Mövzu 3 Siyasi hakimiyyət. Demokratiya Plan Siyasi hakimiyyət anlayışı Hakimiyyət bölgüsü



Yüklə 26,2 Kb.
səhifə5/7
tarix10.04.2023
ölçüsü26,2 Kb.
#95457
1   2   3   4   5   6   7
M-4

Legitimlik
Legitimlik tatınca «legis» sözündən götürülüb, «qanun» deməkdir. Legitimlik-hər hansı bir hərəkətin, şəxsin, hadisə və faktın, hakimiyyətin ictimaiyyət tərəfindən tanınması, qəbul edilməsi prosedurası, siyasətdə legitimlik hakimiyyətin tanınması, ona bəraət qazandırılmasıdır. Legitimlik siyasət və hakimiyyəti təsdiqləyir, siyasi qərarları, siyasi strukturların yaranmasını, dəyişməsini, yeniləşməsini izah və müdafiə edir. Legitimlik razılaşmanı, bu razılaşmaya əməl etməyi, məcburiyyətsiz siyasi iştirakı müəyyənləşdirir, əgər bu alınmırsa mənsub olduğu gücə və digər vasitələrdən istifadəyə bəraət qazandırır. Demokratik proseduralar əsasında formalaşdırılan hakimiyyətlər legitim hakimiyyət sayılır. Güc əsasında formalaşdırılan hakimiyyət legitim deyil. Hakimiyyət aşkar (qanunidirsə) və legitimdirsə möhkəm hakimiyətdir. Hakimiyyət aşkar, ancaq qeyri-legitimdirsə, deməli möhkəm hakimiyyət deyil. İranda şahın A. Xomeynini ölkədən qovması, sonra isə Xomeyninin qayıdıb şahı qovması deyilənlərə örnəkdir. Xomeyni qanuni şah hakimiyyətini nə üçün hakimiyyətdən devirə bildi? Çünki xalq şahı yox, Xomeynini istəyirdi.
Legitimliyin tipləri:
1. Ənənəvi cəmiyyətin normalarına əsaslanan irsi hakimiyyət tipi. Bəzən fikirləşirlər ki, monarxiya üsulidarəsinin vaxtı keçib və onu tarixin arxivinə göndərmək lazımdır. Lakin dünyada inkişaf etmiş xeyli monarxiyalar var: İspaniya, Norveç, İsveç, Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və s.
2. Şaxələnmiş bürokratik aparata malik legitimlik. Monarxın mütləq hakimiyyətinin məhdudlaşdırılmasından başlayır, seçkili orqanların timsalında ona qarşı tərəf yaradılır.
3. Harizmalı legitimlik. Harizma yunanca «allah vergisi» deməkdir. Bu cür rejimlər bir şəxsin harizması, yəni istedadı, gücü, qüdrəti və rəhmdilliyi əsasında qurulur. Əhali çox vaxt harizmalı hakimiyyətlərə kor-koranə vurulur. Belə hakimiyyətlərə münasibət rasional olmur, bir çox hallarda hətta 80 mistik məzmun alır. Harizmalı hakimiyyətlərin ömrü, bir qayda olaraq hakimiyyətin harizmalı daşıyıcısının ömrü qədər olur.
4. Xalq hakimiyyətinin bütün mərkəzi orqanlarının seçilməsi ilə formalaşan liberal-demokratik, yəni konstitusion legitimlik. M. Veber belə hakimiyyətləri rasional-hüquqi legitim hakimiyyətlər adlandırır.
5. Etnik legitimlik. Əski SSRİ bu idarəçilik tipinin örnəyi idi. Belə rejimlərdə hakimiyyətin mərkəzi strukturu milli əlamətlərə görə formalaşır.
Legitim hakimiyyətin çökmə əlamətləri:
- icbariliyin artması;
- hüquq və azadlıqların məhdudlaşdırılması;
- müstəqil mətbuatın və siyasi partiyaların fəaliyyətlərinin qadağan olunması;
- hakimiyyətin korrupsiyalaşması;
- hakimiyyətin iqtisadi effektliliyinin aşağı olması.
Təkcə seçki ilə deyil, bəzi hallarda inqilab və zəbt olunma yolu ilə formalaşan hakimiyyət də legitim hesab oluna bilər. Təbii ki, əgər bu hakimiyyət mürəkkəb situasiyalara nəzarət edə, cəmiyyətdə stabillik yarada, sosial rifahı, iqtisadi tərəqqini təmin edə bilirsə.

Yüklə 26,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin