2. Dövlət maliyyəsinin funksiyaları Müəssisə və təşkilatların funksiyalarına ümumdövlət maliyyəsinə xarakterik olan funksiyalar aid edilir: bölüşdürücü və nəzarət funksiyası.
Bölgü funksiyası vasitəsilə təsisçilərin payları hesabına ilkin kapital formalaşır, gəlirlərin və maliyyə ehtiyatlarının bölgüsündə əsas proporsiyalar müəyyənləşir, ayrı-ayrı istehsalçılar, təsərrüfat subyektləri və dövlətin mənafeləri optimal surətdə əlaqələndirilir. Daxil olan gəlirlərin bölgüsü və yenidən bölgüsü vasitəsilə müəssisə və təşkilatların pul vəsaiti fondunun yaradılması bölgü funksiyası ilə bağlıdır. Bunlara nizamnamə kapitalı, yaxud nizamnamə fondu, ehtiyat fondu, yığım fondu, istehlak fondu, valyuta fondu və s. aiddir.
Bölgü münasibətləri həm bütövlükdə cəmiyyətin, həm də ayrı-ayrı təsərrüfat subyektlərinin, onların işçilərinin, auksionerlərin, kredit və sığorta institutlarının maraqlarını təmin etməlidir. Buna görə də bu münasibətlərin səmərəli təşkili ilkin vəzifə kimi qiymətləndirilməlidir. Bu vəzifənin həyata keçirilməsində maliyyənin nəzarət funksiyası mühüm rol oynayır.
Nəzarət funksiyasının obyektiv əsası – əmtəələrin istehsalına və reallaşdırılmasına çəkilən xərclərin uçotundan, gəlirlərin və pul fondlarının yaradılması prosesinə nəzarətdən ibarətdir.
Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarəti aşağıdakı orqanlar həyata keçirir: təsərrüfat subyektinin özü, vergi orqanları, kommersiya bankları, səhmdarlar və nəzarət səhm paketlərinin sahibləri, sərbəst auditorlar.
3
ФОНДЛАР ЩЦГУГИ ШЯХСЛЯРИН БИРЛИКЛЯРИ (АССОСИАСИЙА ВЯ ИТТИФАГЛАР) .Dövlət maliyyəsinin təşkili prinsipləri Təsərrüfat müstəqilliyi prinsipi. Bu prinsip sahələrdə olduğu kimi maliyyə sferasında də müəyyən təsərrüfat subyektinin hansı mülkiyyət formasında olmasından asılı olmayaraq, bütün hallarda öz məsrəflərinin, maliyyələşdirmə mənbələrinin, pul vəsaitlərinin səmərəli qoyuluş istiqamətlərinin şəxsi təşəbbüsü ilə müəyyənləşdirməsinə əsaslanır.
Özünümaliyyələşdirmə prinsipi. Reallaşdırılması sahibkarlıq fəaliyyətinin əsas şərtlərindən biri olmaqla, təsərrüfat subyektinin rəqabət qabiliyyətli olmasını təmin edir. Bu prinsip müəssisə və təşkilatların istehsal etdikləri və reallaşdırdıqları məhsul və xidmətlərin bütün xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur.
Maddi maraq prinsipi sahibkarlıq fəaliyyətinin əsası olmaqla bərabər təsərrüfat subyektlərinin müəyyən mənfəətlə işləməsini nəzərdə tutur.
Maddi məsuliyyət prinsipi özünü, maliyyə-təsərrüfat fəaliyyətinin müsbət nəticələnməsi üçün bütün işçilərin müəyyən məsuliyyət sisteminə tabe olması zərurəti şəklində təzahür etdirir. Bu prinsipin xüsusiyyəti ondan ibarətdir ki, onun reallaşmasının maliyyə metodları müxtəlif təsərrüfat subyektləri üçün biri digərindən fərqlənir.
Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi. Bu prinsip bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətini çox zaman müşaiyət etən risklə əlaqədar olaraq müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların yaradılması zərurətini göstərir.