Mövzu 5 Dövlət, müəssisə və təşkilatların maliyyəsi


Dövlətin maliyyə siyasəti



Yüklə 106,01 Kb.
səhifə3/9
tarix14.12.2023
ölçüsü106,01 Kb.
#176709
1   2   3   4   5   6   7   8   9
mövzu 5

4. Dövlətin maliyyə siyasəti.
Bazar münasibətləri və müəssisələrin tam sərbəstliyi şəraitində sənaye istehsalının maliyyəsinin təşkili, hər şeydən əvvəl, müəssisənin maliyyə siyasətinin işlənib hazırlanmasını nəzərdə tutur. Maliyyə siyasətinin işlənib hazırlanmasında məqsəd müəssisənin maliyyəsinin idarə edilməsini elə səmərəli sisteminin qurulmasıdır ki, qarşıda qarşıda duran strateji və taktiki vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş olsun. Müəssisənin maliyyə siyasətinin işlənib hazırlanmasında bir sıra funksional struktur bölmələri (plan-iqtisadi, maliyyə, mühasibatlıq və başqaları) iştirak edirlər.
Müəssisənin maliyyə siyasətinin işlənilməsinin strateji vəzifələri aşağıdakılar hesab olunur:
- müəssisənin mənfəətinin (gəlirinin) maksimallaşdırılması;
- müəssisənin kapitalının (vəsaitlərinin) strukturunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi;
- mülkiyyətçilər (təsisçilər, payçılar), investorlar və kreditorlar üçün müəssisənin maliyyə-iqtisadi vəziyyətinin «şəffaflığına» nail olunması;
- müəssisənin investisiya üçün cazibədarlığının təmin edilməsi;
- müəssisənin idarə edilməsinin səmərəli mexanizminin qurulması;
- maliyyə vəsaitlərinin cəlb olunmasının bazar mexanizmlərindən istifadə edilməsi.
Müəssisənin maliyyə siyasətinin işlənilməsinin əsas istiqamətlərinə:
a) müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili;
b) uçot və vergi siyasətinin işlənilməsi;
v) müəssisənin kredit siyasətinin işlənilməsi;
q) dövriyyə vəsaitlərinin idarə edilməsi;
d) istehsal xərclərinin idarə edilməsi, o cümlədən amortizasiya siyasətinin seçilməsi;
e) mənfəətin bölgüsü və istifadəsi (yaxud divident) siyasətinin seçilməsi aiddir.


5. Biznes plan

Biznes-plan - müəyyən bir sosial iqtisadi mühitdə fəa­liyyət göstərən müəssisənin texniki - iqtisadi və təşkilati fəa­liyyətinin öyrənilməsi və təhlili nəticəsində hazırlanan, hər hansı bir fəaliyyətə başlamazdan əvvəl həmin işin nə də­rəcədə səmərəli olduğunu müəyyənləşdirmək üçün tərtib edi­lən və müəssisənin inkişaf layihəsinin həyata keçirilmə proq­ramını özündə birləşdirən sənəddir.


Qarşıya qoyulmuş məqsəddən asılı olmayaraq biznes planlar aşağıdakı bölmələrdən ibarət olur:
- biznes-plan haqqında qısa xülasə. Burada həyata keçiriləcək biznesin əsas məqsədi, istehsalın təşkili və idarə edilməsi prinsipləri, maliyyələşmə mənbələri və s. əks olunur.
- biznes fəaliyyətini həyata keçirəcək sahibkarlıq sub­yek­ti haqqında məlumatda sahibkarlıq subyektinin yaranma tarixi, yerləşmə mövqeyi, maddi-texniki təminatı, işçilərin sayı göstərilir;
- təşkilati-planda istehsalın təşkili və idarə edilməsi, tələb olunan işçi heyəti, onun tərkibi, təcrübəsi, ixtisası, isteh­sa­lın təşkilati strukturu və s. göstərilir;
- istehsal planında məhsul istehsalının mövcud həc­mi­nin saxlanılması və onun genişləndirilməsi ilə bağlı məlu­mat­lar əks etdirilir;
- marketinq planı – müəssisə və onun məhsulu, mar­ke­tinq məqsədləri və strategiyası, eləcə də marketinq araş­dır­ma­la­rının nəticələri haqqında məlumatları özündə əks etdirir;
- maliyyə planı biznes fəaliyyəti ilə məşğul olan mü­əs­si­­sə­nin maliyyə fəaliyyətini əks etdirir;
- risklər bölməsində riskin təhlilinin əhəmiyyəti, la­yi­hədə qarşıya qoyulmuş məqsədlərin tam və ya qismən ye­ri­nə yetirilməməsi səbəbləri qiymətləndirilir;
- kreditin qaytarılması mərhələlərində kredit mü­qa­vi­lə­lə­­rinin şərtlərinin tənzimlənməsi məsələləri əks olu­nur;
- kreditin girov təminatı bölməsində girovla bağlı mü­na­sibətlər əks etdirilir.

Yüklə 106,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin