Monteskyö bildirirdi ki, hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətlərinə bölünməli və biri digərinə nəzarət etməlidir.
Müasir siyasi nəzəriyyələr də məhz bu fikri təsdiqləyir. Yəni demokratik hüquq dövlətində hakimiyyətin üç qanadı birbirindən asılı olmadan fəaliyyət göstərməli, aralarında qarşılıqlı tarazlıq bərəqərar olmalı, tərəflərdən hansınınsa monopoliyasına imkan verilməməlidir.
Platon ənənələrini müdafiə edən J. J. Russo isə əksinə, respublikanın və birbaşa xalq hakimiyyətinin tərəfdarı idi. Russoya görə «xalqın suverenliyi» şəxsi maraqdan üstündür, səsvermə birbaşa həyata keçirilməli və ayrı-ayrı fərdlər xalqın iradəsinə, başqa sözlə böyük çoxluğun qəbul etdiyi qanunlara tabe olmalıdır. Belə olan şəraitdə konkret fərd qanunverici hakimiyyət qarşısında gücsüz olur ki, bunu praktik olaraq Fransa inqilabı sübut etdi.
Qeyd edək ki, hər iki yanaşma hal-hazırda nümayəndəli və birbaşa demokratiya şəklində siyasi praktikada mövcuddur.
Qərbi Avropa dövlətlərinin siyasi təcrübəsinə əsaslı təsir göstərən hakimiyyət bölgüsü ideyası öz gerçək və qanuni ifadəsini ABŞ və Fransa konstitusiyalarında tapdı.
Müasir siyasi təcrübələr onu da göstərir ki, hakimiyyətlər arasında təkcə üfüqi deyil, şaquli (milli, yaxud mərkəzi, regional, yerli hakimiyyətlər) istiqamətdə də dəqiq bölgü aparılmalıdır. Çünki siyasi-hüquqi qərarların gerçəkləşməsində yerli və yaxud regional hakimiyyətin səlahiyyətinə aid olan məsələlər az deyil.
Konstitusiyaya görə Azərbaycan Respublikasında hakimiyyət bölgüsü aşağıdakı qaydada təsbit olunmuşdur:
1. İcra hakimiyyəti Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur (fəsil-6, maddə-99). Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin təşkili məqsədiylə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır (maddə-114). Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır (maddə-114, bənd - 2).
2. Qanunverici hakimiyyət Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir (fəsil-5, maddə-81)
3. Məhkəmə hakimiyyəti Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər (fəsil-7, maddə-125).
4. Yerli özünüidaretmə Yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir (fəsil9, maddə-142). Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
Dördüncü hakimiyyət adlandırılan media hakimiyyəti, bütün yuxarıda təsbit olunan hakimiyyət qanadları üzərində ictimai nəzarətin təmin olunması üçün ən effektli və demokratik vasitə sayılır.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin