b)Sillogizmin böyük müqəddiməsi xüsusi hökm olduğu halda 1-ci fiqur üzrə nəticə çıxarılır.
Belə sillogizmdə nəticənin zəruriliyi bu nümunədə göstərilir: kiçik müqəddimədə orta termin ehtiva olunub.
c)Müqəddimələrdən biri xüsusi hökm olduqda nəticə ümumi hökm olur.
Məsələn:
Bəzi hüquqşünaslar (P+) –müstəntiqdir (M+)
İclasın bütün iştirakçıları (S+) –müstəntiqdir (M–)
İclasın bütün iştirakçıları (S+) –hüquqşünasdır (P–)
Buradakı böyük müqəddimənin xüsusi iqrari hökm olmasına baxmayaraq ayırıcı hökmdür. Odur ki, predikat (sillogizmin orta termini) ehtiva olunmuşdur.
d)İki iqrari hökmdən 2-ci fiqur üzrə nəticə çıxarılır.
Məsələn:
Bəzi məhkəmə qərarları və yalnız onlar (P+) bəraətvericidir (M+)
Bəzi humanist qərarlar (S–) bəraətvericidir (M–)
Bəzi məhkəmə qərarları (S–) humanist mahiyyət daşıyır (P+)
Nümunədən görünür ki, orta termin müqəddimələrdən birində ehtiva olunduğu üçün düzgün nəticə çıxır.
e) Kiçik müqəddimə inkari hökmdürsə 1-ci fiqur üzrə nəticə çıxarılır.
Məsələn:
Cinayət törətmiş şəxslər (M+) məsuliyyətə cəlb olunur (P+)
Vəli (S+) cinayət törətməyib (M+)
Vəli (S+) cinayət məsuliyyətinə cəlb olunmur (P+)
Nəticə çıxarılışı zəruridir. Çünki, böyük müqəddimə predikatı ehtiva olunmuş ümumi iqrari ayırıcı hökmdür. Sillogizmin böyük termini olan predikat həm müqəddimədə, həm də nəticədə ehtiva olunub.
7.Münasibət bildirən hökmlərdən yaradılan sillogizmlər. Müqəddiməsi və nəticəsi münasibət bildirən hökmlər olan əqlinəticəyə münasibət bildirən hökmlərdən yaradılan əqlinəticə deyilir.
Məsələn:
Əli Raufun qardaşıdır
Rauf Vəlinin qardaşıdır
Əli Vəlinin qardaşıdır.
Göstərilmiş misalda müqəddimələr və nəticə münasibət bildirən hökmlərdir. Onların məntiqi strukturu: xRy, burada x və y predmetlər haqqında anlayışlar, R onlar arasında münasibətdir.
Münasibətlər bildirən hökmlərdən yaradılan əqlinəticələrin məntiqi əsasını onlara xas olan aşağıdakı münasibətlər təşkil edir: 1)simmetriklik; 2)refleksivlik; 3)tranzitivlik.
Dostları ilə paylaş: |