2-ci qayda: orta termin müqəddimələrin heç olmasa birində ehtiva olunmalıdır. Əgər orta termin müqəddimələrin heç birində ehtiva olunmamışsa, onda kənar terminlər arasında əlaqə qeyri-müəyyən səciyyə daşıyacaq. Aşağıdakı sillogizmdə bu qayda pozulmuşdur:
Bəzi bitkilər (M) zəhərlidir (P)
Bütün ağ göbələklər (S) bitkilərdir (M) Bütün ağ göbələklər (S) zəhərlidir (P).
Böyük müqəddimə xüsusi iqrari hökm olduğu üçün, onda orta termin ehtiva olunmamışdır. Lakin, o kiçik müqəddimənin (iqrari hökmün) predikatı olduğu üçün burada da ehtiva oluna bilməz. Deməli, bu halda o kənar terminlər arasında əlaqə yarada bilmir. Burada üç hal ola bilər: 1)heç bir ağ göbələk zəhərli deyil; 2)bəzi ağ göbələklər zəhərlidir; 3)bütün ağ göbələklər zəhərlidir. Bu dairələrlə aşağıdakı kimi göstərilir:
3-cü qayda. Müqəddimədə ehtiva olunmayan termin nəticədə də ehtiva oluna bilməz. Məsələn:
Əxlaqi normalar (M) dövlət tərəfindən təsdiqlənmir (P+)
Əxlaqi normalar (M) –sosial tənzimləmə formalarıdır (S–) Bəzi sosial tənzimləmə formaları (S–) dövlət tərəfindən təsdiqlənmir (P+)
Kiçik termin (S) müqəddimədə ehtiva olunmayıb (iqrari hökmün predikatı kimi). Ona görə də o, nəticədə də ehtiva olunmur (xüsusi hökmün subyekti kimi).
Bu qaydanın pozulmasından törəyən səhvə kiçik (və ya böyük) terminin əsassız genişləndirilməsi deyilir.
Müqəddimələr qaydası. 1-ci qayda: Müqəddimələrdən ən azı biri iqrari hökm olmalıdır. Bu qaydadan aşağıdakı iki qayda törəyir:
1)İki inkari müqəddimədən zəruri olaraq nəticə alınmır. Məsələn, “Bizim institutumuzun tələbələri (M) biologiyanı öyrənmirlər(P)”, “Tədqiqat institutunun əməkdaşları (S) bizim institutun tələbələri deyil (M)” müqəddimələrindən zəruri nəticə almaq olmaz. Çünki, hər iki kənar termin (S və P) orta termindən istisna olunur. Ona görə də orta termin kənar terminlər arasında müəyyən münasibət yarada bilmir. Nəticədə kiçik termin (S) böyük terminin (P) həcminə tam və ya qismən daxil ola bilər, ya da tamamilə ondan istisna ola bilər. Buna uyğun olaraq üç hal mümkündür: 1) “Tədqiqat institutunun heç bir əməkdaşı biologiyanı öyrənmir (S1)” ; 2) “Tədqiqat institutunun bəzi əməkdaşları biologiyanı öyrənir (S2)”; 3)“Tədqiqat institutunun bütün əməkdaşları biologiyanı öyrənir(S3)”. Bu dairələrlə aşağıdakı kimi göstərilir: