4.Qəti sillogizmin fiqurları. Fiqurlar qaydası. Sadə qəti sillogizmin müqəddimələrində orta termin subyekt və ya predikatın yerində işlənə bilər. Bundan asılı olaraq sillogizmin dörd müxtəlif növünü ayırırlar, bunlar fiqurlar adlanır və aşağıdakı sxemlərlə göstərilir:
Məsələn:
Bütün ağaclar (M) bitkidir (P)
Vələs (S) ağacdır (M) Vələs (S) –bitkidir (P)
İkinci fiqurdaorta termin həm böyük, həm də kiçik müqəddimədə predikat yerində olur. Sxemi belədir:
Məsələn:
Bütün vicdanlı adamlar (P) ictimai faydalı əməklə məşğul olur (M)
Ramin (S) ictimai faydalı əməklə məşğul olmur (M) Ramin (S) vicdanlı adam deyil (P)
Üçüncü fiqurda orta termin hər iki müqəddimədə subyekt yerində işlənir. Sxemi belədir:
Məsələn:
Bütün metallar (M) sadə cisimlərdir(P)
Bütün metallar (M) elektrik keçirəndir (S) Bəzi elektrik keçirənlər (S) sadə cisimlərdir (P)
Dördüncü fiqurda orta termin böyük müqəddimənin predikatı, kiçik müqəddimənin isə subyekti yerini tutur. Sxemi belədir:
Məsələn:
Bütün palıdlar (P) ağacdır (M)
Heç bir ağac (M) ot deyil (S) Heç bir ot (S) palıd deyil (P)
Sillogizmin fiqurları onun orta termininin müqəddimələrindəki mövqeyinə görə fərqlənən növləridir. Hər bir fiqur ümumi qaydalardan çıxarılan xüsusi qaydalara malikdir.
1-ci fiqurun qaydaları: a)böyük müqəddimə ümumi hökm olmalıdır.
b)kiçik müqəddimə iqrari hökm olmalıdır.
2-ci fiqurun qaydaları: a)böyük müqəddimə ümumi hökm olmalıdır.
b)müqəddimələrdən biri inkari hökm olmalıdır.