Mövzu №5. Sadə qəti sillogizmin tərkibi. Sillogizmin aksiomu



Yüklə 53,55 Kb.
səhifə2/8
tarix26.04.2023
ölçüsü53,55 Kb.
#103049
növüQaydalar
1   2   3   4   5   6   7   8
Mühazirə-5

2.Sillogizmin aksiomu. Qəti sillogizmdə nəticənin düzgünlüyü, yəni müqəddimələrdən nəticəyə məntiqi keçid sillogizmin aksiomuna əsaslanır: bu və ya digər sinfin bütün predmetləri haqqında iqrar və ya inkar edilən fikir, həmin sinfə daxil olan predmetlərin müəyyən qismi və ya hər biri haqqında da iqrar və ya inkar oluna bilir. Məsələn aşağıdakı sillogizmə diqqət yetirək:
Bütün ağaclar (M) –bitkidir (P)
Vələs (S) –ağacdır (M)
Vələs (S) –bitkidir (P)

Göründüyü kimi burada bütün ağaclar sinfinə mənsub olan əlamət (bitki olmaq), bu sinfə daxil olan “vələs” növündən olan ağaclar haqqında da iqrar edilir. Bunu Eyler dairələri vasitəsilə aşağıdakı kimi göstərmək olar:



Aşağıdakı sillogizmdə isə bütövlükdə sinfə münasibətdə inkar olunan fikir, onun müəyyən hissəsi haqqında da inkar olunur:
Heç bir hüquqi qanun (M) təbiət qanunu deyil (P)
Təhsil qanunu (S) hüquqi qanundur (M)
Təhsil qanunu (S) təbiət qanunu deyil (P)

Bunu dairələrlə belə göstərmək olar:



Yuxarıda qeyd olunan aksiom həcm aksiomu adlanır. Bu aksiom bəzən bir qədər başqa şəkildə, atributiv aksiom (yəni xassə aksiomu) kimi də göstərilir. Müəyyən bir əşyanın əlamətinin əlaməti, həmin əşyanın öz əlamətidir; əşyanın əlamətinə zidd olan əşyanın özünə də ziddir. Məsələn:
Hər bir elmin (M) öz predmeti var (P)
Məntiq (S) elmdir (M)
Məntiqin (S) öz predmeti var (P)


3.Qəti sillogizmin ümumi qaydaları. Heç də həmişə həqiqi müqəddimələrdən həqiqi nəticə əldə etmək olmur. Onun həqiqiliyi sillogizmin qaydaları ilə şərtlənir. Beş belə qayda mövcuddur: onlardan üçü terminlərə, ikisi isə müqəddimələrə aiddir.
Terminlər qaydası.
1-ci qayda: Sillogizmdə yalnız üç termin olmalıdır. Sillogizmdə nəticə çıxarma iki kənar terminin orta terminə münasibətinə əsaslanır. Ona görə də sillogizmdə üçdən nə artıq, nə də əksik termin ola bilməz. Bu qaydanın pozulması, eyni cür qəbul edilən və orta termin kimi baxılan müxtəlif anlayışların eyniləşdirilməsi ilə bağlıdır. Bu səhv eyniyyət qanunun pozulmasından qaynaqlanır və terminlərin dördləşməsi adlanır.
Aşağıdakı sillogizmdə bu səhvə yol verilmişdir:
Hərəkət əbədidir
Evə getmək hərəkətdir
Evə getmək əbədidir.

Hər iki müqəddimədə iştirak edən və orta termin kimi qəbul edilən “hərəkət” anlayışı fərqli mənaya malikdir. Birinci müqəddimədə “hərəkət” fəlsəfi anlamda, ikincidə isə sırf adi danışıq mənasında işlənir. Ona görə də orta termin kimi götürülən “hərəkət” anlayışı kənar terminləri əlaqələndirə bilmir.



Yüklə 53,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin