2) Müqəddimələrdən biri inkari hökmdürsə, nəticə də inkari olacaq.
Məsələn:
Zərərçəkmişin qohumu olan hakim (M) işə baxılmada iştirak edə bilməz (P)
Hakim Vəliyev –zərərçəkmişin qohumudur (M)
Hakim Vəliyev işə baxılmada iştirak edə bilməz (P)
Nümunədən görünür ki, bir inkari müqəddiməli sillogizmdə orta termin kənar terminin (bu nümunədə böyük terminin) həcmindən istisna olunur. Ona görə də. orta terminin həcminə daxil olan kənar terminin həcmindən istisna olunur:
2-ci qayda. Müqəddimələrdən heç olmazsa biri ümumi hökm olmalıdır.
Buradan da iki qayda törəyir:
1)iki xüsusi müqəddimədən zəruri olaraq nəticə çıxarılmır.
Əgər hər iki müqəddimə xüsusi iqrari (İİ) hökmdürsə, onda terminlərin ikinci qaydasına görə nəticə çıxarmaq olmur: Xüsusi iqrari hökmlərdə nə subyekt, nə də predikat ehtiva olunmamışdır, ona görə də orta termin də müqəddimələrin heç birində ehtiva olunmur.
Əgər hər iki müqəddimə xüsusi inkari hökmlərdirsə (OO) onda müqəddimələrin 1-ci qaydasına görə nəticə çıxarılmır.
Əgər müqəddimələrin biri xüsusi iqrari, digəri xüsusi inkaridirsə (İO və ya Oİ), bu halda sillogizmdə yalnız bir termin –xüsusi inkari hökmün predikatı ehtiva olunacaq (1). Əgər bu termin orta termindirsə, onda nəticə çıxarmaq olmaz, çünki, müqəddimələrin ikinci qaydasına görə nəticə inkari olmalıdır. Lakin bu halda nəticənin predikatı ehtiva olunmalıdır ki, bu da terminlərin 3-cü qaydasına ziddir: müqəddimədə ehtiva olunmayan böyük termin nəticədə paylanmış olur; əgər böyük termin ehtiva olunmuşsa (2), onda terminlərin 2-ci qaydasına görə nəticə olmayacaq.
(1)Bəzi M(–) P (–)-dir
Bəzi S(–) M (+) deyil.
(2)Bəzi M(–) P (+) deyil
Bəzi S(–) M(–)-dir.
Bu halların heç birində zərurən nəticə çıxmır.
2)Əgər müqəddimələrdən biri xüsusi hökmdürsə, onda nəticə xüsusi olmalıdır.
Əgər müqəddimələrdən biri ümumi iqrari, digəri isə xüsusi iqraridirsə (Aİ, İA), onda onlardan yalnız bir termin –ümumi iqrari hökmün subyekti ehtiva olunur.
Terminlərin ikinci qaydasına görə bu orta termin olmalıdır. Lakin bu halda iki kənar termin, o cümlədən kiçik termin ehtiva olunmayacaq. Ona görə də, terminlərin 3-cü qaydasına görə kiçik termin xüsusi hökm olan nəticədə ehtiva olunmayacaq. Məsələn:
Bizim institutun bütün tələbələri (M+) məntiqi öyrənir (P–)
Polisin bəzi əməkdaşları (S–) –bizim institutun tələbələridir (M–)
Polisin bəzi əməkdaşları (S–) məntiqi öyrənir (P–)
Əgər müqəddimələrdən biri iqrari, digəri inkaridirsə, həm də onlardan biri xüsusidirsə (Eİ, AO, OA), onda iki termin ehtiva olunacaq: ümumi inkari hökmün subyekti və predikatı (Eİ) və yaxud ümuminin subyekti və xüsusinin predikatı (AO, OA). Lakin, hər iki halda, müqəddimələrin 2-ci qaydasına görə nəticə inkari olacaq, yəni predikatı ehtiva olunan hökm olacaq. İkinci ehtiva olunmuş terminin orta termin olmalı olduğu üçün (terminlərin 2-ci qaydası), onda kiçik termin nəticədə ehtiva olunmamış olacaq, yəni nəticə xüsusi olacaq. Məsələn:
Bütün həkimlər (P+) tibb təhsilinə malikdir (M–)
İştirakçılardan bəziləri (S–) tibb təhsilinə malik deyil (M+)
İştirakçılardan bəziləri (S–) həkim deyil (P+).
Dostları ilə paylaş: |